Putin aktrisaya əməkdar artist adı verdi
Redaktor.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Moskva Vilayət Dram Teatrının aktrisası Anna Snatkina Rusiya Federasiyasının əməkdar artisti adına layiq görülüb.
Redaktor.az xəbər verir ki, Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin müvafiq fərmanı normativ hüquqi aktlar portalında dərc olunub.
“Anna Alekseevna Snatkinaya “Rusiya Federasiyasının əməkdar artisti” fəxri adı verilsin”, - sənəddə deyilir.
Prezident həmçinin Moskva Sovremennik Teatrının aktrisası Yelena Milliotini “Rusiya mədəniyyətinin və incəsənətinin inkişafındakı xidmətlərinə və uzun illər səmərəli fəaliyyətinə görə” “Mədəniyyət və incəsənətdə xidmətlərə görə” ordeni ilə təltif edib. “Rusiya Federasiyasının əməkdar mədəniyyət işçisi” adı Qnessin adına Rusiya Musiqi Akademiyasının kafedrasının professoru Vladislav Valsa verilib.
Turan İSMAYIL
Baxış sayı:92
Bu xəbər 03 Fevral 2025 19:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















