Icma.az
close
up
RU
Prospektdəki yerüstü keçid bərbad vəziyyətdədir: Qurumlar 10 ildən çoxdur reaksiya vermir VİDEO

Prospektdəki yerüstü keçid bərbad vəziyyətdədir: Qurumlar 10 ildən çoxdur reaksiya vermir VİDEO

Icma.az, Avtosfer portalına istinadən məlumat verir.

Paytaxtda əhalinin sayının kəskin şəkildə artması, eləcə də avtomobilləşmə istiqamətində sürətli dinamika nəqliyyat istiqamətində davamlı yeniləşməyə tələbatı da artırır. Uzun illərdir piyadaların küçə və prospektlərdən istifadəsi zamanı onların təhlükəsizliyini və rahatlığını təmin etmək məqsədilə yerüstü və yeraltı piyada keçidlərinin inşası davam etdirilir. Ötən həftə Aeroport-Mərdəkan-Zuğulba avtomobil yolunda fiziki məhdudiyyətli vətəndaşların da nəə alındığı yeni yerüstü keçid istifadəyə verildi. Bütün bunlara baxmayaraq şəhərdəki bir çox keçidlərdən istifadə ya qismən çətinləşib, ya da keçidin tikintisi zamanı bir sıra nöqsanlar gğözardı edilərək təhvil verilib.

Avtosfer.az xəbər verir ki, Bakının  Binəqədi rayonundakı yerüstü keçid 2010-cu ildə əhalinin istifadəsinə təqdim edilsə də, bugünkü vəziyyəti onu deməyə əsas verir ki, keçidin vaxtaşırı təmiri və fəaliyyətinin uzunmüddətli davam etdirilməsi ilə bağlı görülməli olan işlərin heç biri yerinə yetirilməyib.

Belə ki, “Azadlıq Prospekti” metro stansiyasının yaxınlığında, Azadlıq prospekti ilə Süleyman Sani Axundov küçəsinin kəsişməsindəki yerüstü keçid illərdir ki, fəaliyyətini qismən davam etdirə bilir. Keçidin hər iki girişindəki eskalatorların enmək üçün olan hissəsi ümumiyyətlə işləmir. Qalxmaq üçün olan hissəsi də ilin yalnız bir neçə günü işləyir, qalan vaxtlarda isə sakinlər ya eksalatorlar işləmədiyi üçün yolun ortasından qaçaraq keçməli olur, ya da ki, keçidi piyada qalxmağa məcbur qalırlar.

Fiziki məhdudiyyətli vətəndaşlar üçün isə, ümumiyyətlə, hansısa şəraitdən söhbət belə gedə bilməz. Qeyd edilən ərazidə Azadlıq prospekti kimi geniş küçəni yerüstü keçiddən istifadə etmədən keçmək müşkül məsələdir. Uzun məsafədə “zebra”lar olmadığı üçün əlillərin bu yoldakı təhlükəsizliyi də sual altına düşür.

Ərazidə çəkiliş aparan əməkdaşımız bildirir ki, vətəndaşlaarın keçiddən isstifadəsinin çətinləşməsi istiqamətində bütün maneələr yaradılıb. Həm keçidin qarşısında, həm də keçidin yaxınlığındakı avtobus dayanacağı ərazidəki sahibkarlar tərəfindən parkinqə çevrilib. Sakinlər yaranan vəziyyətlə bağlı aidiyyəti qurumların tezliklə reaksiyasını və problemin həll edilməsini xahiş ediblər. Həmin videonu sizə təqdim edirik:

Səfər

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:88
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 09 Dekabr 2024 16:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see279

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see241

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see171

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see152

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see145

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri