Icma.az
close
up
RU
Pul xərcləməyən kişi ilə görüşməyə dəyməz, cinsəllikdən sonra... Məşhur psixoloqdan ŞOK AÇIQLAMALAR

Pul xərcləməyən kişi ilə görüşməyə dəyməz, cinsəllikdən sonra... Məşhur psixoloqdan ŞOK AÇIQLAMALAR

Moderator.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Zaman-zaman sosial şəbəkələrdə yerli və xarici psixoloqların gənc qızlara “Sizə madiyyat xərcləməyən kişilər, dəyər vermir deməkdir” kimi fikirləri ilə rastlaşırıq. Artıq yetişməkdə olan gənc nəsil də bunu əsas meyar olaraq görür. Bəs görəsən bu yanaşmada nə qədər həqiqət payı var? 
 

Mövzu ilə bağlı tanınmış psixoloq Samirə Bağırova Moderator.az - a danışdı. 

“Məsələ burasındadır ki, onsuzda bütün  dövrlərdə, sevgililər səbəbli  günlərdə qarşılıqlı  olaraq hədiyyələr edirdilər. Bu bir növ cütlüklərin bir- birinə göstərdiyi əlavə diqqət, könlü xoş etmək məqsədilə göstərilən davranışdır. Sadəcə son zamanlarda bu hal o qədər abartılı vəziyyət alıb ki, hisslər, dəyərlər qalıb bir kənarda münasibətlər açıq -aşkar bazara çevrilib. Qayda budur ki, kişi hədiyyə etmədikcə, qadın kişini hədiyyələrə boğa bilməz və kişinin hədiyyəsindən bahalı hədiyyə etməsi tövsiyə olunmur. Təbii ki, evlilikdə qaydalar dəyişə bilir. Kişiyə gəldikdə imkanına görə, səbəbli günlərdə qarşı tərəfə hədiyyə verməsi və qadından hədiyyə alması normaldır. Bəzi kişilər hədiyyələr edir və bir müddət qadından heç bir  istəyi olmur ki, qadın onun ciddi yanaşdığını düşünsün. Yəni, indi “ saxlamaq “ da ciddi kimi qəbul edilir. Cütlüklər arasında ilk görüş adətən həmişə ya çiçək, ya konfet ilə təşəkkür simvolu daşıyıb.  Sadəcə indiki münasibətlərdə hər şey tərs getdiyi üçün,  münasibət qısamüddətli olur. Zaman içərisində, insanlar bir- birini yaxşı tərəfdən tanıdıqca, sonradan yaranmış ola biləcək alış- veriş işləri, və ya intim əlaqələri, indi tanışlığın lap başlanğıcına keçib və alqı-satqıdan, cinsəllikdən sonra münasibət qurmağa çalışmaq, təbii ki, çox halda heç bir nəticə vermir. Bu bir növ fahişə sifariş edib, sonra oturub evlilikdən danışmağa bənzəyir. Əfsuslar olsun ki, kişilərin təmənnalı olaraq pul, hədiyyə təklif etdikləri kimi, qadınlar da bunları tələb etməyə başlayıblar ki, bu da özünü satmaqdır. Bəzi insanlar özünə dəyərlə, özünü satmağı səhv salmağa başlayıb. Məsələ burasındadır ki, əgər qadın öz xanımlığını, xarakterini doğru şəkildə vurğulasa, kişidən  nə isə tələb etməsinə ehtiyac qalmır. Maraqlı olan digər məqam da odur ki, gənc qızlar bahalı hədiyyələr qəbul edərkən, bu hədiyyələrin kim tərəfdən və hansı səbəblə verilməsi, çox zaman ailələrində kimisə narahat etmir. Hər bir bahalı hədiyyənin hər hansısa ödəniləcək bir bədəli var. Verilən hər hədiyyə qəbul edilməlidirmi? Bu insanı dəyərsizləşdirən faktorlardandır. Digər məsələlərdən biri də odur ki, hədiyyələri rahatlıqla qəbul edirlər, sonradan kişilərin onlardan ancaq cinsəllik tələb etdiklərindən şikayət edirlər. Ya hədiyyədən imtina edəcək qürura sahib olmalısan, ya da hədiyyə qəbul etməyin kiməsə aid olmaq mənasına gəlmir. Bir çox gənc qızlar  isə hədiyyə qarşılığında, özünü borclu hiss edərək, tez təslim olma halları geniş şəkildə yayqındır. Sonra təhqir olunanda, yenə narazı qalırlar. “ Sənə pul xərcləməyən kişi ilə görüşməyə dəyməz “ deyən mütəxəssislərə isə sual vermək lazımdır ki, bir kişi qadının hansı keyfiyyətlərinə görə pul xərcləməlidir? Fahişə də pul müqabilində görüşür, amma nədənsə adı fahişədir. Qadın cəmiyyətin tərbiyələndirən üzvüdür. İndiki qadınlarda qürur problemi var.  Bəli,  sənə pul xərcləməyənlə görüşməyə dəyməz, çünki evliliyə qədər bütün münasibətlər təcrübələr toplusu olaraq, qeyri- ciddidir.  Ciddi qadına isə, sağlam kişi ilk gündən fikrinin ciddi olduğunu bildirir. Saxlamağa deyil, evlənməyə”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://moderator.az
archiveBu xəbər 08 Yanvar 2025 18:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vaqif Poeziya Günləri milli bir şifrədir Aqşin Yenisey

17 İyul 2025 05:32see138

Biz dəyərlərimizlə bir birimizə bağlıyıq

17 İyul 2025 10:35see130

Velosipedlərin parklanması üçün konstruksiyaların alınmasına bu qədər vəsait sərf ediləcək

17 İyul 2025 12:51see124

Taxıl biçini: hansı problemlər var?

16 İyul 2025 23:26see116

Azərbaycan, Türkiyə və Amerika İsrailə təzyiq göstərəcəklər Sərdar Cəlaloğlu

17 İyul 2025 16:11see115

Bakıda ikimərtəbəli evdə GÜCLÜ YANĞIN

17 İyul 2025 12:42see114

Azər Həşimov: Ölkə çempionatda sürpriz komanda olmağa çalışacağıq

16 İyul 2025 22:45see114

Orban: Ukrayna münaqişəsinin həlli üçün Putin və Tramp arasında görüşün keçirilməsi zəruridir

18 İyul 2025 02:19see114

Paşinyan Dövlət Nəzarət Xidmətinin rəhbərini istefaya göndərdi

17 İyul 2025 16:54see113

“Neftçi” yeni ev formasını təqdim edib FOTO

16 İyul 2025 23:05see113

Çində imtahanda aşağı bal topladığına görə oğlan evdən qovuldu

18 İyul 2025 02:01see113

TƏBİİ TƏLƏ: Yayın kəşfi ağcaqanadların sonunu gətirəcək

17 İyul 2025 00:56see112

Dollarla bağlı rezonans doğuran tələb Dəyişikliklər ola bilər

17 İyul 2025 09:10see112

Mbappe ilə bağlı araşdırmalar aparılır Polisə rüşvət verib?

17 İyul 2025 12:03see112

Dondurma adı ilə buzlanmış süd satılır AÇIQLAMA

17 İyul 2025 18:19see112

Liderlər Şuşanın Daşaltı kəndində GÖRÜNTÜLƏR

17 İyul 2025 12:12see111

12 milli, 4 klub Sumqayıta gəlir Dünya Qadın Seriyası

17 İyul 2025 12:09see111

Naxçıvanın enerji sistemi yenidən qurulur

17 İyul 2025 11:44see110

Berdiməhəmmədovun səfəri regional əməkdaşlığa töhfə verəcək” MÜNASİBƏT BİLDİRİLDİ

17 İyul 2025 12:38see109

Vaşinqtonda siyasi qalmaqal: Epşteyn işi respublikaçılar arasında parçalanmanı genişləndirir

17 İyul 2025 04:22see108
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri