Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

ChatGPT də problem yarandı

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

Ərdoğan əsəbiləşdi: Qətiyyən qəbul edə bilmərik

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

Samiq Sadıxov vəzifəsindən azad edildi

“Pul amili bura gəlməyimdə böyük rol oynadı” Pyoli ƏrRiyaddakı həyatından və hədəflərindən danışdı

“Pul amili bura gəlməyimdə böyük rol oynadı” Pyoli ƏrRiyaddakı həyatından və hədəflərindən danışdı

Footbal-plus portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ötən yay “Milan”da Stefano Pyolinin beşillik dönəmi başa çatdı. Amma 59 yaşlı mütəxəssisin işsiz günləri çox çəkmədi və o, sentyabrın ortalarından bəri Kriştiano Ronaldonun şərəfini qoruduğu “Əl-Nəssr”i çalışdırır. Pyoli İtaliyadan ayrılandan sonra ilk müsahibəsini yalnız bugünlərdə verib.

"Football-plus.az" xəbər everir ki, İtaliya superkubokunun matçları üçün Səudiyyə Ərəbistanına yollanan “Qazetta dello Sport”un əməkdaşları fürsətdən istifadə edərək onunla söhbətləşib.
- Ər-Riyadda gününüz necə keçir?
- Adi peşəkar insanın həyatı kimi. Saat 7.30-dan 15.30-a kimi məşq bazasında oluram. Havanın hərarəti 45 dərəcəyə çatan günlərdə, adətən, səhərlər məşq edirik. Cümə günləri isə dini ibadətləri yerinə yetirmək üçün bir qayda olaraq, məşqi saat 11-də başa çatdırırıq Hər şeylə təchiz olunmuş və bazazmızdan 30 km məsafədə yerləşən bir kompleksdə yaşayıram. Orda həyat yoldaşım, oğlum və köməkçilərimlə birlikdə qalıram. Boş vaxtlarımızda padel və boulinq oynayırıq. Eləcə də yerli restoranları kəşf etməyə çalışırıq. Tıxacları saymasaq, hər şey qaydasındadı.
- Ərəb dilində hansı sözləri öyrənmisiz?
- “Ya Allah” sözünü. Bu sözdən məşqdə də istifadə edirəm. Futbolçuları irəli səsləyirəm və bir növ onlara “getdik” deyirəm. Bir də “mabruk” sözündən də istifadə edirəm. Mənası “təbrik edirəm” deməkdi.
- İnsanlar küçədə sizi tanıyır?
- Hər yerdə... Ticarət mərkəzlərində də, restoranlarda da. Qəribədi ki, mənə “Byoli” deyə müraciət edirlər. Yəni onlar üçün soyadım “P” yox, “B hərfi ilə başlayır. Adətən, “Salam, Byoli” deyirlər. “Milan” və “skudetto” sözlərini də tez-tez eşidirəm. Burda “Milan”ın fanatları çoxdu.
- Nəvələriniz üçün nə qədər darıxırsız?
- Onlar üçün də, dostlarım üçün də çox darıxıram. Amma şikayətlənmək istəmirəm. Çünki bu qərarı yaxşıca düşünəndən sonra verdim. Bir növ rahatlıq zonasından çıxmaq istədim. Bunun üçün isə mütləq ölkədən kənarda çalışmalısan.
- Ərəblər qəlbinizi nə ilə fəth etdi?
- İlk görüşdəcə onların konkret işə, hədəfə köklənmiş sualları xoşuma gəldi. Daha öncə karyeramda işə bu dərəcədə peşəkar yanaşma ilə qarşılaşmamışdım. Heç kim bir-birini aldatmır. Hər kəs çox səmimidi. Amma təbii ki, pul amili də bura gəlməyimdə böyük rol oynadı.
- “Milan”dan ayrılandan sonra hər kəs sizin tətilə çıxacağınızı düşünürdü.
- “Milan”da 5 il çalışandan sonra birillik tətil götürməyi planlaşdırırdım. Çünki bu 5 il bir tərəfdən çox mükəmməl, digər tərəfdən isə yorucu alınmışdı. Hətta biraylıq London səfərimi də artıq planlaşdırmışdım. “Çelsi”, “Tottenhem” başda olmaqla bir neçə klubun bazasını ziyarət etmək istəyirdim. Əslində “Milan”ın ödəyəcəyi təzminatla həyatımı gözəl şəkildə davam etdirə bilərdim. Amma bir müddət sonra anladım ki, işsiz çox qala bilməyəcəm.
- İtaliyadan təkliflər var idi?
- Bəli, üç təklif almışdım. Birinci təklif elə mayda gəlmişdi. Sonuncu təklif isə Səudiyyə Ərəbistanına yollanmamışdan bir neçə gün öncə gəldi. Amma “Milan”dakı bu gözəl macəramdan sonra düşündüm ki, İtaliyada başqa bir klubu çalışdırmağım düzgün olmaz.
- Səudiyyə Ərəbistanında futbolun səviyyəsi haqda nə deyərdiz?
- Futbolun səviyyəsi gözlədiyimdən də yüksəkdi. 6-7 komanda var ki, A seriyasında yerini qoruya bilər. 3-4 komanda isə hətta Çempionlar Liqasına vəsiqə uğrunda mübarizə aparar.
- Kriştiano Ronaldonu çalışdırmaq necə hissdi?
- Mən məşqə 30 dəqiqə əvvəl gəlirəmsə, o, məndən də 20-25 dəqiqə əvvəl gəlir. Həmişə avtobusa ən birinci minir. Maksimalist insan olduğu üçün həm özündən, həm də komanda yoldaşlarından çox şey tələb edir. Ronaldo komanda üçün yaşayır. Bacardığı qədər yardım edir və bəzən məsləhətlər verir. Bir neçə dəfə ona komanda ilə toplantı keçirməyə icazə vermişəm. Hər halda, mən ona adi futbolçu gözü ilə baxa bilmərəm. Kriştiano ağıllıdı və komandada hər kəsin roluna hörmətlə yanaşır.
- Siz paltardəyişmə otağında heç İbrahimoviçə belə səlahiyyətlər verməmişdiz.
- Onların xarakteri fərqlidi. İbra impulsivdi. Bir möv dominantlıq etməyi xoşlayan şəxsiyyətə malikdi. Ronaldo isə əfsanədi. Hər kəsi ətrafına toplamağı bacarır. Çox böyük oyunçudu. 1000 qola çatmaq hədəfi ilə yaşayır. Əminəm ki, bu hədəfə çatacaq. Özü də bunun baş verməsi üçün çox gözləmək lazım gəlməyəcək.
- İbra ilə əlaqəniz var?
- “Əl-Nəssr” ilə müqavilə imzalayarkən mənə təbrik mesajı göndərmişdi. Mən isə ona ÇL-də Madriddəki qələbədən sonra təbrik mesaji yazdım. Burda Ər-Riyadda da görüşüb bir qədər söhbət etdik. Onun kimi futbolçunu çalışdırmaq asan olmasa da, xoş idi. Bəlkə də mənim ofisimdə aramızda yaşanan gərgin çaxnaşmanı xatırlayır... Bunun mənə faydası oldu.
- “Milan”ın oyunlarını izləyirsiz?
- Çox az. Çünki televizor qarşısında oyun izləyəndə emosional oluram. “Milan”ın bu mövsüm yalnız bir oyununa əvvəldən sona kimi baxmışam. Bəlkə də ən zəif və maraqsız oyun oldu. “Yuventus”la qolsuz başa çatan matçı nəzərdə tuturam. “Real”la oyunun isə ikinci hissəsini izlədim.
- Belə çıxır ki, derbidəki qələbəni də izləmədiz.
- Aydın məsələ idi ki, “Milan” mənsiz qalib gələcək...
- “İnter”ə qarşı derbilərdəki ardıcıl məğlubiyyətlər qəlbinizdə nə dərəcədə ağır iz buraxdı?
- Bəlkə də derbilərdəki uğursuzluqlar bu macəramın sonunu tezləşdirdi. Ardıcıl 6 məğlubiyyət, əlbəttə, məşqçi kimi məni yaraladı. Xüsusilə də ÇL-dəki məğlubiyyətlər. Həmin uğurusuzluq gözəl nəticəmizin üzərindən qalın bir xətt çəkdi. Halbuki “Milan” ÇL-də 16 ildən sonra ilk dəfə yarımfinala yüksəlmişdi.
- Təkcə derbidəki uğursuzluqlar yox, çoxsaylı zədələr də sizə mane oldu.
- “Əl-Nəssr”də bizim yalnız bir futbolçumuz – Talişka zədə üzündən 1-2 oyun buraxıb. Başqa zədəli yoxdu. Hərçənd burdakı iş prinsipim ötənilki ilə eynidi.
- “Milan”dan ayrılmaq zamanının çatdığını nə vaxt anladız?
- Mənim üçün qırılma anı ötən mövsüm AL-in 1/4 finalında “Roma”ya qarşı səfər oyunu oldu. Evdəki ilk oyunda onlara 0:1 hesabıyla uduzmuşduq. Cavab oyunundan öncə paltardəyişmə otağında futbolçuları ruhlandırmaq üçün mühüm sözlərdən istifadə etdim. Həmin toplantıda dediyim sözlərdən hətta öz tüklərim də biz-biz oldu. Həyatımda bəlkə də ən səmimi, istəkli açıqlamalarım idi. Məğlubiyyətin əvəzini çıxıb mərhələni adlayacağımıza əmin idim. Amma əvəzində komanda meydanda, demək olar, heç nə göstərmədi. Yəni mənim o cür sözlərimə reaksiya verən olmadı. Həmin an başa düşdüm ki, artıq “Milan”a verəcəyimi vermişəm. Bir anlığa empatiya qırıldı...
- “Milan”da keçirdiyiniz illər ərzində nəyəsə görə heyifsiləndiyiniz məqam var?
- Xeyr. Heç bir anıma görə heyifsilənmirəm. Mənim üçün əsas meyar komandanı hansı vəziyyətdə qəbul edib və hansı vəziyyətdə təhvil verməyimdi. Bu 5 il ərzində klubu, futbolçuları və fanatları xoşbəxt etmək üçün əlimdən gələni əsirgəmədim. Deməzdim ki, orda verdiyimdən daha az aldım. Bu baxımdan hesab bərabərdi. Bir şey dəqiqdi ki, inanılmaz və rəngarəng emosiyalar yaşadım. Buna görə də həmişə o kluba minnətdar olacam.
- “Əl-Nəssr”də əsas hədəfiniz nədi?
- İlk növbədə komandanı Asiya Çempionlar Liqasında “dördlər finalı”na daşımaq istəyirəm. Özü də “dördlər finalı” Ər-Riyadda olacaq. Ora vəsiqə əldə edəndən sonra artıq titulu qazanmaq barədə də düşünə bilərik. Yəni qarşıya ciddi hədəflər qoyulub. Gələn mövsüm isə əsas hədəf ölkə çempionluğu olacaq. Rəhbərliklə artıq konkret anlaşmamız var. “Əl-Nəssr”i çempion edə bilsəm, bu vəzifədə qalacam. Edə bilməsəm, baxarıq... Mənim üçün ən çətin turnir premyer-liqadı. 60 yaşım tamam olmaq üzrədi. Amma hələ də özümü cavan oğlan kimi hiss edirəm. İndi dayanmaq vaxtı deyil. Ya Allah, irəli...

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:82
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 15 Yanvar 2025 12:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see240

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

01 Dekabr 2025 21:20see216

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see210

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see195

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see192

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see175

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see173

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see156

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see148

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see139

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see128

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see126

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see126

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see125

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see124

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see122

Ərdoğan əsəbiləşdi: Qətiyyən qəbul edə bilmərik

01 Dekabr 2025 21:39see119

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see119

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see118

Samiq Sadıxov vəzifəsindən azad edildi

01 Dekabr 2025 14:54see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri