Icma.az
close
up
RU
Proseslərin necə cərəyan edəcəyi Fransanın səmimi davranışlarından asılıdır ANALİZ

Proseslərin necə cərəyan edəcəyi Fransanın səmimi davranışlarından asılıdır ANALİZ

Sherg.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"2020-ci ilədək bir çox dünya dövlətlərinin Azərbaycana qarşı normal münasibətləri var idi, lakin ölkəniz ərazi bütövlüyünü bərpa etdikdən sonra vəziyyət dəyişdi. 1994-2020-ci illərdə fəaliyyət göstərən Minsk qrupu münaqişənin həlli istiqamətində heç bir iş görmədi".

Bu sözləri Fransanın "Côte d'Azur" Universitetinin ictimai hüquq üzrə professoru Kristian Vallar "Fransa və Ermənistan-Azərbaycan Münaqişəsi" adlı beynəlxalq konfransda söyləyib.

O, vurğulayıb ki, 5 il bundan əvvələdək ölkələrimiz arasında əlaqələr normal səviyyədə inkişaf edib:

"Fransa əvvəllər, yəni 2020-ci ilədək Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib və suverenliyinin tərəfdarı olub. 2020-ci ilədək Fransa və Azərbaycan arasında normal münasibətlər mövcud olub. Mənim Fransanın ölkənizdəki səfirləri ilə söhbətlərim olub. Onlar həmişə deyirdilər ki, Fransa və Azərbaycan arasında ticari-iqtisadi əlaqələr yaxşı inkişaf edib. Lakin bayaq da qeyd etdiyim kimi, ərazi bütövlüyünün təmin edilməsindən sonra rəsmi Paris Azərbaycana qarşı qərəzli mövqe sərgiləməyə başlayıb".


Milli Məclisin deputatı Azər Badamov "Sherg.az"a bildirib ki, 2020-ci il 44 günlük Vətən müharibəsinə qədər bir çox dünya ölkələrinin Azərbaycana qarşı əsl mövqeyi bəlli deyildi:


"Ona görə də ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərinin rəhbrlərinin iç üzü məlum omurdu. Onlar özlərini səmimi göstərərk Azərbaycanı torpaqlarında erməni işğalı ilə barışdırmağa və münaqişəni əbədiləşdirməyə çalışırdılar. Amma Prezident İlham Əliyevin rəhbərliyi altında ordumuz və xalqımız torpaqları işğaldan azad etməyə ciddi hazırlaşdı. Həmçinin tarixi misiyasını cəmi 44 gündə icra etdi. Torpaqlarımızı işğaldan azad etməyimiz dünyada dərin layları yerindən tərpətdi və müharibəyə qədər Azərbaycana özlərini süni şəkildə səmimi kimi göstərən ölkələr sifətlərini dəyişdilər. Üstəlik, ölkəmizə qarşı təzyiq kampaniyasına başladılar. Onların başında ermənilərin böyük bacısı Fransa dayanır. Fransa açıq şəkildə Ermənistana dəstək verir və Azərbvaycana qarşı beynəlxalq təşkilatlarda qətnamələr qəbul etdirməyə, sanksiyalar tətbiq etdirməyə çalışdı. Hətta indi də buna davam etməkdən çəkinmir. Fransanın təsiri altnda olan avropalı deputatlar da AŞPA-da nümayəndə heyətimizə qarşı qərəz nümayiş etdirərək səsvermə hüququndan məhrum edən qətnamə imzaladı. Amma Azərbaycan nümayəndə heyəti isə onların qərarını gözləmədən mətbuat konfransı keçirib öz fikirlərini beynəlxalq mətbuata bildirərək Strasburqu qeyri-müəyyən müddətə tərk etdi".


Deputatın sözlərinə görə, bu gün də Azərbaycana qarşı çirkin niyyətlərindən əl çəkməyən ölkələrə torpaqları işğal olunmuş, əzilmiş və zəif Azərbaycan lazımdır:

"Amma Azərbaycan dövlət başçısının rəhbərliyi altında müstəqil mövqeyini bildirərək bizə qarşı olanlara heç nədən çəkinməyərək cavabını verir. Biz bizimlə dost və səmimi münasibətlər quran ölkələrlə əməkdaşlığmızı dərinləşdirməkdə maraqlıyıq. Hansı ki, Fransa kimi özünün ciddi problemi olan ölkələrə isə öz yerini göstəririk və daxili problemləri ilə məşğul olmaqlarını tövsiyə edirik. Fransa XXI əsrdə müstəmləkəçilik siyasətini davam etdirməklə dənizaşırı ölkələrin haqlarını istismar etməkdə davam etməklə özünün qara səhifəsini bağlamaq istəmir. Amma azad hüquqlarına qovuşmaq bütün xalqların təməl hüququdur  və bu baxımdan dənizaşırı ölkələrin xalqları da öz azadlıqlarına qovuşmaq onların haqqıdır. Bu baxımdan Azərbaycan isə dünyada ədalətin bərqərar olunmasını hər zman dəstəkləməkdə davam edəcək".


Siyasi şərhçi Elmir Səftərov isə deyib ki, Azərbaycanın İkinci Qarabağ müharibəsindəki qələbəsi regionda yeni reallıqlar yaratmaqla yanaşı, bölgəyə marağı olan qlobal güclərin geosiyasi dayaqlarını zəiflətdi:


"Cənubi Qafqazda "erməni kartı" vasitəsilə öz maraqlarını təmin etməyə çalışan, neytral qalmağa məcbur olan rəsmi Paris ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri kimi 28 illik fəaliyyəti dövründə keçmiş münaqişənin ədalətli həllinə heç bir töhfə vermədi. Hətta bütün fürsətlərdə BMT-nin qətnamələrinə əsasən, işğalçı qismində tanınmış Ermənistanı dəstəklədi və ölkəmizlə də mədəni-iqtisadi və siyasi əlaqələrini davam etdirərək ermənipərəst mövqeyini üstüörtülü formada həyata keçirdi. Lakin Ermənistanın Qarabağda məğlubiyyəti və erməni əhalisinin könüllü şəkildə Ermənistana getməsi Fransanın aqressiv ritorikasını açıq fazaya çıxardı. Çünki Azərbaycana qarşı təzyiq vasitələrindən olan qondarma erməni məsələsi gündəmdən çıxdı".

Şərhçi əlavə edib ki, dövlətlərin milli strategiyasının əsası əksər hallarda dəyişməz olaraq qalır:

"Maraqlar kontekstində isə müxtəlif dövrlərdə fərqli yanaşmalar müşahidə olunur. Ona görə yaxın keçmişə nəzər salsaq, Fransanın qondarma erməni soyqırımını tanıması, bu ölkədə Ermənistan ilinin elan edilməsi dərin köklərə malik əlaqələrin göstəricisidir. Zaman-zaman Fransa ilə əlaqələrimizin enişli-yoxuşlu dövrü olsa da, bu böhranın başlamasının təşəbbüsükarı Azərbaycan olmayıb. Digər ölkələrlə olduğunu kimi, Azərbaycan Fransa ilə də əlaqələrə önəm verir. Lakin dövlət maraqları naminə istənilən təhdidlərə qarşı adekvat reaksiya bundan sonra da davam edəcək. Ümumilikdə isə bundan sonra proseslərin necə cərəyan edəcəyi Fransanın səmimi davranışlarından asılıdır".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:240
embedMənbə:https://sherg.az
archiveBu xəbər 31 Yanvar 2025 14:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri