Icma.az
close
up
RU
Menu

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

Qan şəkərini nəzarətdə saxlayan və ürəyi qoruyan 5 meyvə

Meşə yanğını tüstüsü uşaqlarda autizm riskini artırır

Zahid Orucdan Fransaya SƏRT İTTİHAMLAR

Zahid Orucdan Fransaya SƏRT İTTİHAMLAR

Olke.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Fransa terrorçuları azad media təmsilçiləri kimi qoruyur, istifadə müddətləri bitəndə məhv edir, məsuliyyəti isə ölkəmizin üstünə atır

"Son illər müxtəlif beynəlxalq indekslərdə ölkəmiz əleyhinə sərt mövqelərin səbəbləri hamıya bəllidir.   Media çətiri altında nüfuz agentləri və hibrid informasiya terroru həyata keçirən qüvvələrin mövqeləri xeyli zəiflədi. İndi yeni mərhələdə mediada vahid dövlət siyasətinin bir mərkəzdən idarə olunması qərara alınır".

Ölkə.az xəbər verir ki, bunu deputat Zahid Oruc parlamentdə "Media haqqında" qanuna dəyişikliyin müzakirəsi zamanı deyib. 
Deputat bildirib ki, qanunvericiliyə edilən əsas dəyişiklik mövcud Audiovizual Şura ilə Medianın İnkişafı Agentliyinin (MEDİA) bazasında kollegial idarəetmə sisteminə malik vahid qurum - Media və Yayım Şurası - yaradılır. "Qərar fərqli institusional vəzifələrin və dövlət idarəçiliyində yeni mərhələyə keçidin zərurəti kimi qiymətləndirilə bilər. Qarabağda və Şərqi Zəngəzurda yeni idarəetmə sistemi formalaşdırıldığı kimi, eyni prinsiplərlə milli informasiya məkanında da suverenlik, təhlükəsizlik və inkişaf prinsiplərinə əsaslanan yeni institusional təsisat yaradılır",-o qeyd edib.
O əlavə edib ki,  dünyada informasiya məkanının strukturu əsaslı şəkildə dəyişib: 'İndi bir dövlətin informasiya məkanı yalnız televiziya, radio, qəzet və xəbər saytlarının məcmusu ilə məhdudlaşmır. Yeni informasiya arxitekturasına sosial şəbəkələr, video platformalar, mesajlaşma tətbiqləri, axtarış sistemləri, bloqerlər, fərdi kontent yaradıcıları və süni intellekt sistemləri daxildir. Vətəndaş jurnalistikası ənənəvi mətbuatdan daha böyük təsir gücü qazanıb. Dövlət efir tezliklərini və rəsmi media subyektlərini tənzimləyə bilir. Lakin ictimai gündəmi formalaşdıran alqoritmləri, xaricdə yerləşən rəqəmsal platformaları və süni intellektin milyonlarla istifadəçiyə təqdim etdiyi məlumatları əhatə etmədən informasiya siyasəti bütöv sayıla bilməz. 
Azərbaycanda vahid Media və Yayım Şurasının yaradılması yeni nəsil tənzimləmə modelinə keçid kimi dəyərləndirilə bilər.  

Müasir dövrdə informasiya hücumları yalnız bir xarici televiziya kanalının, qəzetin və ya saytın fəaliyyəti ilə qurulmur - onun arxasında dövlət və ya siyasi sifarişçi, analitik mərkəzlər, lobbi və maraq qrupları, vasitəçi media şəbəkələri, anonim saytlar, diaspor səhifələri, influenserlər, Telegram kanalları, saxta profillər və bot şəbəkələri dayanır; eyni tezis bir ölkədə insan hüquqları, digərində dini və etnik həssaslıq, başqa auditoriyada ekologiya, enerji siyasəti və ya geosiyasi rəqabət dili ilə qablaşdırılır - bəzən isə əsas məqsəd informasiya məkanını elə ziddiyyətli vəziyyətə gətirməkdir ki, vətəndaş heç bir mənbəyə inanmasın. Son günlər tezisləri Yeliseydə yazıldığı şübhə doğurmayan saxta məhkəmə hökmləri həmin siyasətin tərkib hissəsidir - Fransa dövləti himayə etdiyi terrorçuları azad media təmsilçiləri kimi qoruyur, istifadə müddətləri bitəndə məhv edir, məsuliyyəti isə ölkəmizin üstünə atır.

Dövlətimizin yeni media siyasəti kibertəhlükəsizliyi, strateji kommunikasiyanı, rəqəmsal platformalarla münasibətləri və media savadlılığını birləşdirən milli informasiya bütövlüyünü təmin etmək üçün mühüm addımlar atır. O cümlədən, saxta hesabları, süni şəkildə böyüdülən mövzuları və "deepfake" materiallarını real vaxtda aşkarlayan erkən xəbərdarlıq sistemi mövcuddur. Media savadlılığı milli təhlükəsizliyin tərkib hissəsidir və yeni Media və Yayım Şurası nəzarətlə yanaşı, milli informasiya məkanının inkişafını və beynəlxalq rəqabət qabiliyyətini vahid siyasətdə birləşdirəcəkdir".

Mürtəza

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:169
embedMənbə:https://olke.az
archiveBu xəbər 19 İyun 2026 13:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see345

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see325

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see304

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see293

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

02 Noyabr 2026 16:13see282

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see267

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

02 Noyabr 2026 16:54see255

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

02 Noyabr 2026 17:54see244

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see240

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see236

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see224

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see220

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

02 Noyabr 2026 19:27see216

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see209

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see209

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see195

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see185

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see173

Qan şəkərini nəzarətdə saxlayan və ürəyi qoruyan 5 meyvə

02 Noyabr 2026 22:03see170

Meşə yanğını tüstüsü uşaqlarda autizm riskini artırır

02 Noyabr 2026 22:10see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri