Psixoloq valideynlərin dərs ilinin ilk həftələrində etdiyi səhvləri açıqladı
Icma.az, Demokrat.az portalına istinadən məlumat yayır.
Dərs ilinin ilk həftələrində valideynlərin əsas məqsədi uşağın məktəb rejiminə tədricən uyğunlaşmasına şərait yaratmaq olmalıdır. Həddindən artıq nəzarət və yüksək gözləntilər isə bu prosesi çətinləşdirə bilər.
Bunu uşaq və ailə psixoloqu Svetlana Qlaqola açıqlayıb.
Onun sözlərinə görə, yeni dərs ilinin ilk ayında uşağın tədris fəaliyyətinə yumşaq şəkildə uyğunlaşması prioritet olmalıdır. Valideynlər əvvəlcə özləri üçün bu tədris ilindən hansı gözləntilərinin olduğunu müəyyənləşdirməli və uşağa uzunmüddətli prosesə uyğun yanaşmalıdırlar.
Psixoloq bildirib ki, valideynlərin ən çox yol verdiyi səhvlərdən biri dərslərin başlanması ilə uşağın üzərinə həddindən artıq yük qoyulmasıdır. Məktəb dərslərinə əlavə olaraq repetitor, müxtəlif kurs və dərnəklərin gec saatlara qədər davam etməsi uşağın gündəlik rejiminə mənfi təsir göstərə bilər. Bu səbəbdən həftə ərzində istirahət üçün tam boş günün saxlanılması tövsiyə olunur.
Qlaqolanın fikrincə, uşağa qarşı həddindən artıq tələbkarlıq və dərslərdə mükəmməllik gözləntisi də düzgün yanaşma deyil. Uşağın yüksək nəticələr göstərə bilməməsinin yaş və fizioloji xüsusiyyətlərlə bağlı ola biləcəyi nəzərə alınmalıdır.
Mütəxəssis valideynləri hiper nəzarətdən də uzaq durmağa çağırıb. Uşağın gün ərzində baş verən hər hadisə barədə daim hesabat verməsini tələb etmək onun üzərində əlavə təzyiq yarada bilər.
Psixoloq həmçinin uşağın tərbiyəsində günahkarlıq hissindən istifadə edilməsinin və məktəbdəki nəticələrin uşağın şəxsiyyəti ilə əlaqələndirilməsinin düzgün olmadığını vurğulayıb.
Onun sözlərinə görə, uşağa “yaxşı oxuyursansa, deməli, yaxşısan” kimi yanaşmanın aşılanması da arzuolunmazdır.
Qlaqola hesab edir ki, valideynlərin dəstəyi uşağın yalnız akademik göstəricilərinə deyil, onun emosional vəziyyətinə və məktəbə uyğunlaşma prosesinə də yönəlməlidir.
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.

Bu mövzuda digər xəbərlər:Valideynlərin səhvləri uşağın gələcək davranışlarına necə təsir edir? PSİXOLOQ DANIŞDI
04 Fevral 2026 13:38
Bağlanma stilləri Psixoloq açıqladı
21 İyul 2025 10:03
Qısqanmırsa, sevmir? Psixoloq açıqladı
12 Noyabr 2025 09:35
Gənc ailələrə valideynlərin müdaxiləsi düzgündür? PSİXOLOQ AÇIQLADI
23 İyun 2025 12:48
Valideynlərin etdiyi bu səhv uşaqları aqressiv və piylənmə xəstəsi edir Psixoloq
04 May 2026 21:02
Baxış sayı:142
Bu xəbər 05 Sentyabr 2026 10:50 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları