PSJ nin istədiyi yarımmüdafiəçi ilə yeni müqavilə imzalanacaq
Sportal.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
"Bayer" PSJ-nin transfer siyahısında yer alan İbrahim Mazanı satmağı düşünmür.
Sportal.az xəbər verir ki, Bundesliqa nəhəngi əlcəzairli yarımmüdafiəçinin müqaviləsinin müddətini artıracaq. Bu barədə jurnalist Florian Plettenberq məlumat yayıb.
Mazanın 2031-ci ilin yayına kimi nəzərdə tutulan sözləşməsi daha 1 il uzadılacaq. Yeni anlaşma ilə 20 yaşlı futbolçu daha çox maaş alacaq. Gənc hücumameyilli yarımmüdafiəçinin illik 2,5 milyon avro təşkil edən əməkhaqqı 4 milyon avroya yüksəldiləcək.
Qeyd edək ki, "Bayer" İbrahim Mazanı 2025-ci ilin yayında "Herta"dan 12 milyon avroya transfer edib. Əlcəzair millisinin üzvü cari mövsümdə Leverkuzen təmsilçisinin heyətində meydana çıxdığı 14 rəsmi matçda 4 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:84
Bu xəbər 14 Noyabr 2026 16:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















