Icma.az
close
up
RU
Pulu az olanlar harada istirahət edə bilər? AÇIQLAMA

Pulu az olanlar harada istirahət edə bilər? AÇIQLAMA

Hurriyyet saytına istinadən Icma.az xəbər verir.

Yay fəslinin gəlişi ilə bir çox insan istirahət planları qurmağa başlayır. Xüsusilə də orta təbəqədən olan ailələr həm dincəlmək, həm də ailə büdcəsinə uyğun seçim etmək üçün münasib variantlar axtarır. Lüks hotellər və yüksək qiymətli turizm mərkəzləri hər kəsin imkanına uyğun olmasa da, ölkə daxilində münasib qiymətlərlə keyfiyyətli istirahət təklif edən yerlər də az deyil.

Bəs orta təbəqə əhali üçün uyğun istirahət zonaları haralardır?

Mövzu ilə bağlı Ölkə.az-a danışan turizm eksperti Ceyhun Aşurovun sözlərinə görə, bu il artıq sevindirici haldır ki, Həmkarlar İttifaqıyla bir çox hotel, istirahət mərkəzləri fəaliyyətə başlayıb və onlarla paralel işləyirlər:

"Amma təəssüf doğuran odur ki, sistemdə qarışıqlıq ucbatından bu istirahəti əldə etməyən insanlar arasında xeyli çaşqınlıqlar, suallar yaranır. Onlayn şəkildə müraciət edilən portalda əvvəlcə müraciət edilir, daha sonra isə telefonla zəng vurularaq təsdiq alınır və sonradan təsdiq üçün hər hansı bir sənədin təqdim olunması gözlənilir. İnsanlar narahat qalırlar. Deyirlər ki, məsələn, "İstirahət günümüzə 7-10 gün qalıb, amma hələ tam şəkildə biz məlumatları ala bilmirik və yaxud da məlumatlar natamam göndərilir". Ailə üzvləri müraciət edibsə, ailənin bir üzvünə cavab gəlir, digərinə gəlmir. Amma əslində bu proses işə düşərsə, Həmkarlar İttifaqı vasitəsilə daha ucuz, daha uyğun, əlverişli yerlərdə istirahət etmək mümkündür. 

Həmkarlar İttifaqından başqa, əlbəttə, müəyyən regionlar var ki, orada qiymətləri müqayisəli götürdükdə daha əlverişli hesab olunur. Hara ki, daha çox bizim yerli turistlərimiz səfərlər edirlər. Xarici turistlərin daha çox səfər etdiyi bölgələr - məsələn, Şamaxı, Quba, Qusar, xüsusən də Qəbələ və Şəki həm xarici, həm də yerli turistlər tərəfindən sıx ziyarət olunduğuna görə, müqayisəli şəkildə daha bahalı destinasiyalar hesab olunur".

Ekspert onu da qeyd edib ki, amma həmin istiqamətlərdə də hər il kənd evləri, "a-frame" evlər, karavan evlər və s. bunların sayı artır və bu da istirahət etmək istəyən əhali üçün əlavə imkanlar yaradır:

"Daha uyğun əlverişli qiymətləri əldə etməyə kömək edir. Bundan başqa, Cənub istiqamətində də həm hotellər, həm də kənd evləri var ki, bundan da əhali istifadə edə bilər. Əlavə olaraq qeyd etmək istərdim ki, məhz sürətli dəmiryolu xəttinin olduğu Gəncə-Tovuz istiqaməti də daha az gedilən yerlərdəndir. Buna baxmayaraq, həm hotellərin, həm də orada istirahət, ictimai iaşə, restoran qiymətləri digər bölgələrlə müqayisədə daha əlverişli hesab olunur və əhalimiz bu istiqamətlərdə də öz istirahətlərini təşkil edib, yaradılmış şəraitdən faydalana bilər".

Həmidə İbrahimova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:149
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 14 İyul 2025 22:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see493

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see446

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see346

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see294

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see285

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see281

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see269

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see252

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see243

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see237

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see228

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see225

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see220

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see215

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see213

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see211

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see201

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see200

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see195

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri