Proqnoz: 2026 cı ildə dünyada elektromobillərin satış payı 30 faizə çatacaq
Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Bakı, 22 may, AZƏRTAC
Beynəlxalq Enerji Agentliyinin proqnozuna görə, 2026-cı ildə dünyada elektromobil satışları 23 milyon ədədə çatacaq.
AZƏRTAC xəbər verir ki, bu göstərici qlobal avtomobil satışlarının təxminən 30 faizinə bərabərdir.
2025-ci ildə elektromobil satışları 20 faiz artaraq 20 milyon ədədi ötüb. Beləliklə, dünyada satılan hər dörd yeni avtomobildən biri elektrik mühərrikli nəqliyyat vasitəsi olub.
Qlobal elektromobil satışlarının 60 faizi Çin istehsalçılarının payına düşüb. Avropa və Şimali Amerika istehsalçılarının ümumi payı isə təxminən 15 faizdir. Dünyada istehsal edilən elektromobillərin təxminən dörddəüçü Çin məhsuludur.
Proqnozlara görə, 2035-ci ilədək dünyadakı elektromobillərin sayı 80 milyondan 510 milyona yüksələcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:141
Bu xəbər 22 May 2026 11:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















