Icma.az
close
up
RU
Psixoloq: Qayınata və qaynanalar ailənin daxili işlərinə müdaxilə etməməlidir

Psixoloq: Qayınata və qaynanalar ailənin daxili işlərinə müdaxilə etməməlidir

Icma.az, Sherg.az portalına istinadən məlumat verir.

Bakıda qətl törədilib.

Sherg.az Report-a istinadən xəbər verir ki, hadisə Binəqədi rayon ərazisində qeydə alınıb.

Şəhər sakini Ədil Məhərrəmov bizlə öldürülüb.

Hadisəni törətməkdə şübhəli bilinən, zərərçəkmişin qayınatası əvvəllər məhkum olunmuş Nəcəf Qafarov tutulub.

Faktla bağlı cinayət işi başlanılıb, müvafiq ekspertizalar təyin edilib.

Məsələ ilə bağlı “Sherg.az”a danışan psixoloq-konsultant Zeynəb Əyyubova bildirib ki, belə faciəli ailədaxili hadisələrin baş verməsi cəmiyyətimiz üçün ciddi siqnal və təəssüf doğuran bir haldır:


“Bu cür münaqişələrin kökündə uzun müddət yığılıb qalmış həll olunmamış psixoloji gərginliklər, ailədaxili ünsiyyət çatışmazlıqları, nəzarətsiz emosional partlayışlar və patriarxal yanaşmalar dayanır. Ailədaxili münasibətlərdə sərhədlərin pozulması, şəxsi məkanın və fərdi qərarların hörmət edilməməsi, tərəflər arasında qarşılıqlı anlayışın olmaması belə münaqişələrin getdikcə dərinləşməsinə səbəb olur. Psixoloji yardım baxımından ilk növbədə ailələrdə kommunikasiya bacarıqlarının inkişaf etdirilməsi vacibdir. Hər bir ailə üzvü öz fikrini, narazılığını və ehtiyaclarını aqressiyasız və konstruktiv şəkildə ifadə etməyi öyrənməlidir. Eyni zamanda, erkən mərhələlərdə yaranan anlaşılmazlıqların peşəkar psixoloqlar vasitəsilə həllinə üstünlük verilməlidir. Ailə terapiyası, fərdi konsultasiyalar və psixoloji maarifləndirmə proqramları bu baxımdan olduqca əhəmiyyətlidir. Valideynlər, xüsusilə də qayınata və qaynana kimi ailədə güclü təsir gücünə malik şəxslər, ailənin daxili işlərinə müdaxilə etmədən, dəstəkçi və neytral mövqedə olmağı bacarmalıdırlar”.


Psixoloqun sözlərinə görə cəmiyyət səviyyəsində ailə münasibətləri ilə bağlı maarifləndirici layihələrə ehtiyac var:

“Televiziya proqramları, sosial şəbəkələr və məktəblər vasitəsilə ailədaxili münasibətlərin necə daha sağlam qurulması barədə maarifləndirici məlumatlar geniş kütləyə çatdırılmalıdır. Həmçinin, nikahdan əvvəl gənclər üçün ailə psixologiyası ilə bağlı treninqlərin təşkili faydalı olar. Dövlət səviyyəsində isə ailə institutunun gücləndirilməsi, mütəmadi psixoloji dəstək xidmətlərinin əlçatan edilməsi və məcburi ailə maarifləndirici kursların tətbiqi önəmlidir. Hüquqi sistemdə ailədaxili zorakılığa qarşı cəza tədbirlərinin daha sərt və effektiv olması da bu cür hadisələrin qarşısının alınmasında mühüm rol oynaya bilər. Unutmaq olmaz ki, sağlam ailə münasibətləri yalnız emosional deyil, həm də psixoloji və sosial təhlükəsizliyin təməlidir. Hər bir fərd bu təhlükəsizliyi təmin etməkdə üzərinə düşən rolu dərk etməli, ehtiyac yarandıqda peşəkar yardıma müraciət etməkdən çəkinməməlidir”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:108
embedMənbə:https://sherg.az
archiveBu xəbər 22 Aprel 2025 14:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see272

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see267

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see254

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see240

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see223

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see204

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see192

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see192

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see190

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see177

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see174

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see171

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see162

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see159

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see156

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see154

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see153

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see150

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri