Icma.az
close
up
RU
Proseslər Rusiyada yaşayan azərbaycanlıların təhlükədə olduğunu göstərir

Proseslər Rusiyada yaşayan azərbaycanlıların təhlükədə olduğunu göstərir

Newscenter.az saytına istinadən Icma.az xəbər verir.


Ötən gün Yekaterinburqda Rusiya hüquq-mühafizə orqanları tərəfindən soydaşlarımıza qarşı keçirilən genişmiqyaslı əməliyyat əslində əməliyyat yox, sözün əsl mənasında quldurcasına basqındır. Bu cür barbar hücumun nəticəsində Azərbaycan əsilli Səfərovlar ailəsinin 5 üzvü - Ziyəddin və Hüseyn Səfərov qardaşları, habelə onların əmisi uşaqları Kamal Səfərov, Ayaz Səfərov, Məzahir Səfərov amansızcasına qətlə yetirilib. Həmçinin, basqın zamanı bəzi soydaşlarımız ağır bədən xəsarətləri alıb, təxminən 70-ə yaxın azərbaycanlı saxlanılıb. Rusiyanın rəsmi və qeyri-rəsmi mənbələrinin məlumatına görə, bu əməliyyat guya 20-25 il əvvəl baş vermiş bir azərbaycanlının qətli ilə bağlıdır. Eləcə də, bu qəbildən olan bir sıra başqa absurd iddialar da səsləndirilir.
Lakin bütün bu iddialar qəsdən dövriyyəyə buraxılan şayiə və yalan məlumatlardır. Məqsəd isə Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) və OMON xüsusi təyinatlı dəstəsinin əməkdaşları başda olmaqla güc strukturlarının iyunun 27-də səhər saat 5 radələrində Yekaterinburq şəhərində azərbaycanlılara məxsus 9 mənzilə basqın etməsinin ağır nəticələrini ört-basdır etməyə hesablanıb. Həmvətənlərimizin yaşadığı mənzillərdə Rusiyanın təhlükəsizlik qüvvələri tərəfindən Səfərovların qəddarlıqla qətlə yetirilməsini, bir neçə soydaşımızın ağır bədən xəsarətləri almasını, digər azərbaycanlıların isə həbs edilməsini, kobud rəftara məruz qalmasını heç bir iddia və arqumentlə ört-basdır etmək mümkün deyil.
Görünən budur ki, Azərbaycanın suveren xarici siyasət yürütməsini heç cürə həzm edə bilməyən Kreml məhz diaspora üzərindən, miqrantlar üzərindən ölkəmizə qarşı təzyiq göstərməyə, öz şərtlərini diktə etməyə çalışır. Rusiya dövlətinin həm azərbaycanlı, həm də qazax, qırğız, tacik və digər postsovet ölkələrindən olan miqrantlara qarşı bu cür sistemli, qəddar repressiya siyasəti geosiyasi motivlərlə bağlıdır. Bu repressiya və bu represiyanı həyata keçirən hüquq-mühafizə orqanlarının əməkdaşlarını özlərini mütəşəkkil cinayətkar dəstə üzvləri kimi aparması isə hazırkı Rusiya dövlətinin gerçək simasını ortaya qoyur.
Proseslər Rusiyada yaşayan azərbaycanlıların təhlükədə olduğunu göstərir. Azərbaycan dövlətinin Yekaterinburqda azərbaycanlılara qarşı baş vermiş bu zorakılıq aktı ilə bağlı dərhal hərəkətə keçməsi və Rusiyanın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Pyotr Volokovıxın Xarici İşlər Nazirliyinə (XİN) çağırılaraq, rəsmi Bakının kəskin etirazının çatdırılması adekvat reaksiyadır. Məsələnin araşdırılması, zorakılıq törədən bütün şəxslərin tezliklə cinayət məsuliyyətinə cəlb olunması barədə gözləntimiz rusiyalı diplomatın diqqətinə çatdırılıb. Beləliklə, Kremlə mesaj verildi ki, Azərbaycan Rusiya tərəfinin soydaşlarımıza qarşı şovinizm, diskriminasiya, milli ayrı-seçkilik siyasətinə laqeyd qalmayacaq. Biz Rusiyanın soydaşlarımıza qarşı zorakılıq siyasətini qəti şəkildə pisləyirik!
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 28 İyun 2025 20:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri