Icma.az
close
up
RU
ProseslərŞərurlu İsfəndiyarın xaricdə müalicəsinə mane olur MƏHKƏMƏ

ProseslərŞərurlu İsfəndiyarın xaricdə müalicəsinə mane olur MƏHKƏMƏ

Bakivaxti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Məhkəmə çəkişmələrinin uzanması "Şərur MTK"nın sahibi İsfəndiyar Axundovun ("Şərurlu İsfəndiyar") xaricdə müalicə olunmasına maneə yaradır.

Bakıvaxtı.az-ın Report-a istinadla məlumatına görə, bu barədə Binəqədi Rayon Məhkəməsində hakim Vüsal Tağıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən İsfəndiyar Axundovun vəkili Ülvi Nəsibli deyib.

Belə ki, prosesdə AMEA-nın Nəsimi adına dilçilik istitutunun əməkdaşı Nəzakət Qaziyeva iştirak edib.

Lakin o, fəaliyyəti ilə bağlı müəyyən sənədləri məhkəməyə təqdim etmədiyi üçün hakim prosesin təxirə salınması üçün tərəflərin fikrini soruşub.

Zərərçəkən tərəfin vəkili Asim Abbasov iş üzrə dindirilən ekspertin təcrübəsini, eləcə də iş üzrə düzgün rəy verəcəyini müəyyən etmək üçün sözügedən sənədlərin zəruri olduğunu bildirib. O, buna görə də prosesin təxirə salınmasını istəyib.

Təqsirləndirilən İsfəndiyar Axundovun vəkili Ülvi Nəsibli sözügedən məsələnin texniki olduğunu, bunun üçün prosesin təxirə salınmasına ehtiyac olmadığını deyib:

"Müvəkkilim səhhətində olan problemlə bağlı müalicə alır. Hər dəfə məhkəmə çəkişmələrinin davam etməsi onun müalicə olunmasına maneə yaradır. Həmçinin, bu proseslər İsfəndiyar Axundovun xaricdə müalicə olunmasına da əngəl yaradır. Biz prosesin uzanmaması üçün iclasın təxirə salınmamasını istəyirik".

Ekspert sənədlərini qısa vaxt ərzində təqdim edə bilmədiyi üçün proses noyabrın 14-nə kimi təxirə salınıb.

Xatırladaq ki, ötən prosesdə Linqivistik ekspertizanın rəyi elan olunmuşdu. Belə ki, həmin rəydə ekspertin təqsirləndirilən İsfəndiyar Axundovun xüsusi ittihamçı Emil Səməndərovu təhqir etdiyi qənaətinə gəldiyi bildirilmişdi.

İsfəndiyar Axundovun vəkilləri Ülvi Nəsibli və Şahbaz Kərimli isə ekspertiza rəyinin ziddiyyətli olduğunu deyərək AMEA-nın Dilçilik İnstitutundan əlavə müttəxəssis çağırılması ilə bağlı vəsatət vermişdilər, məhkəmə sözügedən vəsatəti təmin etmişdi.

Qeyd edək ki, İsfəndiyar Axundov "Proqress 2016 MTK"nın həbsdə olan rəhbəri Emil Səməndərovu dələduz adlandırıb.

Buna görə də Emil Səməndərov İsfəndiyar Axundov barəsində Cinayət Məcəlləsinin 147.2-ci (böhtan) və 148-ci (təhqir) maddələri üzrə xüsusi ittiham qaydasında şikayət edib.

O, İsfəndiyar Axundovun qeyd olunan maddələrlə cəzalandırılmasını istəyib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:157
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 12 Noyabr 2025 12:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see368

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see270

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see255

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see244

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see240

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see237

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see233

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see230

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see226

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see219

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see208

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see198

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see195

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see193

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see193

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see193

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see192

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see180

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see180

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri