Icma.az
close
up
RU
Menu

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

Yenidən məhkəmədə üz üzə gələcəklər

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

Psixi problemi miyonlara çevirən qadın

Psixi problemi miyonlara çevirən qadın

Icma.az bildirir, Azvision portalına istinadən.

"Sonsuzluq otağı"
Bu yapon rəssamı çox asanlıqla tanınan üslubunu 1950-ci illərdən inkişaf etdirməyə başlayıb. Onun dəst-xətti çox vaxt sosial şəbəkələrdə müasir incəsənətin qlobal vizual rəmzi kimi təqdim olunur. Amma çoxları bu əsərlərin arxasında ağır çətinlikləri dəf etməyə məcbur qalmış qadının şəxsi həyat hekayəsinin dayandığından xəbərsizdirlər.
1929-cu ildə fermer ailəsində dünyaya gələn Yayoi Kusama uşaqlıqdan hallüsinasiyalardan əziyyət çəkirdi. Onun ətrafda gördüyü hər şeyin üzərinə sanki nöqtəli və şəbəkəli naxışlar çökür. Rəssamın özü belə hesab edir ki, bu psixoloji pozğunluğun səbəbi uşaq vaxtı onu sevməyən anasının münasibətindən doğan stresslə bağlıdır. “Mənim əsərlərim həyatımın, xüsusilə psixi xəstəliyimin ifadəsidir”,- rəssam deyir.

O, psixi problemlərini heç vaxt gizlətməyib. Əksinə, sənəti bir növ terapiyaya çevirib. Kioto incəsənət məktəbini bitirəndən sonra ilk sərgisini Yaponiyada keçirib. 1958-ci ildə isə həm də onu tanımadığı insanlara ərə verməyə çalışan valideynlərinin təzyiqindən qurtulmaq üçün Nyu-Yorka köçüb. Anası ilk dövrlərdə ona bir daha heç vaxt evə qayıtmayacağı şərtilə maliyyə yarımı göstərməyə razılaşıb.
Amerikada Yayoi Kusama həmin dövrün tanınmış rəssamı, iri gül şəkilləri çəkməklə məşhurlaşan Corciya O`Kiff ilə dostlaşıb. Yayoi gecə-gündüz dayanmadan işləyərək avanqard janrında əsərlər yaradırdı. Onun ilk sərgisi böyük maraqla qarşılanır və sənətşünasların çoxlu şərhlərilə müşayiət olunur. 60-cı illərdə onun əsərləri seksual azadlığın simvolu kimi hippilərin arasında böyük məşhurluq qazanır.

Həmin dövrdə Kusama minlərlə nöqtə ilə bəzədilmiş qadın və kişi bədənlərini çəkməklə fərdilikdən məhrum şəxs ideyasını ifadə etməyə çalışırdı. Onun fəlsəfəsinə görə, insan ancaq öz “mən”ini məhv etməklə Kainatın sonsuzluğuna qovuşa bilər.
O, məşhurluğu arzulayır və gözləyir, bunun üçün qalmaqallı hərəkətlərdən də çəkinmirdi. Amma əsl şöhrət onu bir qədər gec - 90-cı illərdə tapıb. 1993-cü ildə Yayoini nəhayət, Venesiyada keçirilnə rəssamlıq biennalına dəvət edirlər. Bu artıq beynəlxalq miqyasda tanınma demək idi.
"Sonsuzluq güzgüsü"
2018-ci ildə Los-Ancelesdə rəssamın sərgisinə bir gündə 90 min bilet satılır. 2022-ci ildə Londonun “Teyt Modern” qalereyasında isə bir illik biletlər əvvəlcədən satıldığından, sərgini daha bir il uzatmaq lazım gəlir.
Onun “Əbədiyyət torları” ("Infinity Nets"), "Çiçəklər" və "Balqabaqlar" silsiləsindən olan əsərləri müntəzəm şəkildə hərraclarda 7 milyon dollardan başlayan qiymətlərə satılır.

Nyu-Yorkda 16 il yaşayandan sonra Yayoi Kusama Yaponiyaya qayıdır və daha bir neçə ildən sonra könüllü şəkildə psixiatrik xəstəxanaya yerləşərək, orada yaşamağa başlayır. İndiyə qədər də əsas yaşayış yeri ruhi xəstəxanadır. Hər gün yaxınlıqda yerləşən emalatxanasına gedir, sonra isə yenidən xəstəxanaya qayıdır. Baxmayaraq ki, eyni şəhərdə özünə məxsus 5 mərtəbəli muzeyi var. “Mən bütün insanlığın sağalması üçün yaradıcılıqla məşğulam”,- deyə Kusama son müsahibəsində bildirib.
Vüsal Məmmədov
AzVision.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:195
embedMənbə:https://azvision.az
archiveBu xəbər 31 Mart 2026 00:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see620

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see594

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see591

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see494

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see449

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see405

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see379

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see370

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see341

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see333

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see328

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see322

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see316

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see316

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see311

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see309

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see305

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

07 Oktyabr 2026 16:40see300

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see298

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

07 Oktyabr 2026 15:33see276
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri