Icma.az
close
up
RU
Pulunu dollarla saxlamaq istəyənlərə VACİB XƏBƏR

Pulunu dollarla saxlamaq istəyənlərə VACİB XƏBƏR

Icma.az, Tribuna portalına istinadən məlumat verir.

Dünyanın nüfuzlu maliyyə qurumlarından biri olan JP Morgan, ABŞ dollarının qarşıdakı 12 ay ərzində zəifləyəcəyini proqnozlaşdırıb. Analitiklər bu zəifləmənin əsasən dolların digər aparıcı valyutalara – avro, yen və funt sterlinqə qarşı baş verəcəyini bildirirlər. Bəs, indiki mərhələdə sərmayəni dollara çevirmək daha məqsədəuyğundur, yoxsa gözləmək?

Mövzu ilə bağlı iqtisadçı ekspert Əkrəm Həsənov KONKRET.az-a açıqlamasında bildirib ki, Azərbaycan manatı uzun illərdir ki, ABŞ dollarına bağlanıb.

Əkrəm Həsənov: “Məzənnə fərqinin 92%-dən çoxunu dövlət ödəyəcək”

“Hazırda 1 ABŞ dolları rəsmi olaraq 1 manat 70 qəpik olaraq qalır və bu məzənnə uzun müddətdir sabit saxlanılır. Bu isə o deməkdir ki, dolların dünya bazarında digər valyutalara qarşı zəifləməsi Azərbaycan manatına qarşı məzənnəyə birbaşa təsir göstərmir. Amma dolayı yolla bu zəifləmə milli valyutanın digər valyutalara, xüsusilə də avroya qarşı dəyər itirməsinə səbəb olur.

Məsələn, son illərdə avro manata qarşı xeyli bahalaşıb. Bu, dolların dünya üzrə ucuzlaşmasının Azərbaycan manatına da avro qarşısında təsir etdiyini göstərir. Başqa sözlə, bizdə dollar sabit görünsə də, manata avroya qarşı devalvasiya baş verir”.

Belə bir şəraitdə və JP Morgan-ın proqnozlarını nəzərə alaraq, iqtisadçı bildirir ki, hazırda sərmayəni mərhələli şəkildə dollara çevirmək məsələsi aktual deyil. Çünki dünya miqyasında ucuzlaşan dollar Azərbaycan bazarında da avro və digər valyutalar qarşısında zəifləməyə davam edəcək. Bu isə vətəndaşlar və investorlar üçün avro və ya digər alternativ valyutaların alışını daha da bahalı edir.

“Hazırkı mərhələdə, xüsusilə, də avro bahalı olduğu üçün onu almaq sərfəli hesab edilmir”.

Mütəxəssis hesab edir ki, gözləmə mövqeyi tutmaq və valyuta bazarlarında vəziyyətin necə inkişaf edəcəyini izləmək daha məqsədəuyğundur.

“Dolların dünya bazarlarında sabitləşməsi və ya avronun nisbətən ucuzlaşması baş verdikdən sonra alternativ valyutalara keçid daha sərfəli ola bilər”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:202
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 27 İyun 2025 17:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri