PSJ, yoxsa “Nyukasl”? Avropa futbolunun biliciləri seçim etdi
Footbal-plus saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bu gün, Bakı vaxtı ilə saat 15.00-da Nyon şəhərində başlayacaq püşkatma mərasimində “Qarabağ”ın Çempionlar Liqasının pley-offundakı rəqibi müəyyənləşəcək. Ağdamlıların potensial rəqibləri də bəllidi: onlar ya Fransa PSJ-si, ya da İngiltərə “Nyukasl”ı ilə qarşılaşacaq.
Bəs, hansı rəqib Qurban Qurbanovun komandası üçün daha uyğundu?
Bu sualla “CBC Sport”un şərhçilərinə müraciət etdik. Onlardan seçimlərinin səbəblərini izah etmələrini də istədik.
Fərid Ramazanov:
“Məncə, “Nyukasl” daha uyğundu, çünki PSJ daha böyük iddiaya malik komandadı, Çempionlar Liqasının son qalibidi, heyəti daha geniş və dünya ulduzlarından ibarətdi”.
“PSJ olmasını istərdim. ÇL-in pley-off həyəcanını tam yaşamaq üçün son qalibdən daha uyğun rəqib ola bilməz. Belə böyük turnirləri böyük edən məhz belə nəhəng klublardı. Burda oynayanda hər futbolçu dünyanın ən yaxşıları ilə yarışmaq arzusunda olur. Bir klubun ÇL-in qalibi statusunda Bakıya gəlişi özü artıq tarixi hadisədi. Bu mənada düşünürəm ki, PSJ daha cəlbedici və maraqlı rəqib sayılmalıdı”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:42
Bu xəbər 30 Yanvar 2026 12:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















