Icma.az
close
up
RU
Vitse prezident “oyun dan çıxır: Müharibə təxirə düşür?

Vitse prezident “oyun dan çıxır: Müharibə təxirə düşür?

Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

ABŞ-nin vitse-prezidenti Cey Di Vensin İrandakı müharibəni respublikaçıların aralıq seçkilərdəki uğursuzluğunun əsas səbəblərindən biri adlandırması çoxlarını təəccübləndirib.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə "Reuters" yazıb. 

İddiaya görə, Vitse-prezidentin bu mövqeyi onun Donald Trampın siyasi xəttini qəbul etməməsi deməkdir. İsrailin israrlarına baxmayaraq, Trampın İrana qarşı hərbi əməliyyatları yubatmasında Vensin mövqeyi xüsusi yer tutur. Vitse-prezidentin mövqeyinə görə, müharibənin başa çatdırılması üçün aydın plan yoxdur. Tramp da məhz bu fikirlərə görə qərar verə bilmir.

Buna baxmayaraq, Prezident Tramp hələ ötən həftə CENTCOM-dan (ABŞ Mərkəzi Komandanlığından) hərbi əməliyyatların yenidən başlanması ilə bağlı mümkün variantları alıb və hələ də onları nəzərdən keçirir. Prezident varinatları nəzərdən keçirsə də, kəşfiyyat məlumatları İranla müharibənin yenidən başlaması da Tehranın danışıqlardakı mövqeyini prinsipial şəkildə dəyişməyəcək.

Bu isə rejimin süqut etməməsi anlamına gəlir. Lakin Tramp hələ də mövqeyindən çəkilməyib və yeni müharibə ehtimalı yüksəkdir. Müşahidəçilərə görə, bunun səbəblərindən biri də Trampın artıq siyasi baxımdan itirəcək heç nəyinin qalmamasıdır. Buna görə də onun müharibəyə başlamaq haqqında qərarı ən çox ehtimal olunan ssenarilərdəndir.

ABŞ rəhbərliyinin yuxarı eşelonlarında yaranmış fikir ayrılığı isə hələ də bu qərarın verilməsini ləngidir. Bir çox ekspertlər tərəfindən Vensin  "X" hesabında “Bizim məğlub olmağımızın səbəbi müharibədir” yazması ABŞ hökumətində parçalanmanın reallıq olduğu kimi qəbul edilir. Vitse-prezident eyni zamanda respublikaçıların aralıq seçkilərdə məğlubiyyətinin əsas səbəbi kimi təkcə İrandakı müharibəni deyil, həm də İsraillə münasibətləri həlledici sayır.

Vens öz fikirlərini belə əsaslandırıb ki, seçkilərdən əvvəl siyasi məsələlər üzrə tanıdığı bir sosioloqla prosesi müzakirə edib. Həmin sosioloq onun partiyasının məğlubiyyətinin qaçılmaz olduğunu bildirib və gələcək üçün dörd istiqamətdə dəyişiklik olmasını məsləhət görüb. Vens bunları belə sıralayıb:

"Birincisi, İrandakı müharibəyə son qoyulmalıdır. İkincisi, qiymət artımını nəzarətdə saxlamaq lazımdır. Üçüncüsü, əsas şüarımız “Öncə Amerika” olmalıdır. Dördüncüsü isə İsraillə münasibətlərdə dəyişiklik etmək lazımdır".

Prezidentin oğlu kiçik Donald Tramp da Vensin paylaşımını öz səhifəsində yayımlayıb və belə yazıb: "100 faiz haqlıdır".

Xatırladaq ki, seçkilərin nəticələrinə əsasən, respublikaçılar demokratlara uduzaraq Konqresin hər iki palatası üzərində nəzarəti itiriblər.

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:96
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 05 Noyabr 2026 16:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see493

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see398

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see356

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see309

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see275

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see268

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see256

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see248

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see240

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see231

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see226

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see221

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see219

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see217

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see213

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see211

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see203

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see199

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see184

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri