Icma.az
close
up
RU
Psixoloqlara görə evlənmək üçün ən doğru yaş: Boşanma ehtimalı sıfıra yaxındır

Psixoloqlara görə evlənmək üçün ən doğru yaş: Boşanma ehtimalı sıfıra yaxındır

Icma.az, Milli.az portalına istinadən məlumatı açıqlayır.

Hər il yüz minlərlə cütlüyün evliliyinə son qoyması münasibətlərdəki dözümlülüyün arxasındakı sirləri yenidən müzakirəyə açdı. "Birlikdə böyümək üçün gənc yaşda mı addım atılmalı, yoxsa karyera və şəxsi həyatda sabitliyi gözlənməli?" sualına psixoloqlar cavab verib. Aparılan genişmiqyaslı araşdırmalar evlilik yaşı ilə ayrılıq ehtimalı arasında təəccüblü bir əlaqə olduğunu üzə çıxarıb. Mütəxəssislər boşanma riskinin ən aşağı olduğu ideal bir "rahatlıq zonası" müəyyən edib, bu yaşdan aşağı və ya yuxarı edilən evliliklərin çox kövrək olduğunu vurğulayırlar.

Milli.Az xəbər verir ki, psixoloqların açıqladığı statistikaya görə, evlənmək üçün zehni və emosional baxımdan ən təhlükəsiz dövr 28 ilə 32 yaş arasıdır. 25 yaşında ailə həyatı quran bir şəxsin boşanma ehtimalı 20 yaşında evlənən biri ilə müqayisədə 50 faizdən daha az müşahidə olunur. Əksər gənc cütlüklərin uğurlu bir evlilik davam etdirmək üçün lazım olan psixoloji yetkinliyə, böhran idarəetmə bacarıqlarına və sosial dəstəyə hələ sahib olmadığı ifadə edilir. 32 yaşınadək gözlənilən hər il evlilik sonrası ayrılıq riskini 11 faiz azatsa da, bu qoruyucu təsir sonsuza qədər davam etmir və müəyyən bir həddən sonra tənlik tamamilə əksinə dönür.

32 yaşından sonra hər il risk 5 faiz artır
Əvvəlki inancın əksinə olaraq, evlənmək üçün nə qədər çox gözlənilərsə, münasibətin bir o qədər möhkəm olacağı düşüncəsi statistika ilə təkzib edildi. Psixoloqlar kritik həddin 32 yaş olduğunu qeyd edirlər. 25 yaş altı evliliklər ayrılığa və uyğunsuzluq problemlərinə ən çox meyilli dövr olaraq görülsə də, 28-32 yaş arası cütlüklərin evliliyi davam etdirmə ehtimalının ən yüksək olduğu ideal aralıq qəbul edilir.

Lakin 32 yaşından sonra evlənilən hər əlavə il üçün boşanma riski 5 faiz artım göstərir. 38 yaşında nikah masasına oturan bir cütlük statistik olaraq 30 yaşında evlənənlərə görə daha kövrək bir təməldə başlayır. Bunun səbəbi sevgi əksikliyi deyil, fərdlərin oturmuş həyat rejimləri və keçmişdən gətirdikləri baqajlar olur.

Yaş xaricində evliliyi çətinləşdirən digər amillər
Münasibət mütəxəssisi psixoloqlar gec yaşda edilən evliliklərdə riskin artmasını birbaşa həyat təcrübələri ilə əlaqələndirirlər. Əvvəlki münasibətlərdən qalan maliyyə öhdəlikləri və ya uşaqlı həyat yeni evliliyin balansını poza bilir, otuzlu yaşların ortalarına qədər tək yaşamğa öyrəşən fərdlər ortaq bir yaşayış sahəsi yaradarkən güzəştə getməkdə çətinlik çəkir.

Həmçinin gec yaşda potensial həyat yoldaşı seçimlərinin azalması fərdləri bəzən "tam uyğunluq" əldə edə bilmədikləri şəxslərlə evlənməyə sövq edə bilər. Mütəxəssislər yenə də bütün bu statistikanın ümumi sosial meyilləri əks etdirdiyini, düzgün ünsiyyət və qarşılıqlı anlayışla hər yaşda güclü bir yuva qurmağın mümkün olduğunu xatırladırlar.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:154
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 03 Sentyabr 2026 05:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see346

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see290

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see282

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see279

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see265

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see262

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see256

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see255

Həftədə bir məşq fiziki formanı və sağlamlığı yaxşılaşdıra bilərmi?

14 Noyabr 2026 21:54see235

Bitkoinin qiyməti 66 min dollardan aşağı düşdü

15 Noyabr 2026 01:34see227

Məşhur model milyarderə ərə getdi

15 Noyabr 2026 00:26see218

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

15 Noyabr 2026 14:28see210

Türkiyəli aktyor ev sahibi ilə məhkəməni uddu Kirayə qalmaqalı

14 Noyabr 2026 22:18see206

Azərbaycanın İKT sektorunda rekord artım: Region ölkələri ilə fərq nə qədərdir?

15 Noyabr 2026 13:53see206

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

15 Noyabr 2026 15:50see205

Kayli Cennerin keçmiş işçisi məhkəməyə müraciət etdi Ağır ittihamlar

14 Noyabr 2026 23:23see202

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi ŞƏRH

15 Noyabr 2026 13:13see202

SÖZÜN İŞIĞINDA KEÇƏN ÖMÜR Qazi şair Ədalət Nicatın 60 illiyi qeyd olunub

15 Noyabr 2026 13:40see194

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see189

TÜRK MÜDAFİƏ SƏNAYESİNİN YENİ UĞURU... 51 dronu bir neçə saniyədə məhv edir + VİDEO

15 Noyabr 2026 19:14see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri