Icma.az
close
up
RU
Menu

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Məşhur aşpazın restoranı borca görə bağlandı

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Röya tanınmaz obrazda (Foto/Video)

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

Baş idarə rəisinə yeni rütbə verildi

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

Türk serialları Azərbaycan dilinə necə təsir edir? Açıqlama

Türk serialları Azərbaycan dilinə necə təsir edir? Açıqlama

Demokrat.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Son illərdə Azərbaycanda Türkiyə seriallarına və Türkiyə televiziya kanallarına marağın yüksək olması diqqət çəkir. Türk dilinin Azərbaycan dilinə yaxınlığı, ortaq tarixi və mədəni bağlar, eləcə də Türkiyədə istehsal olunan serialların geniş auditoriyaya hesablanması bu marağın əsas səbəbləri sırasında göstərilir. Araşdırmalar da Azərbaycan tamaşaçıları arasında türk seriallarına marağın yüksək olduğunu və bu məzmunun dil və mədəni baxımdan müəyyən təsirlər yaratdığını göstərir.
Türkiyə seriallarında təqdim olunan ailə münasibətləri, həyat tərzi, geyim, gündəlik davranışlar və sosial münasibətlər də tamaşaçıların dünyagörüşünə təsir göstərə biləcək amillər kimi qiymətləndirilir. Bu baxımdan, türk televiziya məzmununun Azərbaycan cəmiyyətində bu qədər geniş yayılması təkcə əyləncə seçimi deyil, həm də sosial və mədəni proses kimi maraq doğurur.
Bəs Azərbaycanda insanların türk seriallarına və Türkiyə kanallarına bu qədər maraq göstərməsinin əsas sosial səbəbləri nələrdir? Bu seçim cəmiyyətin dünyagörüşü, mədəni yaxınlığı və gündəlik həyat tərzi ilə necə bağlıdır? Türk seriallarının Azərbaycan tamaşaçısının davranışlarına və mədəni seçimlərinə təsiri nə dərəcədədir?
Mövzu ilə bağlı Demokrat.az-a açıqlama verən kulturoloq Aydınxan Əbilov bildirib ki, Azərbaycan insanı ümumiyyətlə hər zaman xaricdən gələn, ixrac edilən və yaxud xüsusi olaraq göndərilən hər bir şeyə meyilli olub.

Onun sözlərinə görə, bu, bütün dünyada belədir:
“Məşhur bir zərb-məsəl var: “Öz xalqının içində, elinin içində, obasının içində peyğəmbər olmaq mümkün deyil”.
Bu baxımdan da, xüsusən indiki dövrdə Türkiyə seriallarına, bundan əvvəl isə türk kanallarına və seriallarına baxan Azərbaycan insanı daha əvvəl Rusiya kanallarına və seriallarına daha çox meyilli idi.
Zaman keçdi, yeni nəsil gəldi. Cizgi filmlərindən tutmuş kompüter oyunlarına qədər, sosial şəbəkələrdən tutmuş internet saytlarına qədər türk dilində informasiyanı qəbul edən orta və gənc nəsil, xüsusən də yeniyetmələr və uşaqlar artıq Türkiyə türkcəsində hər hansı bir materialı asanlıqla həzm edə bilir. Buna görə də onlar daha çox Türkiyə seriallarına və türk kanallarına baxmağa başladılar. Türkiyə bizə qardaş bir ölkədir və bilirsiniz ki, uzun müddət biz Türkiyəyə xəyallar adası kimi baxırdıq.
Müstəqil olandan sonra bu dövlətlə hərtərəfli inkişafımız artıq baş tutub. Demək olar ki, sözün həqiqi mənasında “iki dövlət, bir millət”ə çevrilmişik. Ona görə də türk seriallarına və kanallarına bu qədər maraq göstərilməsini normal qəbul etmək olar. Amma bunun digər tərəfləri də vardır.
Türkiyə kanalları və türk serialları türk cəmiyyəti, Türkiyə insanı üçündür. Azərbaycanda da telekanallarımız o qədər keyfiyyətli verilişlər hazırlamalıdır və yaxud seriallarımız o qədər keyfiyyətli çəkilməlidir ki, Azərbaycan insanı Azərbaycan seriallarına meyl göstərsin.
Bu və digər dərəcədə estetik, siyasi, ictimai, sosial və mədəni mənasını bir kənara qoysaq, Azərbaycanda kifayət qədər ciddi seriallar çəkildi və o seriallara da baxış var. Məsələn, “Ağ-qara”, “Vətəndaş A”, “Mikrorayon” kimi seriallara baxdım və hətta bir gündə YouTube üzərindən 2-3 seriyasına da baxdım ki, görüm Azərbaycan serialları necədir.
Həyatı, real həyatı bədiiləşdirib obrazlaşdıraraq seriala gətirən və yaxud real həyatı kanallara, telekanallara daşıyan, insanların problemlərini göstərən istər ekran əsərləri, istərsə də verilişlər həmişə maraqlı olub.
Ümumiyyətlə, realiti-şoulardan tutmuş realiti-seriallara qədər insanlar daha çox bədiilikdən çox real həyatda, ətrafda baş verən hadisələri qiymətləndirən, dəyərləndirən, onlara bu və ya digər dərəcədə münasibət bildirən sənət əsərlərini xoşlayırlar.
Sosial verilişlərimizin böyük əksəriyyəti bağlandı. Çünki kiçik insanların böyük problemləri orada müzakirə edilirdi. Bəli, çatışmayan cəhətlər də var idi, amma ümumən götürəndə, kiçik insanın böyük problemləri orada müzakirə olunurdu.
Yaxud seriallarımızın hər birinin, bayaq qeyd etdiyim serialların tez yığışdırılması olsun. Halbuki mən gözləyirdim ki, onlar uzunmüddətli bir həyat yaşayacaqlar. Bəlkə də əvvəldən elə planlaşdırılmışdı, amma orada çox ciddi, cəmiyyəti düşündürən məsələlər, deqradasiyaya, aşınmaya məruz qalan proseslər, problemlər işıqlandırıldığına görə o seriallar da bağlandı, o telekanallar da bağlandı.
Bax, bütün məsələlər də bundan qaynaqlanır. Biz bağlaya bilərik, qapada-qapada gedə bilərik. Amma digər ölkələrdə bunlara şərait yaradırlar. Ona görə də bizim insanlar da digər ölkələrin təsiri altına düşürlər, onların ideologiyasının təsiri altına düşürlər.
Yəni bunlar yavaş-yavaş bizə telekanallardakı verilişlər, seriallar, filmlər, ədəbiyyat və kitablar vasitəsilə gənclərimizin beyninə yeridildi, onlar zəhərləndi və indi də onun acısını çəkirik. Bu baxımdan da bir az ehtiyatlı olmaq lazımdır.
Hər hansı bir cəmiyyət, hətta bizə ən yaxın cəmiyyət belə, hətta, məsələn, Cənubi Azərbaycan belə, orada elə istiqamətlər, elə dalğalar ola bilər ki, biz onları birbaşa Azərbaycana buraxmamalıyıq. Biz onları yoxlamalıyıq, onlardan müəyyən mənada ibrət götürüləsi şeyləri götürməliyik. Amma bizim Azərbaycan gəncliyini, Azərbaycan cəmiyyətini zəhərləyə biləcək, siyasi və digər baxımdan, mədəni, dini baxımdan onları dəyişə biləcək hər hansı bir cəhd varsa, o dəqiqə ona “stop” deməyi bacarmalıyıq”.
Kulturoloq əlavə edib ki, Türkiyə ilə yanaşı, Rusiya, Gürcüstan, İran, ərəb ölkələri, ABŞ, İngiltərə və digər ölkələrin televiziya məzmunları da Azərbaycanda internet və smartfonlar vasitəsilə geniş şəkildə izlənilir.
Onun sözlərinə görə, xarici televiziya kanallarının yayımına müəyyən məhdudiyyətlər qoyulsa da, internet imkanları insanların həmin ölkələrdə yayımlanan veriliş, serial və digər məzmunlarla tanış olmasına şərait yaradır.
“Digər bir tərəfdən, Türkiyə bizə yaxın ölkə olsa da, dili bizə yaxın olsa da, amma türk dili müstəqil dildir, Azərbaycan dili müstəqil dildir. Türkiyə serialları, cizgi filmləri, sosial şəbəkələrdə və internet saytlarında yayımlanan materiallar, kanallardakı verilişlər Azərbaycan dilinə böyük təzyiq göstərirlər.
Bununla bağlı ölkə başçısının Elmlər Akademiyasında alimlərin qarşısında Azərbaycan dilinin qorunması və inkişafı ilə bağlı çox mühüm çıxışı oldu. Əgər Azərbaycan türkcəmizdə, ana dilimizdə həmin kəlmə və anlayış varsa, onun hər hansı bir, hətta qardaş ölkənin dilindən götürülməsinin qəti əleyhinə olduğunu bildirdi və bununla bağlı televiziyalarda da, mətbuatda da maraqlı fikirlər, mövqelər, rəsmi münasibətlər ortaya qoyuldu. Hətta mənim bildiyim qədər, cərimələr də sərtləşdirildi.
Amma indi biz görürük ki, artıq türk serialları və Türkiyə kanalları, o cümlədən digər ölkələrin də kanalları vasitəsilə bizim dilimiz təzyiq altındadır. Bizim dilimizin inkişafı ləngiyir. Bizim dilin inkişafı ilə məşğul ola biləcək yeni nəsil, dili müxtəlif yeni leksik və digər vahidlərlə zənginləşdirə biləcək, xüsusən də süni intellekt dövründə dilimizi dünya dilləri sırasına çıxara biləcək gəncliyimiz, yeni nəslimiz artıq təsir altına düşüb. Bax, bu qədər. Hələ mən onun ideoloji tərəfini, kreativ tərəfini, kulturoloji təzyiqlərini demirəm.
Yəni həm də Azərbaycan serialları artıq türk seriallarını təkrarlamağa başlayır, Azərbaycan kanalları Türkiyə kanallarını təkrarlamağa başlayır. Əgər Türkiyədə bu varsa, elə Azərbaycan insanı gedib onlara baxar da. Daha bir də onun kopyasına niyə baxsın ki?
Yəni çox təhlükəli meyllər var. Xüsusən də qardaş dili və qardaş mədəniyyəti vasitəsilə bu daha güclü olur, çünki biz ona daha tez keçirik. Bizim uşaqlar artıq Azərbaycan dilində danışmırlar, Türkiyə türkcəsində danışırlar. Və bunun da nə qədər təhlükəli olduğunu biz bir azdan hiss edəcəyik.
Bununla bağlı XX əsrdə artıq problem yaşanmışdı. Yadınıza gəlirsə, Füzuli ədəbi məktəbi və Mirzə Cəlilin “Molla Nəsrəddin” ədəbi məktəbinin apardığı dil və mənəviyyat, ədəbiyyat, mədəniyyət, ideoloji və dini mübarizələri və mübahisələri yada salsaq... Mən istəməzdim ki, təkrar yenə də belə olsun.
Baxmayaraq ki, qardaş xalqıq, Türk dünyası birləşməlidir, vahid dəyərlər olmalıdır, amma bu heç də digər türkdilli xalqların ədəbiyyatını, mədəniyyətini, televiziyalarını, incəsənətini, musiqisini məhv etmək hesabına yox, hər birinin müstəqil inkişaf etdirilməsi və böyük bir etnosun ayrı-ayrı qolları kimi dünyaya tanıdılması yolu ilə həyata keçirilməlidir”, - deyə Aydınxan Əbilov fikrini tamamlayıb.
Nuray Paşşanlı
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 19 Avqust 2026 12:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see327

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see320

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see315

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see313

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see312

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see301

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see281

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see251

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see250

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see231

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

31 Oktyabr 2026 18:57see224

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see221

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see204

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see201

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see194

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

31 Oktyabr 2026 22:39see193

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see192

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see192

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see191

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:10see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri