Icma.az
close
up
RU
Menu

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

Röya tanınmaz obrazda (Foto/Video)

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

Baş idarə rəisinə yeni rütbə verildi

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

Pul xoşbəxtliyə necə təsir edir? Açıqlama

Pul xoşbəxtliyə necə təsir edir? Açıqlama

Demokrat.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Pul xoşbəxtlik gətirmir” ifadəsi uzun illərdir müzakirə olunan mövzulardandır. Bununla belə, artan yaşayış xərcləri, iqtisadi çətinliklər və gəlir fərqləri fonunda maddi təminatın insanın həyatından məmnunluq səviyyəsinə təsiri daha çox diqqət çəkir. 
Bəs maddi imkanlarla xoşbəxtlik arasında həqiqətən birbaşa əlaqə varmı, yoxsa müəyyən həddən sonra pulun təsiri azalır?
Sosioloq Naib Niftəliyev Demokrat.az-a açıqlamasında söyləyib ki, “pul xoşbəxtlik gətirmir” düşüncəsi həddindən artıq ümumi, abstrakt və skeptik yanaşmadır:

“Bunu mütləq həqiqət kimi qəbul etmək doğru deyil. Bu məsələyə klassik yanaşmada iki əsas baxış mövcuddur. Bunlardan biri Karl Marksın, digəri isə sosiologiya və pul nəzəriyyəsinin görkəmli nümayəndələrindən olan Qeorq Simmelin yanaşmasıdır. Simmelin “Pulun fəlsəfəsi” əsərində pulun cəmiyyətdəki rolu geniş şəkildə izah edilir. Karl Marks isə “Kapital” əsərində pulun, kapitalın və izafi dəyərin yaradılmasının iqtisadi inkişaf üçün əhəmiyyətini əsaslandırır. Əgər pul dəyər yaradır, artırır və müəyyən şərtlər daxilində inkişafa səbəb olursa, deməli, o, sadəcə mübadilə vasitəsi deyil, həm də inkişafın mühüm alətidir. Əslində maddi təminat, imkanlar və gəlir səviyyəsi ilə həyat məmnunluğu və rifah arasında birbaşa əlaqə mövcuddur. İnsan qidalanma, mənzil, səhiyyə, təhsil və təhlükəsizlik kimi əsas ehtiyaclarını ödəməlidir. Abraham Maslou da bunu ehtiyaclar iyerarxiyası ilə izah edir. Bu ehtiyaclar qarşılandıqdan sonra insanın həyat keyfiyyəti həm maddi, həm də mənəvi baxımdan yüksəlir. İnsan müəyyən maliyyə imkanlarına sahib olmalıdır ki, özünü təsdiq edə, potensialını reallaşdıra və cəmiyyətdə öz yerini tuta bilsin. Maddi sabitlik həm də psixoloji narahatlığı azaldır, insana təhlükəsizlik və özgüvən hissi verir. Buna görə də kapital toplamaq, onu düzgün idarə etmək və artırmaq vacibdir. Xoşbəxtlik hissi ilə gəlir səviyyəsi arasında müəyyən korrelyasiya da mövcuddur. Lakin çox yüksək gəlir əldə etmək hər zaman daha çox xoşbəxtlik demək deyil. Əgər həmin gəlirdən düzgün istifadə olunmursa, zaman keçdikcə bu adi hala çevrilə bilər. Bununla belə, uzunmüddətli maliyyə sabitliyi, təhlükəsizlik və rifah insanların özünü təsdiq etməsi və həyat keyfiyyətinin yüksəlməsi üçün mühüm əsasdır. Buna görə də “pul xoşbəxtlik gətirmir” fikrini qəti şəkildə doğru hesab etmək olmaz”.
Sosioloq xoşbəxtlik yaradan pulun özü deyil, onun vasitəsilə əldə olunan imkanlar olduğunu deyib:
“Pul sosial, iqtisadi və şəxsi hədəflərə çatmaq üçün vasitədir. İnsan münasibətləri, sağlam sosial əlaqələr, mənəvi dəyərlər, peşəkar inkişaf, karyera uğurları və cəmiyyət tərəfindən şəxsiyyət kimi qəbul olunmaq da həyatı mənalı edən əsas amillərdəndir. Gündəlik həyatda isə pul zəruri ehtiyacdır. İnsan cibində vəsait olmadıqda və ya ən sadə xərclərini qarşılaya bilmədikdə istər-istəməz narahatlıq, gərginlik və stress yaşayır. “Nə yeyəcəyəm?”, “Necə yaşayacağam?”, “Hara necə gedəcəyəm?” kimi suallar həyat keyfiyyətinə birbaşa təsir edir. Buna görə də maddi imkanların məhdudluğu həyat məmnunluğunu əhəmiyyətli dərəcədə azaldan əsas sosial amillərdən biridir. Bəzən yoxsul, amma xoşbəxt görünən insanlar nümunə göstərilir. Lakin insan gündəlik qida, yaşayış və digər əsas ehtiyaclarını təmin edə bilmirsə, həmin xoşbəxtlik uzunmüddətli və real sayıla bilməz. Hər kəsin xoşbəxtlik anlayışı fərqlidir. Bununla belə, maddi imkanların genişlənməsi insanların böyük əksəriyyətinin həyat məmnunluğunu artırır. İstənilən halda seçim azadlığı, təhlükəsizlik, rifah və keyfiyyətli təhsil müəyyən maliyyə imkanlarından asılıdır. Bəzən ödənişsiz təhsil nümunə göstərilir. Lakin müasir dövrdə texnologiyaya çıxış, tədris resursları və digər zəruri imkanlar da maliyyə tələb edir. Bu isə kapitalın formalaşdırılması, düzgün bölüşdürülməsi və səmərəli istifadə olunmasının vacibliyini göstərir. Nəticədə insanlar həm səhiyyə, həm iqtisadi inkişaf, həm də gələcəyə daha inamlı və pozitiv baxış baxımından daha əlverişli imkanlar əldə edirlər. Bir sözlə, “pul xoşbəxtlik gətirmir” fikri mütləq həqiqət deyil və bu istiqamətdə aparılan bəzi müzakirələr müəyyən mənada manipulyativ xarakter daşıyır. Pul halallıqla qazanıldıqda və düzgün idarə olunaraq xərcləndikdə insanın həyat keyfiyyətini, rifahını və məmnunluğunu artırır. Əksinə, israfçılıq, məsuliyyətsiz xərclər və vəsaitdən sui-istifadə isə xoşbəxtlikdən daha çox problemlərə və narahatlıqlara səbəb ola bilər”.
Fidan Hacızadə
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:125
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 03 Avqust 2026 20:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see333

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see332

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see331

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see327

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see312

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see263

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see262

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see249

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see237

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

31 Oktyabr 2026 18:57see237

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see217

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see214

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see212

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see209

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see208

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

31 Oktyabr 2026 22:39see208

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:10see208

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see203

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see189

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri