Icma.az
close
up
RU
Pul verməyən müştərini videoya çəkib biabır etmək olar?

Pul verməyən müştərini videoya çəkib biabır etmək olar?

Demokrat.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakıda taksi sürücüsü ilə qadın sərnişin arasında yaşanan insident sosial şəbəkələrdə geniş müzakirələrə yol açıb. Sürücü sərnişinin gediş haqqını ödəmədiyini iddia edərək həmin anları videoya çəkib paylaşsa da, görüntülərin konteksti və təqdimat forması ciddi hüquqi suallar doğurub.
Hüquqşünas Əkrəm Həsənov Demokrat.az-a açıqlamasında bildirib ki, heç kəs heç kəsin şəxsi həyatını ictimailəşdirib yaymaq və ya təhqir etmək hüququna malik deyil.
"Əgər taksi sürücüsü qarşısında təhqir və ya hörmətsizlik kimi hallar baş verirsə, onun hüquqi müdafiə imkanları mövcuddur. Belə hallarda sürücü həm polisə şikayət verə, həm də məhkəməyə müraciət edərək hüquqlarını qorumaq hüququna malikdir. Əgər qadının kimliyi məlum deyilsə, sürücü özünü qorumaq və hadisəni sübut etmək məqsədilə hadisə zamanı şəkil çəkə, videolar və digər mövcud sübutları toplaya bilər. Eyni zamanda, əgər hər hansı şəxs başqasını təhqir edir, böhtan atır və ya şantaj məqsədilə onun haqqında şəkillər və məlumatlar yayırsa, bu şəxslər də qanun qarşısında məsuliyyət daşıyır. Böhtan, şantaj və təhqir kimi hərəkətlər ciddi hüquqi nəticələrə səbəb ola bilər və qanunvericilik çərçivəsində müvafiq tədbirlər görülür".
Hüquqşünasın sözlərinə görə, qadının kimliyi məlum olmadığı halda sürücü hadisəni sübuta yetirmək üçün foto və video çəkə bilər. Lakin bu materialların şantaj, böhtan və ya təhqir məqsədilə yayılması ciddi məsuliyyət yaradır. Qanunvericilik bu cür əməllərə görə həm inzibati, həm də cinayət məsuliyyəti nəzərdə tutur.
Hadisə zamanı tərəflərdən birinin digərini əsassız yerə ittiham etməsi şərəf və ləyaqətin qorunması məsələsini gündəmə gətirir. Belə hallarda zərərçəkən tərəf yayılan saxta məlumatlara və görüntülərə görə hüquqi addımlar ataraq təzminat tələb edə bilər. Bu cür münaqişələrin sosial şəbəkələrdə deyil, hüquqi müstəvidə həlli hər iki tərəfin maraqlarına uyğundur.
Əfsanə Kamal
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:178
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 27 Fevral 2026 13:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see568

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see412

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see288

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see285

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see269

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see254

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see243

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see243

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see241

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see238

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see237

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see232

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see226

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see225

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see221

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see199

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see199

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see193

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see191

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri