Icma.az
close
up
RU
Pulları “M10”a göndərirdik 76 milyonluq İNSTAPOWER İŞİ

Pulları “M10”a göndərirdik 76 milyonluq İNSTAPOWER İŞİ

Icma.az, Lent az portalına istinadən məlumat verir.

53 vətəndaşa qarşı dələduzluqda ittiham olunan “İnstapower” şirkətinin Azərbaycan üzrə nümayəndəsi Orxan Babazadənin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs bəzi şahidlərin məhkəməyə çağırılmaması ilə bağlı vəsatət verib və onların ibtidai istintaqda verdiyi ifadələri ilə razı olduğunu bildirib. Ancaq hakim təqsirləndirilən şəxsin vəsatətinə irad bildirərək qeyd edib: "Şahidlərin ifadə verməyini ona görə istəmir ki, sənin bütün qurduğun oyunları üzə çıxır. Sən istəyirsən tez iş alasan, məhkəmə bitsin. Ancaq elə olmayacaq, 76 milyonluq dövriyyə bir-bir araşdırılacaq".

Sonra ifadə verən şahid köçürülən pullardan, onun adına olan nömrələrdən xəbəri olmadığını bildirib. 

Hakim Azad Məcidov isə şahidə bildirib ki, köçürülən pullar sənin üstündədir, sən qaytarmalısan dövlətə. Pulları neynəmisən, kimin kartına köçürmüsən?".

Sonra cinayət işində şahid kimi ifadə verən Aytac Cəfərova ifadə verərək bildirib ki, vəkil kimi qardaşı Mirzəfər Qəmbərova hüquqi yardım göstərərək müqavilə hazırlayıb. Həmçinin Orxan və Leyla Babazadənin BMCMİ-də vəkili olub. 

Təqsirləndirilən Orxan Babazadə isə şahidin verdiyi ifadə ilə razılaşmayaraq məsələyə aydınlıq gətirib: "İnstapower şirkətini Azərbaycanda rəsmiləşdirmək üçün mənim həyat yoldaşım Leyla Babazadə şəxsən Aytac Cəfərovanın M10 nömrəsinə 46 min manat pul göndərib".

Şahid Aytac Cəfərova isə həmin pulun Orxan tərəfindən yox, İnstapower şirkətinin nümayəndələri Liza və Cesika tərəfindən onun qardaşı Mirzəfərin adına 46 min 200 manat göndərildiyini qeyd etdi:  "Söz vermişdilər, şirkətin rəsmiləri martın 6-da Dubaydan Azərbaycana gəlməli idilər. Onlar gəlmədi, Orxanla Leylanı isə tutub apardılar".

Leyla Babazadə isə həmin pulu şəxsən Aytac Cəfərovanın axırı 8811 olan M10 nömrəsinə göndərdiyini məhkəmənin nəzərinə çatdırdı. 

Aytac Cəfərova Leyla və Orxan Babazadənin şikayəti əsasında Səbail Rayon Polis İdarəsində onun barəsində cinayət işinin başlandığını sonra isə xitam verildiyini söylədi: "Əvvəl axtarış verdilər, cinayət işi başlandı sonra ləğv edildi. Mənim qardaşım Orxan və Leyla ilə söhbət edib, çalışıb onlara kömək etsin.

Hakim Azad Məcidov isə öz növbəsində cinayət işinin materiallarının içində Aytac Cəfərovaya verilən 46 min manat barədə araşdırma aparıldığını, ancaq sonra rədd edildiyini məhkəmə iştirakçılarının nəzərinə çatdırıb. Həmçinin Aytac Cəfərovanın məhkəməyə Leyla Babazadə barədə  göndərdiyi ərizə haqqında  məlumat verib: "Niyə Leyla Babazadə istintaqa cəlb edilmir, 76 milyon manatı onlar yeyib". 

Sonra Orxan Babazadənin vəkili Mirdamət Qədirli müvəkkili ilə Aytac Cəfərovanın necə tanış olmasını dəqiqləşdirib. Orxan Babazadə Mirzəfər Qəmbərovun bacısını ona vəkil kimi bu işləri görə biləcəyini dediyini məhkəməyə bildirib: "Gəldik Torqovıda Aytac xanımla İnstapower işini rəsmiləşdirmək üçün görüşdük, söhbət etdik".

Şahid kimi ifadə verən vəkil Aytac Cəfərova Leyla Babazadə barədə xüsusi və mülki qayda da şikayət etdiyini və işin hazırda məhkəməyə baxışında olduğunu vurğuladı.

Növbəti şahid kimi Aytac Cəfərovanın qardaşı Mirzəfər Qəmbərov ifadə verib: "2021-ci ilə kimi  hüquq-mühafizə orqanlarında müxtəlif vəzifələrdə işləmişəm. Mən 46 min manatı İnstapowerin əməkdaşları Cesika ilə Lizadan almışam".

Hakim isə 43 ildən artıqdır hüquq-mühafizə orqanında işlədiyini, ancaq bir dəfə də olsun sosial şəbəkədən istifadə etmədiyini söylədi: "Hətta vəkil Mirdamət Qədirli də deyir siz müasir texnikanı bilmirsiniz, siz polis olaraq hər gün sosial şəbəkələrdə nə axtarırdınız?".

Hakimin iradına cavab olaraq şahid bunları deyib: "İnstapower barədə İnstaqramda, Teleqram kanalında məlumat almışam. Əvvəllər polis olduğum üçün işimizlə əlaqədar sosial şəbəkələrə çox daxil olurdum. Sonra İnstapowerə üzv olmaq üçün Orxan və Leyla ilə 28 May metrosunun yanında ofisdə görüşdük. Ümumi olaraq İnstapowerə 11 min 500 manat pul yatırmışam, 5-6 günə 120 manat pul götürürdük. Başqa şirkətlər aylıq qazanc verirdi, bunlar isə gündəlik. Şirkətlə danışdıq rəsmiləşdirdik, paralel menecerlə danışdıq. 100 min pul almalı idik, 50 min verdilər. Sonra dedilər işçilərimiz Dubaydadır. 2-ci 50 min gəlmədi. Mən də ilk 50 mindən Orxana 4 min manat pul verdim. Sonra vətəndaşlar bunlardan şikayət eləməyə başladılar, bunlar qaçdı Qubaya. Şirkətin rəsmiləri gəlmədiyi üçün heç bir qeydiyyat apara bilmədik. Mənim M10 nömrəmə atıblar o pulu. Sənin 50 bitin yoxdur, bizə 50 min verəsən. Əgər mən bilsəydim M10-dan gələn pul hansısa vətəndaşın adınadır, onu götürməzdim. Biz həmin məbləği şirkətin pulu kimi qəbul etmişik. Orxan Babazadə orda günahsız oturub”. 

Qeyd edək ki, vəkil Mirdamət Qədirli və təqsirləndirilən şəxs Orxan Babazadə Aytac Cəfərova barədə şikayət etdikdən sonra onun vəkilliyinə Vəkillər Kollegiyası tərəfdən xitam verilməsi ilə bağlı məhkəməyə müraciət olunduğunu bildiriblər: "Biz Səbail Polis İdarəsinə Aytac Cəfərovanın bizə qarşı dələduzluq etməsi ilə bağlı şikayət etdikdən sonra materiala onlar xitam versələr də Vəkillər Kollegiyasına şikayət etdik, onlarda araşdırıb obyektiv qiymət verdilər. Hazırda həmin işlə bağlı Aytac Cəfərova aidiyyatlı yuxarı instansiyalara müraciət edib".

Onu da qeyd edək ki, cinayət işi üzrə 53 zərərçəkmiş var və ümumi dəymiş ziyan isə 256 min manatdan artıqdır. Bundan başqa həmin şəxslərin adından 4 milyon manat pul dövr edilib. Milyonlarla vəsait Çində olan şirkətin hesabına köçürülüb və vəsait leqallaşdırılıb.
Orxan Babazadəyə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla) maddəsi ilə ittiham irəli sürülüb.
 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:177
embedMənbə:https://lent.az
archiveBu xəbər 17 Yanvar 2025 15:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sinan Ayyıldız: Saz Türk dünyası musiqisinin fortepianosu kimidir

26 Avqust 2026 18:05see328

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

26 Avqust 2026 22:40see288

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

26 Avqust 2026 16:22see274

Futbolun insanları birləşdirmək gücünə sahib olduğuna qəti şəkildə inanırıq FİFA dan UEFA nın boykotdan imtinasına reaksiya

27 Avqust 2026 00:07see272

Bakıda SALAM Beynəlxalq Kino Festivalının ikinci günü: çəkilişlər və səmimi söhbət (Foto)

26 Avqust 2026 16:51see266

Trampın İranla bağlı çağırışının arxasında nə dayanır? AÇIQLAMA

26 Avqust 2026 11:30see262

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

26 Avqust 2026 09:11see258

Məktəbə hazırlıq təkcə geyim, çanta, dəftər deyil: Psixoloqdan valideynlərə məsləhətlər

26 Avqust 2026 20:02see243

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see241

Ermənistan qış aylarında ciddi risklərlə üzləşə bilər

27 Avqust 2026 13:50see237

18 yaşadək uşaqlarda şiş diaqnozları kəskin artıb RƏSMİ

26 Avqust 2026 19:04see233

E vitamini ilə zəngin 5 məhsul

27 Avqust 2026 05:09see230

“Bakıya uçuş”: Həftəsonu gələcəyi birgə duyaq

26 Avqust 2026 13:14see228

Hipertoniyadan qorunmaq üçün qidalanmada bu 2 məhsulu azaldın

26 Avqust 2026 22:02see227

ABŞ dan yeni SANKSİYALAR növbə italyanlara çatdı...

27 Avqust 2026 00:08see220

Ət, süd, yumurta və balda yeni dövlət standartları tətbiq olunacaq

26 Avqust 2026 18:38see215

ABŞ da təəccüblü araşdırma! Bu peşələrdə çalışanların xərçəng riski daha yüksəkdir

26 Avqust 2026 21:42see215

“Üfüq” karyera proqramı beynəlxalq mükafat alıb

27 Avqust 2026 11:43see185

“Bitcoin”in qiyməti 78 min dollara endi

26 Avqust 2026 19:18see180

İran “düşmən media”nı Tehranın hərbi hədəfi elan etdi

27 Avqust 2026 00:08see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri