Prokuror rusiyalı yazıçı Boris Akuninin qiyabi 18 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib
Icma.az, Apa.az portalına istinadən məlumat verir.
Prokuror rusiyalı yazıçı Boris Akuninin qiyabi 18 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
APA-nın Moskva müxbiri xəbər verir ki, terrorçuluğa haqq qazandırmaq və digər cinayətlərdə qiyabi ittiham olunan Akuninin işi üzrə məhkəmə keçilib. Dövlət ittihamçısı yazıçının 18 il qiyabi həbsini məhkəmədən xahiş edib.
Prokuror Akuninin 400 min rubl cərimələnməsini də istəyib.
Qeyd edək ki, B. Akunin Ukrayna ilə müharibənin əleyhinə çıxıb. Rusiya İstintaq Komitəsi yazıçının Rusiya Federasiyasının konstitusiya quruluşunun zorakılıqla dəyişdirilməsinin zəruriliyini bəyan etdiyini və Ukraynanın "terror fəaliyyətinə" haqq qazandırdığını açıqlayıb.
"Qriqori Çxartişvili 2024-cü ildə məhkəmə tərəfindən iki dəfə xarici agentin fəaliyyəti ilə bağlı proseduru pozmaqda təqsirli bilinib. Buna baxmayaraq, o, Rusiya qanunvericiliyinə məhəl qoymayaraq, xarici agentlərə qoyulan məhdudiyyətləri pozmaqda davam edib", - İstintaq Komitəsinin yaydığı məlumatda bildirilib. Akunin Rusiya Federasiyasında xarici agent kimi tanınıb, terrorçular və ekstremistlər siyahısına daxil edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:122
Bu xəbər 14 İyul 2025 15:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















