PSJ azarkeşlərindən diqqətçəkən pankart
Icma.az, Qol.az saytına istinadən bildirir.
PSJ azarkeşləri Çempionlar Liqasının finalında “İnter” üzərində 5:0 hesablı qələbədən sonra tribunalarda diqqətçəkən pankart açıblar.
QOL.az xəbər verir ki, pankartda klubun baş məşqçisi Luis Enrike və onun qızı Ksananın təsvir olunub.
Ksana 2019-cu ildə, cəmi doqquz yaşında, beş ay davam edən intensiv müalicədən sonra osteosarkoma (sümük xərçəngi) xəstəliyindən vəfat etmişdi.
Luis Enrike karyerasında ikinci dəfə Çempionlar Liqasının qalibi olub. İspaniyalı mütəxəssis bu titulu ilk dəfə 2014/2015 mövsümündə “Barselona”ya rəhbərlik edərkən qazanmışdı.
Bundan əlavə, Enrike futbol tarixində Xosep Qvardioladan sonra iki müxtəlif klubla "trebl" (üç əsas turnirin qalibi olmaq) qazanmağı bacaran ikinci baş məşqçi olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:67
Bu xəbər 01 İyun 2025 12:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















