Icma.az
close
up
RU
“Pulumuzu TikTok da xərcləyib, hamıya şir atırmış” MƏHKƏMƏ

“Pulumuzu TikTok da xərcləyib, hamıya şir atırmış” MƏHKƏMƏ

Lent az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Kamil Əliyevin sədrliyi ilə Bakıda vətəndaşlara qarşı külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən Seyagi Seymurun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Lent.az xəbər verir ki, məhkəmə zərərçəkənlərin ifadəsi ilə davam edib.

Zərərçəkən M.Z təqsirləndirilən Seyagi Seymuru tanıdığını bildirib:

"Seymuru 2017-2018 - ci illərdən tanıyıram. O restoranda müdir kimi çalışırdı. Mən də restoranın yaxınlığında yerləşən "Alisa möcüzələr diyarında" adlı uşaq əyləncə mərkəzində işləyirdim. Mənim VÖEN-im vardı, Seymur dedi ki "Mən xarici vətəndaş olduğuma görə alınmır, sən müəssisə aç. Mənim biznes planım var, həyata keçirək, sonra ortaq qazanc götürərik. Ona etibar etdiyimdən çox qarışmadım. Başıma gələn oyundan Səbail rayon polisinə çağırılanda xəbər tutmuşam. Mən Seymurun nə pul kisəsi, nə də puldaşıyanı olmamışam. İşin planını mənə Səbail rayon Polis İdarəsində göstərdilər. Planda başqa, reallıqda hər şey başqa cür olduğunu gördüm. Dekorların heç biri quraşdırılmamışdı, ancaq divarlara müxtəlif boyalarla şəkillər çəkilmişdi".

Digər zərərçəkənin qardaşı  M.O təqsirləndirilən şəxslə 2024-cü ilin oktyabrında tanış olduğunu deyib:

"Seymur restoranda müdir işləyirdi. Səbəbini bilmirəm, oradakı işindən ayrılandan sonra mənə dedi ki, "Əlimdə biznes planı var. Həyata keçirib qazanc götürə bilərik". Mən də onu qardaşımla tanış etdim. İşə başlayandan bir az sonra işin maliyyə çatışmazlığına görə yarımçıq qaldığını deyib bir dəfə 10 000 manat, sonra da 15 000 manat  lazım olduğunu dedi, mən də məbləğləri ona verirdim. Özü ilə danışıb məsələni aydınlaşdırmaq istəyəndə "Bu hələ son deyil, sonda nəticəni  görərsiniz" - deyirdi. Biz də sonu gözləyə-gözləyə pul qoymuşduq deyə vaz keçə də bilmirdik. Hər dəfə istəyə-istəyə məbləğ artıq pul 200 000 manatı keçəndə, polisə müraciət etdik. Aydın oldu ki, bu (təqsirləndirilən Seyagi Seymura işarə edir) pulun çox qismini "Seymur əmi" adlı profili ilə "TikTok"da istifadə edərək, elə bir ucdan şir atırmış hamıya. Onun da qiyməti 700-800 manatdır. O sonra profil adını dəyişdirib Tedi qoymuşdu".

Növbəti proses 22 may 15:30-a təyin olunub.

Xatırladaq ki, Seymur Seyagiyə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Ümumi dəymiş ziyan isə 200 000 manatdır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:174
embedMənbə:https://lent.az
archiveBu xəbər 08 May 2026 12:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see383

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see343

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see339

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see335

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see317

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see309

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see298

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see296

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see285

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see268

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see267

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see248

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see239

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see237

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see234

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see223

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see222

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see208

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see201

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri