Icma.az
close
up
RU
Menu

Almaniyanın Moers şəhərində media nümayəndələri ilə Azərbaycanın təbliğinə dair görüş keçirilib

Ağır yanıq xəsarətləri olan Çinarənin anası: Nə dərman, nə yemək ala bilirik

Son illər Azərbaycan musiqisində ciddi geriləmələr müşahidə olunur KULTROLOQ ŞƏRH ETDİ

Milli Məclisdə müzakirə: bu zonada işıq və qaz pulu 3 dəfə azaldılmalı, Bakıda isə... Kommunal xidmətlərlə bağlı dəyişiklik olacaq

Biləcəridə şəhid adına olan küçənin təmiri yekunlaşır VİDEO

Gürcü nazir müavini: “Yaşıl Enerji Dəhlizi” ambisiyalı layihədir

Onun gözü “Turan Tovuz”da Keçid alınacaqmı?

Nail 12 kiloqram arıqlayıb

“HÖRÜMÇƏK TORU”na GÖRƏ KİMLƏRİN “KƏLLƏSİ” GEDƏCƏK? Solovyov onun güllələnməsini tələb edir + VİDEO

600 dən çox bal toplayan şagirdlərə görə lider olan MƏKTƏBLƏR SİYAHI

Nadir xəstəlik səbəbindən daim ölü balıq qoxusu verir FOTO

Zaporojye və Xersonda 700 min insan işıqsız qalıb Ukrayna dronları enerji obyektlərini vurub

Azad olunmuş ərazilərdə yol infrastrukturu yüksək səviyyədə qurulub EKSPERT FİKRİ

Dilçilik İnstitutunda Xalq şairi Sabir Rüstəmxanlının əsərlərinin konkordansı hazırlanıb

Çelsi qapıçılarını satır

Fənərbağça da Mario Brankonu kim əvəz edəcək?

“Ukraynaya hücumlarda dəstək olan konkret ölkələr var”

Fizika qanunlarına meydan oxuyan top: Şaquli divarda yuvarlanır, amma yerə düşmür

TÜRKSOY un tədbirlərində azərbaycanlı alimin məruzələri dinlənilib

bp: “Şəfəq” GES də istehsal olunan elektrik enerjisi Qarabağın inkişafına töhfə verəcək

Pulunuzdan olmaq istəmirsinizsə bu yazını mütləq oxuyun RƏSMİ XƏBƏRDARLIQ Xəbər saytı Son xəbərlər və Hadisələr

Pulunuzdan olmaq istəmirsinizsə bu yazını mütləq oxuyun RƏSMİ XƏBƏRDARLIQ Xəbər saytı Son xəbərlər və Hadisələr

Icma.az, Baku.ws saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Son vaxtlar internet üzərindən dələduzluq halları durmadan artır.

Maraqlıdır ki, Kütləvi İnformasiya Vasitələrində, sosial şəbəkələrdə bu barədə dəfələrlə danışılsa da, yenə də bu dələduzların toruna düşən az deyil.

Əvvəllər insanları işə düzəltmə, hansısa məhsulun ucuzlaşması, ev, avtomobil qazanma kimi şirikləndirici reklamlarla aldadırdılarsa, indi dələduzlar iş prinsiplərini gündəmə uyğun olaraq inkişaf etdirirlər.

Bu dəfə onların toruna düşməkdən son anda xilas olan Cavid Babayev BAKU.WS-in "qaynar xətti"nə müraciət edib.

Şikayətçi bildirir ki, "Telegram" vasitəsilə tanımadığı şəxs ona müraciət edib. Müraciətdə ona yeni və internet vasitəsilə iş təklif edilib. Bildirilib ki, gündəlik 2-4 saat işləməklə yüksək pul qazanmaq şansı var.

Hətta ona iş qrafiki də təqdim edilib:

Ticarət sifarişi: 10:00-12:00 = 15 ₼

Ticarət sifarişi: 12:01-14:00 = 15 ₼

Ticarət sifarişi: 14:01-16:00 = 15 ₼

Ticarət sifarişi: 16:01-18:00 = 15 ₼

Ticarət sifarişi: 18:01-20:00 = 15 ₼

İş saatı 10:00-20:00

Gündəlik toplam gəlir 75 ₼

Aylıq gəlir 75 ₼ * 30 = 2250 ₼

"Bildirildi ki, ilk dəfə qeydiyyatdan keçən istifadəçi kimi, siz 38 AZN əlavə qeydiyyat mükafatı əldə edəcəksiniz. Bu, ümumi çıxarış məbləğinizin 53 AZN olacağı deməkdir.

Mən də qeydiyyatdan keçdim. Qeydiyyatdan keçərkən bank kartı tələb olundu. Mən də, içərisində pul olmayan bank kartını təqdim etdim", - deyə Cavid Babayev bildirib.

Bank kartında pul olmadığı üçün dələduzlar bu dəfə başqa varianta əl atıblar. Onlar Cavid Babayevə bildiriblər ki, hesabına 53 AZN deyil, 121 AZN yükləyiblər. Lakin Cavid Babayev bu pulu çıxara bilməyib.

"Baxdım ki, bank hesabımda bu pul görünmür. Lakin qeydiyyatdan keçdiyim sistemdə adımda 121 AZN görünür. Onu isə kart hesabına köçürə bilmədim. Bildirdilər ki, əgər mən 121 manatı istəyirəmsə, onların hesabına 10 AZN köçürməliyəm.

Bunun üçün mənə "Kapital Bank" üzərində olan 5239 1517 8873 9624 nömrəli bank hesabı göndərdilər. Mən isə onlara bu pulu verə bilməyəcəyimi dedim", - deyə Cavid Babayev bildirib.

"Telegram" dələduzları Cavid Babayevə sonda bunları bildiriblər: "Əgər sizdə 10 AZN varsa, zəhmət olmasa mənimlə əlaqə saxlayın; doldurma uğurlu olduqda, aktivləşdirmə tapşırığını tamamlayıb, 166 AZN əldə edə bilərsiniz".

BU hal təkcə Cavid Babayevlə deyil, bir çox insanla baş verir. İstər "Telegram", istər "Instagram", "Facebook", istərsə də, digər sosila şəbəkələrdə bu formada dələduzlar xüsusi incəliklə iş aparırlar və pul qazanmağa çalışırlar.

Ekspertlər də belə aldadıcı vədlərə inanmamağı tövsiyyə edirlər. Sosiologiya Akademiyasının rəhbəri, sosioloq Mail Yaqub BAKU.WS-ə bildirib ki, belə hallarda vətəndaşlarv diqqətli olmalıdırlar.

"Psixoloqlar deyir ki, insanlar iki kanaldan birində qərar verirlər. Biri məntiq, digəri isə hissdir. Biz hissimizə inandıqda qarşı tərəf də bizi aldada bilir. Lakin məntiqlə qərar verəndə, məntiqlə düşünəndə bizim aldanmaq ehtimalımız az olur. Məntiq nədir? Məntiq ağlabatan suallardır. Özünə bir neçə sual ver. Qarşıdakı insanı mən tanıyıram? Onun dediklərinə etibar edə bilərəm? Əgər ortada maliyyə məsələsi varsa, nə səbəbə məndən pul istəyən və tanımadığım bir insana güvənməliyəm?! Bu məbləğ 1 manat da ola bilər, 10 və 100 manat da ola bilər. Burada məbləğin fərqi yoxdur. Hər halda məndən pul istənilir. Məntiq deyir ki, belə hallarda özünə konkret suallar ver və onlara konkret cavab axtar. Əgər cavab tapa bilmirsənsə, onda etibar etmə, güvənmə. Xüsusilə indiki dönəmdə. Çünki indi internet üzərindən fırıldaqçıların, dələduzların sayı çoxalıb. İnsanın düşünməsi üçün 5 dəqiqə yetərlidir. Düzgün düşünüb, düzgün qərar verəndən sonra insan heç bir halda aldanmayacaq", - deyə ekspert bildirib.

Mail Yaqub deyir ki, belə dələduzluq halları ilə qarşılaşan bir çox insanla danışarkən müəyyən məqamları kəşf edib:

"Böyük maliyyə itkilərinə məruz qalan insanlarla söhbət edirəm. Orada anlayıram ki, həmin insanlar 5-10 dəqiqə özlərinə bir neçə sual versəydilər, milyonluq maliyyə itkilərinə məruz qalmazdılar. Belə bir misal var, "Yalançı tamahgiri aldadar". İnsan tamahına əsir olmamalıdır. Tamah məntiqə ziddir. Bəli hər kəsin pula ehtiyacı var. Amma heç kim sevməz ki, başqası onun pulunu əlindən alsın. Ona görə hər kəsə, bütün vətəndaşlara tövsiyyə edirəm ki, belə hallarda olduqca diqqətli olsunlar. Konkret suallara cavab tapmayınca, heç kimə etibar etməsinlər və addım atmasınlar".

Hüquq mühafizə orqanların əməkdaşları da vətəndaşlara diqqətli olmağı tövsiyyə edirlər. Azərbaycan Daxili İşlər Nazirliyi (DİN) tərəfindən bu istiqamətdə dəfələrlə marifləndirici məlumatlar dərc olunub və KİV vasitəsilə mütəmadi olaraq xəbərdarlıqlar edilir.

DİN-dən BAKU.WS-ə bildirilib ki, sosial şəbəkələrdə işə qəbulla bağlı saxta elanlarla insanları aldadan və onların pul vəsaitlərinin ələ keçirilməsi ilə bağlı daxil olmuş müraciətlər araşdırılır:

"Vətəndaşları narahat edən hüquqpozmalara qarşı tədbirlər görülür.

Naməlum şəxslər vətəndaşlarla əlaqə saxlayaraq hər bir şəxsdən işə qəbulla bağlı müraciətin qeydə alınması üçün müxtəlif məbləğlərdə pulun köçürülməsini istəyirlər. Həmin məbləği nağdlaşdırdıqdan sonra isə zərərçəkənlərin əlaqə nömrələrini bloklayırlar.

Bir daha vətəndaşlara tövsiyə edilir ki, elan saytlarında yerləşdirilən məlumatlara münasibətdə diqqətli olsunlar, onlayn ödənişlər etməsinlər", - deyə nazirlikdən bildirilib.

Ziya SƏCCAD

Qalereya

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:111
embedMənbə:https://baku.ws
archiveBu xəbər 06 Yanvar 2025 20:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Almaniyanın Moers şəhərində media nümayəndələri ilə Azərbaycanın təbliğinə dair görüş keçirilib

04 İyun 2025 19:12see170

Ağır yanıq xəsarətləri olan Çinarənin anası: Nə dərman, nə yemək ala bilirik

03 İyun 2025 12:20see118

Son illər Azərbaycan musiqisində ciddi geriləmələr müşahidə olunur KULTROLOQ ŞƏRH ETDİ

03 İyun 2025 12:05see117

Milli Məclisdə müzakirə: bu zonada işıq və qaz pulu 3 dəfə azaldılmalı, Bakıda isə... Kommunal xidmətlərlə bağlı dəyişiklik olacaq

03 İyun 2025 13:18see115

Biləcəridə şəhid adına olan küçənin təmiri yekunlaşır VİDEO

03 İyun 2025 15:14see114

Gürcü nazir müavini: “Yaşıl Enerji Dəhlizi” ambisiyalı layihədir

03 İyun 2025 13:22see114

Onun gözü “Turan Tovuz”da Keçid alınacaqmı?

03 İyun 2025 12:06see113

Nail 12 kiloqram arıqlayıb

04 İyun 2025 21:30see113

“HÖRÜMÇƏK TORU”na GÖRƏ KİMLƏRİN “KƏLLƏSİ” GEDƏCƏK? Solovyov onun güllələnməsini tələb edir + VİDEO

03 İyun 2025 13:01see113

600 dən çox bal toplayan şagirdlərə görə lider olan MƏKTƏBLƏR SİYAHI

03 İyun 2025 12:21see113

Nadir xəstəlik səbəbindən daim ölü balıq qoxusu verir FOTO

04 İyun 2025 01:19see112

Zaporojye və Xersonda 700 min insan işıqsız qalıb Ukrayna dronları enerji obyektlərini vurub

03 İyun 2025 12:04see112

Azad olunmuş ərazilərdə yol infrastrukturu yüksək səviyyədə qurulub EKSPERT FİKRİ

03 İyun 2025 12:09see112

Dilçilik İnstitutunda Xalq şairi Sabir Rüstəmxanlının əsərlərinin konkordansı hazırlanıb

03 İyun 2025 12:42see112

Çelsi qapıçılarını satır

04 İyun 2025 09:25see111

Fənərbağça da Mario Brankonu kim əvəz edəcək?

03 İyun 2025 13:02see111

“Ukraynaya hücumlarda dəstək olan konkret ölkələr var”

03 İyun 2025 13:11see111

Fizika qanunlarına meydan oxuyan top: Şaquli divarda yuvarlanır, amma yerə düşmür

05 İyun 2025 03:20see111

TÜRKSOY un tədbirlərində azərbaycanlı alimin məruzələri dinlənilib

03 İyun 2025 13:16see111

bp: “Şəfəq” GES də istehsal olunan elektrik enerjisi Qarabağın inkişafına töhfə verəcək

03 İyun 2025 13:16see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri