Icma.az
close
up
RU
Proqnozlaşdırma ilə icra arasında əhəmiyyətli kənarlaşmalar müşahidə edilib

Proqnozlaşdırma ilə icra arasında əhəmiyyətli kənarlaşmalar müşahidə edilib

Bakivaxti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Makro-iqtisadi və fiksal proqnozlaşdırma metodologiyasının təkmilləşdirilməsinə ehtiyac var. Demək olar, əksər göstəricilər üzrə proqnoz və hətta yenidən dürüstləşmə ilə icra arasında əhəmiyyətli kənarlaşmalar var. 

 Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən növbədənkənar sessiyası üzrə iclasında deputat Vüqar Bayramov “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” Azərbaycan Respublikası qanununun layihəsinin müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, 2024-cü ildə dövlət büdcəsinin ilkin təsdiq olunan xərcləri  36 milyard 763 milyon manat, dürüstləşdirilmiş xərclər 39 milyard 742 milyon manat olsa da icra 37 milyard 713 milyon manat olub. 

"Yəni, proqnoz il icra arasında xərclər üzrə 2 milyard manatdan çox fərq qeydə alınıb. Və ya proqnoz büdcə kəsiri ilə real büdcə kəsiri arasında 6 dəfə çox kənarlaşma qeydə alınıb. Büdcə kəsirinin azaldılması müsbət haldır, ancaq bunun proqnozlarda bu qədər fərqlə qeydə alınması metodologiyanın təkmilləşdirilməsini daha da aktuallaşdırır".

Bir sıra gəlir mənbələri üzrə kənarlaşmaların izahatının verilməsinə ehtiyac olduğunu qeyd edən deputat söyləyib ki, Qeyri-neft sektorundan mənfəət vergisi üzrə daxilolma 3 milyard 463 milyon manat olub və bu da proqnoza nisbətən 6,8 faiz azdır.  Eynilə, hüquqi şəxslərin əmlak vergisi üzrə daxilolma 338,5 milyon manat təşkil edib ki, bu da proqnozla müqayisədə 7,2 faiz azdır.

№2024-cü ilin yekununda dövlət büdcəsinin 39 milyard 742 milyon manat məbləğində təsdiq olunmuş xərcləri real ifadədə də 37 milyard 713 milyon manat məbləğində icra olunmuşdur. Bu da proqnoza nisbətən 5.1 faiz azdır. 2024-cü ilin xərclər təsdiq olunmuş proqnoza nisbətən 33.8 faiz, ilk yarısında 16.7 faiz çox və nəhayət ilk 9 ayda 0.2 faiz çox icra olunsa da, illik yekunda azalma qeyd olunub. Bunun hər hansı fiskal və iqtisadi səbəbləri varmı?"

Onu da vurğulayıb ki, 2024-cü ilin fiskal nəticələri göstərir ki, qeyri-neft sektoru üzrə daxilolmalar hələ də büdcənin cari xərclərini ödəmir. Belə ki, qeyri-neft sektoru üzrə daxilolmalar 19 milyard 192 milyon manat olsa da cari xərclər 21 milyard 343 milyon manat olub. 

"Bu o deməkdir ki, büdcənin qeyri-resurs gəlirləri cari xərclərin ödənilməsi üçün kifayət etmir və bu da qeyri-neft və qaz sektorunun fiskal gəlirlərdə payının daha da artırılmasını aktuallaşdırır".

Nəzərə çatdırıb ki, 2024-cü ildə baş tutmuş 9 milyard 845 milyon manatlıq dövlət satınalmasının 5 milyard 355 milyon manatı, yəni,  yarıdan çoxu, daha dəqiqi 54.4 faizi bir mənbədən satın alma olub. Digər tərəfdən, dövlət satınalmaların cəmi 43.4 faizi açıq tender yolu ilə həyata keçirilmişdir. Yəni, ötən il dövlət satınalmalarına çıxarılan hər 100 manatdan sadəcə 43 manatı açıq tender yolu ilə təqdim olunub:

"2024-cü ildə də ənənəvi olaraq büdcə xərcləmələrində sonuncu rübün və eləcə də dekabr ayının, yəni sonuncu ayın payı müqayisəli olaraq çoxdur. Ötən il büdcə vəsaitinin 17.7 faizi, yəni 6 milyard 674 milyon manat ilin sonuncu ayında xərclənib. Bu isə vəsaitlərin aylar üzrə diferensial səmərəliyini məsələsini daha da aktuallaşdırır. Eyni zamanda, aylar üzrə proqnozlaşdırma ilə icra arasında da əhəmiyyətli kənarlaşmalar müşahidə edilib və bu da fiskal poqnozlaşdırmanın metodologiyasına yenidən baxılmasını da prioritetləşdirir".

Mina Mikayılova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:213
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 03 İyun 2025 12:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri