Puqaçovanın var dövlətinin dəyəri nə qədərdir?
Bizim media portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Müğənni Alla Puqaçovanın Rusiyadakı aktivləri və gəlirləri ilə bağlı yeni məlumat yayılıb.
Bizim.Media xəbər verir ki, "Tsarqrad" nəşrinin iddiasına görə, sənətçinin Rusiya bank hesablarında 120 milyon rubl (təxminən 2,6 milyon manat) vəsaiti qalır. Bildirilir ki, həmin məbləğ bank faizləri hesabına ona gəlir gətirməyə davam edir.
Məlumata əsasən, bu, Puqaçovanın Rusiyadakı aktivlərinin yalnız bir hissəsidir. Onun hələ də İstra su anbarı yaxınlığında bağ evi, Moskvanın Filippovski döngəsində mənzili və "Tvorçestvo" yaşayış massivində bağı olduğu qeyd edilib.
Nəşr yazır ki, müğənninin əsas gəlir mənbəyi isə 200-dən çox mahnısına olan müəllif hüquqlarıdır. Alla Puqaçovanın Rusiyada "xarici agent" statusu olmadığı üçün onun musiqilərinin konsertlərdə, filmlərdə və reklamlarda istifadəsinə görə qonorar almağa davam etdiyi bildirilib.
Qeyd olunub ki, Moskva vilayətinin Gryazi kəndində yerləşən məşhur qəsr isə Alla Puqaçovaya məxsus deyil. Mülkün həyat yoldaşı Maksim Qalkinin nikahdan əvvəl əldə etdiyi əmlakı olduğu, sonradan isə qəsrin 1/6 hissəsinin övladları Liza və Harrinin adına rəsmiləşdirildiyi iddia edilib. (demokrat.az)
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:84
Bu xəbər 05 İyul 2026 03:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















