Prokurorluğun işçilərinin hakim vəzifələrinə təyin edilməsi ilə əlaqədar tədbir keçirilib
Icma.az xəbər verir, Report.az saytına əsaslanaraq.
Hakimlik vəzifələrinə seçilməklə bağlı müsabiqədə müvəffəqiyyət əldə etmiş, Azərbaycan Prezidentinin 19 noyabr 2024-cü il tarixli sərəncamı ilə prokurorluq işçiləri Elvin Ələsgərovun Lənkəran Rayon Məhkəməsinin hakimi, Nazlı Heydərovanın isə Şəmkir Rayon Məhkəməsinin hakimi vəzifələrinə təyin edilməsi ilə əlaqədar tədbir keçirilib.
"Report" xəbər verir ki, Baş prokurorunun birinci müavini Elçin Məmmədovun rəhbərliyi ilə keçirilən tədbirdə qeyd olunan prokurorluq əməkdaşları təbrik edilib.
Baş prokurorun birinci müavini səmərəli fəaliyyətlərinə, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi, cinayətkarlığa qarşı mübarizə, insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi sahəsində əldə etdikləri nailiyyətlərə görə Baş prokuror Kamran Əliyev tərəfindən verilmiş prokurorluğun fəxri fərmanını onlara təqdim edib və gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:81
Bu xəbər 20 Noyabr 2024 18:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















