“PUBG” serialı çəkilir: Donald Qlover həm oynayacaq, həm də rejissor olacaq
Kulis.az saytından alınan məlumata görə, Icma.az bildirir.
"Netflix" məşhur video oyununu canlı aktyorlarla ekranlaşdırmağa hazırlaşır.
Kulis.az xəbər verir ki, “Atlanta” serialı ilə tanınan Donald Qlover “PUBG” oyunu əsasında çəkiləcək serialın baş rol ifaçısı, ssenaristi və rejissoru olacaq.
O, layihənin icraçı prodüseri kimi də çıxış edəcək. Qardaşı Stiven Qlover isə ssenari müəllifi və icraçı prodüserlərdən biri olacaq.
2017-ci ildə yayımlanan “PUBG: Battlegrounds” oyunçuların bir-biri ilə mübarizə apardığı “battle royale” janrının dünyada populyarlaşmasında mühüm rol oynayıb. Oyunun əsas mexanizmi müxtəlif oyunçuların eyni xəritədə mübarizə apararaq sağ qalan son iştirakçı olmağa çalışması üzərində qurulub. Bu səbəbdən serialın yaradıcılarını maraqlı ssenari problemi gözləyir: oyunun ənənəvi film süjeti yoxdur və ekran versiyası üçün ayrıca hekayə qurulmalıdır.
Qloverin layihəyə cəlb edilməsi təsadüfi seçim sayılmır. O, “Atlanta” serialının yaradıcısı kimi televiziya dünyasında nüfuz qazanıb, aktyor, rejissor və musiqiçi kimi də tanınır. Hələlik serialın süjeti, digər aktyorları və çəkiliş tarixləri açıqlanmayıb.
"Və öldük mamırlar üzərində..." - Paul Valeridən sevgi şeiri Fransada oğurlanmış iki əsər tapıldı Cey-Z "Super Bowl"un fasilə şousunda çıxış edəcək
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:138
Bu xəbər 02 Noyabr 2026 12:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















