Icma.az
close
up
RU
Professordan güclü zəlzələ xəbərdarlığı İki qorxulu versiya var

Professordan güclü zəlzələ xəbərdarlığı İki qorxulu versiya var

Milli.az saytına istinadən Icma.az xəbər verir.

İstanbulun Silivri sahillərində baş verən zəlzələ təşviş doğurub və "bu, gözlənilən böyük zəlzələ idi?" sualını yenidən gündəmə gətirib. Baxışlar bir daha Mərmərə dənizinə yönəlib. Almaniyanın tanınmış seysmoloqlarından professor Marko Bonhoff baş verə biləcək iki qorxulu ssenarini açıqlayıb.

Milli.Az xəbər verir ki, Potsdamdakı Alman Yer Elmləri Araşdırma Mərkəzindən (GFZ) Prof. Bonhoff "DW Türkçe"yə müsahibə verib.

Bonhoffa görə ilk ssenari 6,2 bal gücündəki zəlzələnin əsas zəlzələ olduğu və bundan sonra baş verəcək təkanların tədricən azalacağı ehtimalını əhatə edir. İkinci ssenari isə əslində hələ böyük zəlzələnin baş vermədiyini və bu silkələnmənin onun xəbərçisi ola biləcəyini bildirir.

Mütəxəssis bu ikinci ssenaridə gözlənilən böyük zəlzələnin 7,4 bala qədər çata biləcəyinə diqqət çəkərək bildirib: "Bu, Marmarada uzun müddətdir gözlənilən böyük zəlzələnin reallaşması demək olar. Amma bu ssenarilərdən hansının doğru olduğunu bu gündən bilmək mümkün deyil."

Bonhoffun fikrincə 6,2 ballıq zəlzələ Marmara fay xəttindəki gərginliyi İstanbul istiqamətinə doğru sürüşdürüb və bu, şəhərə daha yaxın ərazidə yeni zəlzələnin ehtimalını artırır. Lakin "nə vaxt?" sualının cavabı hələ də bəlli deyil.

Alman mütəxəssis sonrakı günlərdə, hətta həftələrdə afterşokların davam edəcəyini gözlədiyini deyib, lakin bu təkanların əsas zəlzələdən zəif olacağını və "çox güman ki, 5 balı keçməyəcəyini" vurğulayıb.

İsmayıl
Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:208
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 24 Aprel 2025 13:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri