Icma.az
close
up
RU
Ərdoğan hazırlığa başladı: Detallar danışılıb, hədəf onlardır

Ərdoğan hazırlığa başladı: Detallar danışılıb, hədəf onlardır

GlobalInfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Türkiyənin xarici işlər naziri Hakan Fidanın Suriyaya səfəri, burada “Heyət Təhrir əş-Şam”ın rəhbəri Əbu Məhəmməd Colani ilə səmimi görüşü diqqət çəkib.

Milli Kəşfiyyat Xidmətinin rəhbəri İbrahim Kalından sonra Fidanın Dəməşqdə yollanması siyasi dairələrdə müzakirələrə səbəb olub. Bəzi ekspertlərin fikrincə, Ankara Suriyada qurulacaq yeni hökumət vasitəsi ilə bu ölkənin idarəçiliyinə nəzarəti yavaş-yavaş əlinə alır. Həmçinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın da yaxı zamanlarda Dəməşqə səfərinin planlaşdırldığı deyilir.

Ankaranın Suriyadakı proseslərdə rolu nəcə nəticələnə bilər? Türkiyə rəhbərliyinin əsas hədəfi nədir?

Globalinfo.az-a danışan politoloq Elxan Şahinoğlu deyib ki, Ankaranın Dəməşqə artan marağı hər kəsə bəllidir:

“Son zamanlar intensivləşən diplomatik trafik də bunu sübut edir. Əvvəlcə kəşfiyyat xidmətinin rəhbəri İbrahim Kalın Dəməşqə gedərək “Hayat Tahrir Şam” (HTŞ) lideri Əhməd Hüseyin eş-Şara (Colani) ilə görüşdü. Sonra növbə xarici işlər naziri Hakan Fidana çatdı, sonrakı mərhələdə isə Prezident Rəcəb Tayyib Ərdoğan Suriyanın paytaxtına gedəcək.

Böyük ehtimalla Hakan Fidan keçmiş kəşfiyyat rəhbəri kimi HTŞ lideri ilə daha əvvəldən tanış idi. Türkiyə rəsmilərinin Dəməşqə artan səfərləri Suriyadakı baş verənlərin Ankaranın maraqlarına uyğun olduğu yanaşmasını bir daha təsdiq edir”.


Elxan Şahinoğlu

Politoloqun sözlərinə görə, Türkiyə HTŞ ilə birgə Suriyanın şimalında terrorçu PKK təşkilatının varlığına son qoymağı hədəfləyir:

“Bu Dəməşqdəki keçici hökuməti üçün vacibdir. Beləliklə həm ölkənin ərazi bütövlüyü təmin olunacaq, həm də Suriyanın ən məhsuldar torpaqları nəzarət altına alınacaq.

Həmçinin keçici hökumətin Suriyanın yenidən qurulmasında Türkiyənin dəstəyinə ehtiyacı var. İki ölkə bəzi detalları müzakirə edəcək və bunları addım-addım reallaşdıracaqlar”.

Turan Rzayev
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:170
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 23 Dekabr 2024 14:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sinan Ayyıldız: Saz Türk dünyası musiqisinin fortepianosu kimidir

26 Avqust 2026 18:05see389

Trampın İranla bağlı çağırışının arxasında nə dayanır? AÇIQLAMA

26 Avqust 2026 11:30see389

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

26 Avqust 2026 22:40see345

Futbolun insanları birləşdirmək gücünə sahib olduğuna qəti şəkildə inanırıq FİFA dan UEFA nın boykotdan imtinasına reaksiya

27 Avqust 2026 00:07see335

Bakıda SALAM Beynəlxalq Kino Festivalının ikinci günü: çəkilişlər və səmimi söhbət (Foto)

26 Avqust 2026 16:51see326

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

26 Avqust 2026 16:22see297

Ermənistan qış aylarında ciddi risklərlə üzləşə bilər

27 Avqust 2026 13:50see282

Məktəbə hazırlıq təkcə geyim, çanta, dəftər deyil: Psixoloqdan valideynlərə məsləhətlər

26 Avqust 2026 20:02see268

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see265

“Bakıya uçuş”: Həftəsonu gələcəyi birgə duyaq

26 Avqust 2026 13:14see260

18 yaşadək uşaqlarda şiş diaqnozları kəskin artıb RƏSMİ

26 Avqust 2026 19:04see260

E vitamini ilə zəngin 5 məhsul

27 Avqust 2026 05:09see258

Hipertoniyadan qorunmaq üçün qidalanmada bu 2 məhsulu azaldın

26 Avqust 2026 22:02see255

ABŞ dan yeni SANKSİYALAR növbə italyanlara çatdı...

27 Avqust 2026 00:08see245

Ət, süd, yumurta və balda yeni dövlət standartları tətbiq olunacaq

26 Avqust 2026 18:38see243

ABŞ da təəccüblü araşdırma! Bu peşələrdə çalışanların xərçəng riski daha yüksəkdir

26 Avqust 2026 21:42see241

“Üfüq” karyera proqramı beynəlxalq mükafat alıb

27 Avqust 2026 11:43see213

“Bitcoin”in qiyməti 78 min dollara endi

26 Avqust 2026 19:18see211

İran “düşmən media”nı Tehranın hərbi hədəfi elan etdi

27 Avqust 2026 00:08see210

Həddindən artıq idman oynaqlara zərər verə bilər

27 Avqust 2026 16:39see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri