Icma.az
close
up
RU
“Pula görə istəmirəm, sadəcə xəstə vaxtında övladı yanına gəlsin”

“Pula görə istəmirəm, sadəcə xəstə vaxtında övladı yanına gəlsin”

Qafqazinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Bacım ağır onkoloji xəstədir, ömürlük I qrup əlillik düşür. Ancaq əlillik dərəcəsini artırmaq üçün neçə vaxtdır bürokratiyanın içində qalmışıq. Mən bunu pul üçün istəmirəm. Bir övladı var, o da hərbi xidmətdədir. İstəyirəm ki, əlillik qrupu düzgün müəyyənləşdirilsin və övladı onun yanına gəlsin”.

Bu şikayətlə “Qafqazinfo”ya 37 yaşlı onkoloji xəstə Gülnar Nurullayevanın qardaşı Rəsul Nadirli müraciət edib.

Vətəndaşın sözlərinə görə, bacısı xəstəlik səbəbi ilə ağır əməliyyat keçirib və əməliyyatdan sonra Respublika Əlillərin Bərpa Mərkəzi tərəfindən xəstənin vəziyyətinin I qrup əlilliyə uyğun olduğu bildirilib: “3C mərhələli bağırsaq keçməzliyi diaqnozu ilə əməliyyat olunan bacımın yoğun bağırsağı çıxarılıb, nazik bağırsağı isə çölə çıxarılaraq ileostoma yaradılıb. Bacım əvvəllər II qrup əlil olub, keçirdiyi ağır əməliyyatdan sonra isə I qrup əlillik üçün əsas yaranıb. Əlillərin Bərpa Mərkəzi tərəfindən xəstənin vəziyyətinin Nazirlər Kabinetinin 157 nömrəli qərarına əsasən, I qrup əlilliyə uyğun olduğu bildirilib”.

Şikayətçi bildirir ki, Masallı Rayon Mərkəzi Xəstəxanası tərəfindən tərtib edilən Forma 88-də xəstəliyin diaqnoz kodu əvəzinə əməliyyat kodu qeyd edilib: “Bu səbəbdən də əlillik dərəcəsinin artırılması mümkün olmayıb. Bizə Əlillərin Bərpa Mərkəzindən bildirildi ki, Forma 88-də xəstəliyin düzgün kodu qeyd olunmalıdır”.

R.Nadirli iddia edir ki, Forma 88-in yenidən düzgün şəkildə sistemə daxil edilməsi istənilib. Lakin TƏBİB-in Elşad adlı şöbə müdiri ikinci dəfə sistemin açılmasına imkan verməyib: “Deyir ki, mən ikinci dəfə sistemi açmayacağam, ona birinci qrup düşmür, gərək dördüncü mərhələ olsun. Halbuki sənədlərin düzgün göndərilib xəstənin vəziyyətinin aidiyyəti qurum tərəfindən qiymətləndirilməsi tələb olunur. Elşadın tabeliyində olan bütün xəstəxana əməkdaşları da məsələyə müdaxilə etməkdən çəkinir”.

Onun sözlərinə görə, bacısının bir övladı var və hazırda hərbi xidmətdədir: “İstəyirəm ki, bacımın vəziyyətinə uyğun əlillik dərəcəsi verilsin və övladı onun yanına gəlsin. Çünki bacım ağır xəstədir və yaşadığı müddətdə övladının yanında olmasına ehtiyacı var”.

Problemlə əlaqədar Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinə göndərdiyimiz müraciətə belə cavab aldıq: “Masallı rayon sakini Nurullayeva Gülnar Rövşən qızına 24.09.2026-cı il tarixdə orqanizm funksiyalarının 75% pozulmasına görə Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi tərəfindən əlillik təyin edilib. Nəzərinizə çatdıraq ki, Agentlik tibb müəssisəsi tərəfindən rəsmiləşdirilən forma 88-də qeyd edilən tibbi məlumatlara əsasən əlilliyin qiymətləndirilməsi ilə bağlı müvafiq qərar verir. Vətəndaş göndərişdə qeyd edilən məlumatlardan razı olmadığı halda, aidiyyəti quruma müraciət etməlidir. Forma 88-in tərtib edilməsi, rəsmiləşdirilməsi və Əlillik altsisteminə daxil edilməsi, eləcə də, göndərişlə bağlı sonradan yaranan hər hansı anlaşılmazlıq Agentliyin səlahiyyətlərinə aid deyil”.

Sözügedən şikayətlə bağlı Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyinə ünvanladığımız sorğuya cavab olaraq bildirildi ki, xəstənin hazırkı sağlamlıq vəziyyəti mövcud əlillik dərəcəsinə uyğundur: “Vətəndaş Nurullayeva Gülnar Rövşən qızını əlillik məsələsi ilə bağlı sorğusu tərəfimizdən araşıdırılıb. Bildiririk ki, vətəndaşın hazırkı sağlamlıq vəziyyəti mövcud əlillik dərəcəsinə II (ikinci) uyğundur. Mövcud vəziyyəti gücləndirməyə əsas vermədiyindən vətəndaşın Forma-88 göndərişinin rəsmiləşdirilməsinə imtina verilib”.

Fatimə Şahverdiyeva 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:183
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 09 Oktyabr 2026 15:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see324

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see321

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see320

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see314

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see301

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see296

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see294

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see290

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see276

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see274

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see266

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see249

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see247

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see244

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see233

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see225

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see225

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see221

Bal soyuqdəyməni sağaltmır Rusiyalı həkim

09 Noyabr 2026 14:28see215

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri