Icma.az
close
up
RU
Psixi sağlamlıq problemləri olan şəxslərin cəmiyyətə inteqrasiyası sürətlənir Çingiz Qənizadə AÇIQLADI

Psixi sağlamlıq problemləri olan şəxslərin cəmiyyətə inteqrasiyası sürətlənir Çingiz Qənizadə AÇIQLADI

Demokrat.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Xəbər verdiyimiz kimi, Ombudsman yanında “Psixi sağlamlıq və insan hüquqları” sahəsində İşçi Qrup yaradılıb. Müvəkkilin rəhbərlik etdiyi İşçı Qrupa müvafiq dövlət qurumlarının və vətəndaş cəmiyyəti institutlarının nümayəndələri, psixi sağlamlıq üzrə təcrübəli ekspertlər, Ombudsman Aparatının əməkdaşları daxildir.
Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə Demokrat.az-a açıqlamasında deyib ki, psixi sağlamlıq problemləri ilə yaşayan şəxslərin hüquqlarının qorunması və reabilitasiyasının təmin edilməsi vacib məsələdir. O qeyd edib ki, bu istiqamətdə görülən tədbirlər həmin şəxslərin cəmiyyətə inteqrasiyasında mühüm rol oynayır:
“Psixi sağlamlıq hüququ hər bir şəxsin əsas hüquqlarından biridir. Bu hüquq yalnız tibbi yardım almaq deyil, həm də stiqma, stereotiplərdən  və ayrı-seçkilikdən qorunmaq, təhlükəsiz və inklüziv cəmiyyətdə yaşamaq imkanını təmin edir.  BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı və Ümumdünya Səhiyyə Təşkilatının birgə təqdim etdiyi “Psixi sağlamlıq, insan hüquqları və qanunvericilik: rəhbər prinsiplər və təcrübə” adlı sənəd dünya ölkələrində psixiatriya sahəsində islahatlar aparmaq üçün qanunvericiliyin təkmilləşdirilməsi və bununla da keyfiyyətli psixiatriya yardımının göstərilməsi məqsədi ilə hazırlanıb”. 
Ç.Qənizadə bildirib ki, “Psixiatriya yardımı haqqında” Azərbaycan Respublikasının Qanununa görə psixiatriya yardımı göstərilən şəxslərin hüquqlarına və qanuni mənafelərinə əməl olunmasına nəzarət edilir:
“Bu məsələ Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinə (Ombudsman) tapşırılıb. Düşünürən ki, Ombudsman yanında yaradılan İşçi Qrup beynəlxalq təcrübədən, ən son yanaşmalardan yararlanaraq cəmiyyətin həssas qruplarının müdafiəsi istiqamətində yeni standartlar qəbul edəcək. Həmçinin, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi, psixiatriya yardımı göstərilən müəssisələrdə xidmət keyfiyyətinin artırılması ilə bağlı təkliflərin irəli sürülməsini təmin edəcək. Fikrimcə, İşçi Qrupun fəaliyyət istiqaməti həm də maarifləndirici təlim proqramlarının hazırlanmasına yönələcək. Çünki həm hüquqi, həm də praktiki baxımdan inklüziv cəmiyyətin qurulmasında maarifləndirmə mühüm əhəmiyyət kəsb edir”.
Törə Zeynallı
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:112
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 17 Dekabr 2024 16:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see318

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see308

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see289

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see267

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see256

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see245

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see218

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see213

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see198

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see197

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see184

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see182

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see176

İlham Əliyev bu gəncləri mükafatlandırdı SİYAHI

30 Yanvar 2026 16:40see173

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see156

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see153

Türkiyə serialları ailə və mədəni dəyərləri zəhərləyir Aydın Xam Əbilov

30 Yanvar 2026 19:07see152

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see151

İsveçrədəki məhkəmə prosesi İtaliya ilə gərginliyə səbəb olub

30 Yanvar 2026 22:47see151

Hikmət Hacıyev: Azərbaycan İrandakı vəziyyətlə bağlı ABŞ ilə müzakirə aparmayıb

30 Yanvar 2026 23:20see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri