Icma.az
close
up
RU
PSJ FFF ilə müharibəyə başladı

PSJ FFF ilə müharibəyə başladı

Icma.az, Footbal-plus portalına istinadən məlumatı açıqlayır.

Son ölkə çempionu və Çempionlar Liqasının qalibi PSJ Fransa Futbol Federasiyası (FFF) ilə açıq münaqişəyə başlayıb.

"Football-plus.az" xəbər verir ki, budəfəki münaqişənin səbəbi paytaxt klubunun hücumçularının – Usman Dembele ilə Dezire Duenin yığmanın heyətində Ukrayna ilə oyunda (2:0) aldığı zədə ilə bağlıdı. Klub rəsmiləri əmindi ki, bu zədələrdən qaçmaq olardı.
Futbolçuların zədələndiyi üzə çıxandan dərhal sonra PSJ futbol qurumuna rəsmi məkrub göndərib. Paytaxt klubu məktubda yığmanın tibb personalını Parisdən ayrı-ayrı futbolçularla bağlı göndərilən bilgini nəzərə almamaqda ittiham edib. Söhbət konkret Dembele ilə Duenin hansı həddə qədər yüklənməyə məruz qala biləcəyindən və zədə ehtimalından gedir. Paris klubunun rəhbərliyinin fikrincə, milli komandanın həkimləri, sadəcə, bu xəbərdarlığı nəzərə almayıb:

“PSJ arzulayır ki, bu xoşagəlməz hadisələr klubların tibbi heyəti ilə milli komanda arasında sistemli, sənədləşdirilmiş və qarşılıqlı fikir mübadiləsini təmin edən yeni rəsmiləşdirilmiş tibbi əlaqələndirmə strukturunun yaradılmasına, həmçinin futbolçuların - xüsusən də müalicə tələb edən zədəsi olduqda – çağrılması və belələrinin əməyindən istifadə zamanı gücləndirilmiş ehtiyat prinsipinə hörmət edilməsinə yol açsın”.

“L'Equipe” nəşrinin yaydığı xəbərə inansaq, PSJ-nin 4 sentyabr tarixli məktubunda əvvəllər yığmanın düşərgəsində zədə alan oyunçuların siyahısı da yer alıb. Parislilər bu zədələr arasında hansısa bağ görürlər, bu üzdən sistemli dəyişikliklər tələb edirlər.
Onlar belə hesab edir ki, klub həkimləri ilə millik komandanın həkimləri arasında qarşılıqlı əlaqə protokolu olmalıdı.
Artıq ilk yarıda əzələsini zədələyən Due fasilədən sonra meydanda görünməyib. Gənc yarımmüdafiəçi 3-4 həftəliyə sıradan çıxıb. Maraqlıdı ki, onun əvəzinə meydana çıxan Dembele də sona qədər mübarizə apara bilməyib: 81-ci dəqiqədə sağ ombasından yapışan hücumçu Yuqo Ekitike ilə əvəzlənib. “Qızıl top”a iddialı hücumçuya ombanın arxa hissəsinin zədəsi diaqnozu qoyulub ki, onun da sıraya dönməsi üçün 6 həftə tələb olunur.
İş ondadı ki, Usman “Tuluza” ilə oyunda sol ombasında narahatlıq hiss etdiyinə görə PSJ-nin tibbi personalı yığmanın məşqçi korpusundan futbolçunu çox yükləməməyi xahiş edib. Ancaq yığmanın baş məşqçisi Didye Deşam iddia edir ki, futbolçunun sağlıq durumu qaydasında olub:

“Mən onu meydana buraxmışamsa, deməli, sağlamdı. Bu başqa ombadı, o, heç bir problem hiss etməyib”.

Təbii ki, iki aparıcı oyunçunun zədələnməsi PSJ üçün böyük zərbədi. Paytaxt klubu “Qarabağ”dan fərqli iki hücumçunun – Musa Qurbanlı ilə Nəriman Axundzadənin ümidinə qalmasa da, iki futbolçusunun yoxluğunda əziyyət çəkəcək. Dembele ilə Duenin Çempionlar Liqası çərçivəsində “Barselona” ilə oyunu buraxacağı dəqiqdi. Bundan başqa, Usman hətta noyabrda “Bavariya” ilə keçiriləcək oyunu da buraxa bilər. Təqvimdəki sıxlığı və rəqiblərin yüksək səviyyəsini nəzərə alsaq, bu itkilər həqiqətən də Luis Enrikeni qorxutmalıdı.
Sonda hər iki futbolçunun cari mövsümdəki göstəricilərini də xatırladaq. Dembele bu mövsüm PSJ-nin heyətində bütün turnirlərdə keçirdiyi 8 oyunda 4 qol vurub, 3 məhsuldar ötürmə verib. 4 oyuna çıxan Duenun hesabında isə 1 məhsuldar ötürmə var.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:106
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 14 Sentyabr 2025 20:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see332

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see311

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see289

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see282

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see273

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see237

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see228

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see224

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see219

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see218

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see212

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

04 Oktyabr 2026 04:04see198

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see185

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see176

İti pəncərədən atan şəxs polis tərəfindən saxlanıldı VİDEO

04 Oktyabr 2026 19:03see172

Azərbaycan millisi Litvanı qəbul edir YENİLƏNİR

04 Oktyabr 2026 08:15see172

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

04 Oktyabr 2026 05:06see165

Konqo DR Səhiyyə Nazirliyi: Ebola epidemiyasının piki geridə qalıb

04 Oktyabr 2026 06:15see163

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see162

Təkcə silahla yox, imanımız və canımızla... Cəbrayılı azad edən XTQ mayoru DANIŞDI

04 Oktyabr 2026 17:06see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri