Icma.az
close
up
RU
Menu

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

Tənhalığın çox asan müalicəsi

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Psixiatriya qanunu ilə bağlı iddialara Zahid Orucdan sərt CAVAB

Psixiatriya qanunu ilə bağlı iddialara Zahid Orucdan sərt CAVAB

Icma.az bildirir, Redaktor.az saytına əsaslanaraq.

"Psixiatriya yardımı haqqında" qanuna təklif edilən dəyişikliklər insan azadlığı, şəxsi toxunulmazlıq, rəsmi orqanların müdaxiləsinin sərhədləri və cəmiyyətin təhlükəsizliyi kimi olduqca həssas məsələləri əhatə edir. Ağır psixi pozuntu keçirən, özünə və ya ətrafdakılara təhlükə yaradan bir insanla qarşılaşdıqda rəsmi orqanlar iki seçimlə üz-üzə qalır: ya müdaxilə etməlidirlər, ya da kənarda dayanmalıdırlar. Lakin "şəxs razılıq vermədi" deyərək hadisəni sadəcə izləmək əslində məsuliyyətdən imtina deməkdir".

Redaktor.az xəbər verir ki, bu fikirləri Milli Məclisin plenar iclasında deputat Zahid Oruc səsləndirdi.

Onun sözlərinə görə, yayihədə psixiatriya yardımı haqqında məlumatların elektron sağlamlıq kartında saxlanılması, şəxsin həmin məlumatları elektron sistem vasitəsilə əldə etməsi, qanuni nümayəndəyə məlumatların iki iş günü ərzində verilməsi, müalicədən imtinanın sistemdə rəsmiləşdirilməsi, tibbi xarakterli məcburi tədbirlər tətbiq edilən şəxslərin digər pasiyentlərlə birgə müalicə olunması, yaxın qohumların və qanuni nümayəndələrin dərhal məlumatlandırılması kimi müddəalar yer alıb:

"Göründüyü kimi, bunlar tibbi prosesin sənədləşdirilməsinə, izlənməsinə və məsuliyyətin artırılmasına xidmət edən son dərəcə mühüm tədbirlərdir. Lakin layihə ilə bağlı süni şəkildə ajiotaj yaradılır. Qanunun guya dövlət hakimiyyəti orqanları tərəfindən siyasi məqsədlərlə istifadə olunacağı, inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxslərin razılığı olmadan psixiatriya müayinəsinə göndərilməsi ilə bağlı kampaniya aparılır. Müzakirə olunan qanun layihəsini guya repressiya aləti kimi təqdim edənlər, siyasi rəqiblərə qarşı tətbiq ediləcəyini iddia edənlər, əslində, zəhmət çəkib layihəni diqqətlə oxusalar, üç mühüm məqamı aydın görərlər. Birincisi, söhbət istənilən vətəndaşdan və ya siyasi fəaldan getmir. Söhbət barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsdən gedir. İkincisi, psixiatriya yardımının göstərilməsi yalnız şəxsin özünün və ya başqa şəxslərin həyat və sağlamlığı üçün təhlükə yaratdığı hallarda mümkündür. Üçüncüsü, prokuror və ya digər səlahiyyətli vəzifəli şəxs psixi xəstəlik diaqnozu qoymur. O, yalnız psixiatriya müayinəsinin aparılması barədə qərar verir. Psixi pozuntunun olub-olmamasını isə yalnız həkim-psixiatr müəyyənləşdirir. Deməli, inzibati orqanın qərarı tibbi diaqnoz hesab edilmir. Müayinə hospitalizasiya demək deyil. Hospitalizasiya da müddətsiz azadlıqdan məhrumetmə kimi qiymətləndirilə bilməz. Qüvvədə olan qanunvericiliyə əsasən, qeyri-könüllü qaydada psixiatriya stasionarına yerləşdirilən şəxs 48 saat ərzində həkim-psixiatr komissiyası tərəfindən müayinə olunmalı, hospitalizasiyanın əsaslılığı müəyyənləşdirilməli və məsələ məhkəməyə çıxarılmalıdır. Göründüyü kimi, şəxsin müdafiə hüququ tam təmin olunur".

NURİYYƏ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:165
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 30 İyun 2026 12:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see577

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see490

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see443

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see314

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see300

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see293

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see282

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see272

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see255

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see247

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see239

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see226

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see224

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see201

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see196

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see195

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see193

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see178

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

02 Noyabr 2026 01:37see177

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri