PSJ Dzion Suzuki üçün “Parma” ilə razılaşmağa yaxındır
Idman.biz saytına istinadən Icma.az xəbər verir.
Fransanın PSJ futbol komandası “Parma”nın qapıçısı Dzion Suzukinin transferini yekunlaşdırmağa yaxındır.
İdman.Biz “Football Italia”ya istinadən xəbər verir ki, Paris təmsilçisi 23 yaşlı qapıçı üçün İtaliya klubu ilə 35 milyon avro (təxminən 68,6 milyon AZN) dəyərində paket üzrə razılığa yaxınlaşıb.
Transfer baş tutacağı halda Suzukinin PSJ-nin heyətində qalacağı hələ dəqiq deyil. Paris klubu onun “Yuventus”a icarəyə verilməsi variantını da nəzərdən keçirir. Bu məsələ Lukas Şevalyenin gələcəyindən asılı olacaq.
Mənbəyə görə, tərəflər bu detalı gələn həftə ərzində müzakirə edəcəklər. Şevalye PSJ-dən ayrılarsa, Suzuki Parisdə saxlanıla bilər. Əks halda, yaponiyalı qapıçının daha çox oyun praktikası qazanması üçün “Yuventus”a icarəyə göndərilməsi mümkündür.
PSJ daha əvvəl Suzuki üçün 33 milyon avroluq təklif göndərib. Sonrakı danışıqlarda paket 35 milyon avroya qədər artırılıb. “Yuventus” da qapıçı ilə maraqlansa da, transfer məbləği Turin klubu üçün yüksək hesab olunur.
Baxış sayı:128
Bu xəbər 10 Avqust 2026 08:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















