PSJ Real ın oyunçusunu rənglərinə bağlamaq istəyir
sport24.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
PSJ-nin gələn yay transfer hədəfləri arasında "Real"ın yarımmüdafiəçisi Eduardo Kamavinqa da yer alıb. Sport24.az "Diario AS"-a istinadən xəbər verir ki, Paris klubu 23 yaşlı fransız futbolçuya ciddi maraq göstərir və onu transfer etməyi düşünür.
Kamavinqanın çoxyönlü olması və potensialı yüksək qiymətləndirilsə də, "Real"da heç də əvəzolunmaz deyil. Yaxşı təklif gələcəyi halda Madrid təmsilçisi yarımmüdafiəçi ilə yollarını ayırmağı düşünür.
Kamavinqa "Renn" akademiyasının yetirməsidir və "Real" 2021-ci ildə onun transferi üçün 31 milyon avro ödəyib. Onun "Kral klubu" ilə müqaviləsi 2029-cu ilin yayında başa çatır. "Transfermarkt" portalı onun hazırkı bazar dəyərini 50 milyon avro olaraq qiymətləndirir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:155
Bu xəbər 02 Aprel 2026 08:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















