Azərbaycanda ərli qadını qaçıran evli kişi həbs olundu
Icma.az, Lent az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Azərbaycanda ərli qadınla bir yerdə yaşayan evli kişi məsuliyyətə cəlb olunub.
Lent.az-ın əldə etdiyi xəbərə görə, hadisə rayonlardan birində qeydə alınıb.
28 yaşlı Səfa Kərimov (şərti adla) polisə şikayətində bildirib ki, birlikdə yaşadığı qadının qohumları onların evinə hücum edib. Polis əməkdaşları şikayət əsasında araşdırma aparmaq üçün hadisə yerinə gəliblər. Səfa Kərimov bu zaman səs-küy salaraq, ictimai asayişi pozub və qanuni tələbə məhəl qoymayıb. Fakta görə o saxlanılıb və barəsində müvafiq protokollar tərtib olunub.
S. Kərimovun sözlərinə görə, hər ikisi evli olsa da, bir müddətdir ki, Arzu (şərti ad) ilə birgə yaşamağa başlayıblar. Arzunun əri və qohumları onların yaşadığı evə hücum etdikləri üçün polisə şikayət edib. Hadisə yerinə gələn polis əməkdaşları onu şöbəyə dəvət edəndə isə qanunsuz əməllərə yol verib. O, himayəsində azyaşlı övladının olmasını nəzərə alaraq, məhkəmədən barəsində yüngül cəza verilməsini istəyib.
Məhkəmənin qərarı ilə S. Kərimov 15 gün müddətinə inzibati qaydada həbs olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:52
Bu xəbər 05 Noyabr 2026 16:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















