Icma.az
close
up
RU
Psixoloqlara görə nankor insanlar bu 4 cümləni daim təkrarlayırlar

Psixoloqlara görə nankor insanlar bu 4 cümləni daim təkrarlayırlar

Milli.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Psixoloqların qənaətinə görə, bəzi insanlar münasibətlərdə etdikləri yaxşılıqları daim gündəmə gətirərək qarşı tərəfin özlərini borclu hiss etməsinə səbəb ola bilərlər. Mütəxəssislər bildirirlər ki, müəyyən ifadələrin davamlı təkrarlanması həmin şəxsin qarşı tərəfi günahlandırmasına, daim tərif gözləməsinə və özünü qurban roluna qoymasına gətirib çıxarır. Bu cür yanaşma zamanla münasibətlərdə etimad və tarazlıq problemlərinə yol aça bilər.

"Heç kimin olmayanda mən yanında idim"

Milli.Az xəbər verir ki, "Heç kimin olmayanda mən yanında idim" ifadəsi insanın keçmişdə etdiyi fədakarlıqları daim xatırladaraq qarşı tərəfdən əvəz gözlədiyini göstərə bilər. Bu ifadəni işlədən şəxslər keçmişdə verdikləri dəstəyi bir növ borc kimi təqdim edərək qarşı tərəfin özünü günahkar hiss etməsinə səbəb ola bilərlər. Xüsusilə çətin anlarda göstərilən dəstəyin daim xatırladılması münasibətdə qarşılıqlı anlaşmadan daha çox bir hesablaşma mühiti yarada bilər. Minnətdarlıq gözləntisinin təzyiqə çevrilməsi münasibətin sağlam quruluşuna da xələl gətirə bilər.

Çatışmayan cəhətlərə köklənirlər
Nankor davranış sərgiləyən insanlar sahib olduqları dəyərləri qiymətləndirmək əvəzinə, çox vaxt çatışmayan cəhətlərə diqqət yetirirlər. Onlar özləri üçün edilən yaxşılıqları və təklif olunan imkanları arxa plana keçirir, edilməyənləri daha çox önə çəkə bilirlər. Bu yanaşma insanın ətrafından gördüyü dəstəyi yetərli hesab etməməsinə və münasibətlərində daim narazılıq yaşamasına səbəb ola bilər.

"Bizə borclusan"
"Sənin üçün bu qədər şey etdik, bizə borclusan" kimi ifadələr edilən yaxşılıqların qarşılıq gözləntisi ilə əlaqədar olduğunu göstərir. Birinə dəstək olub, daha sonra bu dəstəyi qarşı tərəf üzərində bir təzyiq vasitəsi kimi istifadə etdikdə münasibətin tarazlığı pozula bilər. Edilən fədakarlıqların daim xatırladılması qarşı tərəfin özünü sərbəst hərəkət edə bilmədiyi bir münasibət içində hiss etməsinə səbəb olur.

"Təşəkkür etmirsən"
"Sənin üçün nəsə edirəm, amma heç təşəkkür etmirsən" cümləsi isə daim təriflənmək və qiymətləndirilmək gözləntisini ortaya qoyur. Edilən yaxşılıqdan sonra təşəkkür edilməsi təbii olsa da, bunun daim tələb olunması münasibətin səmimiyyətinə zərər vura bilər. Psixoloqların fikrincə, göstərilən köməyin və fədakarlıqların daim qarşı tərəfə xatırladılması zamanla sevgi və həmrəyliyin yerini hesablaşma anlayışının almasına gətirib çıxara bilər. Buna görə də sağlam münasibətlərdə edilən yaxşılıqların müqabilində daim minnətdarlıq gözləmək əvəzinə qarşılıqlı hörmət və anlaşmanın qorunması böyük əhəmiyyət daşıyır.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:164
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 10 Avqust 2026 05:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see811

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see560

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see401

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see286

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see284

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see279

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see267

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see258

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see251

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see228

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see221

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see210

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see208

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see205

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see204

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see199

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see196

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see193

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see191

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri