Icma.az
close
up
RU
PSJ nin qələbəsi də təəccübləndirdi, məğlubiyyəti də

PSJ nin qələbəsi də təəccübləndirdi, məğlubiyyəti də

Footbal-plus saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Düşünmək olardı ki, PSJ ÇL-i qazanandan sonra bu turnir üçün emosional güc tapa bilməyəcək. Ancaq parislilər maksimum peşəkarlıq nümayiş etdirdi. “Atletiko” isə tipik “məzuniyyət komandası” təsiri bağışladı.

"Football-plus.az" xəbər verir ki, heç bir ideya, düşüncə, canfəşanlıq yox idi. Sanki meydanda səviyyəcə fərqli liqaların təmsilçiləri üz-üzə gəldi. Oyunun afişası hara, 4:0 hesabı hara?!
19-cu dəqiqədə hesabı açan PSJ fasilə ərəfəsində fərqi artırdı. Parislilər total dominantlıq edir, madridlilər təhlükəli vəziyyət yaratmaqda çətinlik çəkirdi. Fasilədən sonra Fransa klubu yenə hadisələrin axarına nəzarət etsə də, “Atletiko” bir qədər canlandı. Nəticədə “hindular” sayılmayan qol vurdular, 78-ci dəqiqədə azlıqda qalandan sonra isə daha iki top buraxdılar. Hesab komandaların göstərdiyi oyun səviyyəsi arasındakı uçurumun real göstəricisidi.
Yeri gəlmişkən, bu oyunu 80619 tamaşaçı izlədi ki, bu da hər iki klub üçün cari mövsümün rekordudu. 2025-ci ildə qol sayını 105-ə çatdıran PSJ “Barselona”nı (102) arxada qoymaqla bu göstəricidə “böyük beşlik”də liderliyi ələ keçirdi.
1-ci turun digər oyununda “Botafoqo” “Sietl Saunders”i məğlub etdi. Artıq ilk yarıda iki qol vuran braziliyalılar sona yaxın meydan sahiblərinin təsəlli qoluna mane ola bilmədi.
“Atletiko” PSJ önündəki darmadağının acığını “Sietl Saunders”dən çıxdı. Hesab “hindular”ın inamlı qələbəsindən xəbər versə də, ədalət naminə meydan sahiblərinin dəfələrlə real qol imkanını qaçırdığını da vurğulamalıyıq.
2-ci turun digər oyununda əsl sensasiya yaşandı. ÇL-in qalibi Libertadores kubokunun qalibinə uduzdu. Oyunboyu üstün təsir bağışlayan PSJ martın 5-dən bəri ilk dəfə meydandan qolsuz ayrıldı. Jezusun əks-hücum zamanı vurduğu qol “Botafoqo”nu qrup lideri etdi.
B qrupu
1-ci tur
PSJ – Atletiko 4:0 (2:0)

PSJ (Paris, Fransa): Donnarumma, Mendeş (L.Ernandes, 79), Paço, Markinyos, Hakimi, Ruis (Li Kan İn, 72), Vitinya, Neveş, Kvaratsxeliya (Zair-Emeri, 72), Ramuş (Mayulu, 66), Due (Mbay, 80).
Atletiko (Madrid, İspaniya): Oblak, Qalan (Mandava, 62), Lanqle, Le Norman, Lyorente, Lino (Koke, 46), Barrios (Sörlot, 70), De Paul (Qallaher, 62), Simeone (Korrea, 62), Qrizmann, Alvares.
Qollar: Ruis, 19 (1:0). Vitinya, 45+1 (2:0). Mayulu, 87 (3:0). Li Kan İn, 90+7-p. (4:0).
Vərəqələr: Lanqle, 20. Le Norman, 25. Simeone, 29. Koke, 48. Markinyos, 61. Korrea, 63. Mandava, 64 – sarı. Lanqle, 78 – qırmızı (ikinci sarı).
Hakim: İştvan Kovaç (Rumıniya).
15 iyun. Los Anceles. 80619 tamaşaçı.
Botafoqo RJ – Sietl Saunders 2:1 (2:0)
Botafoqo (Rio de Janeyro, Braziliya): Viktor, Telles (Kuyabano, 69), A.Barboza, Kunya, Vitinyo, Artur, Freytas (D.Barboza, 85), Qreqore, Mastriani (Korrea, 46), Savarino (Kabral, 69), Jezus (Rodriges, 85).
Sietl Saunders (ABŞ): Fray, Tolo (Beyker-Uaytinq, 46), Reygen, Kim Ki Xi (Bell, 46), A.Roldan, Varqas, K.Roldan, Kent (De la Veqa, 71), Rusnak, Ferreyra (Rotrok, 71), Musovski (De Rosario, 84).
Qollar: Kunya, 28 (1:0). Jezus, 44 (2:0). K.Roldan, 75 (2:1).
Vərəqələr: Tolo, 27. A.Barboza, 61. Korrea, 64. Reygen, 87 – sarı.
Hakim: Qlenn Nüberq (İsveç).
16 iyun. Sietl. 30151 tamaşaçı.
2-ci tur
Sietl Saunders – Atletiko 1:3 (0:1)

Sietl Saunders (ABŞ): Fray, Beyker-Uaytinq, Reygen, Bell, Kossa-Rientsi (Paulu, 79), Varqas, K.Roldan, Rotrok (A.Roldan, 66), Rusnak (Minunqu, 79), De la Veqa (Kent, 61), Musovski (Ferreyra, 60).
Atletiko (Madrid, İspaniya): Oblak, Qalan, Le Norman, Ximenes (Vitsel, 46), Lyorente, De Paul (Qallaher, 66), Koke (Korrea, 70), Barrios, Simeone, Alvares (Molina, 83), Sörlot (Qrizmann, 66).
Qollar: Barrios, 11 (0:1). Vitsel, 47 (0:2). Rusnak, 50 (1:2). Barrios, 55 (1:3).
Vərəqələr: De Paul, 42. Rotrok, 63. Qallaher, 77 – sarı.
Hakim: Yael Falkon (Argentina).
19 iyun. Sietl. 51636 tamaşaçı.
PSJ – Botafoqo RJ 0:1 (0:1)
PSJ (Paris, Fransa): Donnarumma, L.Ernandes (Mendeş, 56), Paço, Beraldo, Hakimi, Zair-Emeri (Ruis, 56), Vitinya, Mayulu (Neveş, 56), Kvaratsxeliya, Ramuş (Barkola, 56), Due (Li Kan İn, 79).
Botafoqo (Rio de Janeyro, Braziliya): Viktor, Telles (Kuyabano, 69), A.Barboza, Kunya, Vitinyo, Freytas, Qreqore, Allan (Nyuton, 86), Savarino (Rodriges, 69), Artur (Montoro, 78), Jezus.
Qol: Jezus, 36.
Vərəqələr: Qreqore, 57. Kuyabano, 89 – sarı.
Hakim: Dryu Fişer (Kanada).
19 iyun. Los Anceles. 53699 tamaşaçı.
1. Botafoqo RJ 2 2 0 0 3-1 6
2. PSJ 2 1 0 1 4-1 3
3. Atletiko 2 1 0 1 3-5 3
4. Sietl Saunders 2 0 0 2 2-5 0
23 iyun: Sietl Saunders – PSJ, Atletiko - Botafoqo RJ.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:226
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 21 İyun 2025 17:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see341

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see308

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see253

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see248

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see217

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see215

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see208

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see202

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see201

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see199

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see199

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see194

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see191

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see190

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see184

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see183

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see182

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see176

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see175

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri