Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Zobu olanlar xurma yesin Təsiri

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Putin Bakıya hərbi gəmi ilə gəldi: Mehdiyevi və “dostlarını” buna görə satdı ŞOK

Putin Bakıya hərbi gəmi ilə gəldi: Mehdiyevi və “dostlarını” buna görə satdı ŞOK

Icma.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.

Ölkə gündəmi Ramiz Mehdiyevin həbs xəbəri ilə dolub-daşır. Prezident Administrasiyasının keçmiş rəhbəri barəsində Səbail Rayon Məhkəməsinin oktyabrın 14-də çıxardığı qərar 3 gündür eninə-uzununa dartışılır. Hər kəs bu qərarın gerçək səbəblərini tapmağa çalışdığı vaxtda gündəm daha bir xəbərlər dalğalandı.

Sən demə, Ramiz Mehdiyevin dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllərini Azərbaycan tərəfində Rusiya çatdırıb. APA-nın özəl mənbələrdən əldə etdiyi xəbərə görə, R.Mehdiyev dövlət hakimiyyətini zorla ələ keçirdikdən sonra keçid dövrü üçün müvəqqəti Dövlət Şurası formatında qurum yaradılmasını təklif edib. Bu plan 87 yaşlı köhnə bürokratın özünün rəhbər olmasını nəzərdə tutub. Məlumata görə, Mehdiyev rəhbərlik edəcəyi Dövlət Şurasında təmsil olunacaq şəxslərlə bağlı məlumatı da Rusiya ilə bölüşüb.

Etibar Məmmədovla Ramiz Mehdiyevi birləşdirən Şura…

Arxiv foto

Dövlət Şurası mövzusu 30 ildir ki, Azərbaycan siyasətində vaxtaşırı səsləndirilir. İlk dəfə bu təkliflə AMİP-in lideri Etibar Məmmədov çıxış edib. O, 90-cı illərin əvvəllərində bir neçə dəfə Azərbaycanda prezident üsul-idarəsinin yığışdırılmasını, əvəzində Dövlət Şurası yaradılmasını, siyasi palitranın müxtəlif nümayəndələrinin bu Şurada təmsil olunması ideyasını irəli sürüb. 1995-ci ilin OMON qiyamı ərəfəsində Rövşən Cavadov da Dövlət Şurası ideyası ilə çıxış edirdi. O, hətta Moskvaya sığınmış Ayaz Mütəllibovun, Kələkiyə getmiş Əbülfəz Elçibəyin də bu Şurada təmsilçiliyinə isti yanaşdığını ifadə edirdi. Sonrakı dövrlərdə də ayrı-ayrı siyasətçilər bu formatla bağlı təkliflər irəli sürdülər.

İddialara görə, Rusiya Prezidenti Vladimir Putin Düşənbədə Azərbaycan lideri İlham Əliyevlə görüşdə Ramiz Mehdiyevin hakimiyyət çevrilişi haqda məlumat verib. İndi hər kəsi düşündürən sual budur: Vladimir Putin nədən Ramiz Mehdiyevi satıb? Həqiqətən belə bir hal olubmu? Yoxsa bu planın üstünü Azərbaycan xüsusi xidmət orqanları açıb?

“Milyarderlər İttifaqı”ndan “Mehdiyev planına”…

Abbas Abbasov

Burda yada 2013-cü ilin əvvəllərində Moskvada yaradılan “Milyarderlər İttifaqı” layihəsi düşür. Bu ittifaqda Rusiyada yaşayan Azərbaycan əsilli iş və siyasət adamları cəmlənmişdi. Baş nazirin sabiq 1-ci müavini Abbas Abbasovun liderliyi ilə yaradılan təşkilatda iş adamı İsgəndər Xəlilov, diaspora sədri Söyün Sadıqov, kino-ssenarist Rüstəm İbrahimbəyov, “LUKoyl” şirkətinin prezidenti və həmtəsisçisi Vahid Ələkbərov, “AST” şirkətinin rəhbəri Telman İsmayılov və s. şəxslər təmsil olunurdu. 2013-cü ilin prezident seçkisi ərəfəsində qəfil təşkilatlanan azərbaycanlı milyarderlər güc mərkəzi kimi ortaya çıxdılar. Bu gücün Azərbaycana və onun müstəqil siyasətinə qarşı yönəldiyi deyilirdi.

Sonra layihə Bakıda müxalifətin geniş spektrinin təmsil olunduğu Milli Şura (MŞ) formatına keçdi. Milli Şuranın aparıcı qüvvəsi Müsavat və AXCP idi. Ölkədə elə bir siyasi təşkilat, ictimai şəxs yox idi ki, Milli Şuraya üzv yazılmasın. Bu quruma hakimiyyətin ən real alternativi kimi baxırdı ora yığışanlar. Ona görə də hər kəs özünü MŞ-də görmək istəyirdi.

Maraqlıdır ki, hələ o dövrdə Ramiz Mehdiyevin adı “Milyarderlər İttifaqı” və Milli Şura layihəsi ilə bir yerdə çəkilirdi. Qəzetlər yazırdı ki, bu anti-Azərbaycan layihəsində Mehdiyevin də barmağı var…

Moskvadakı “baronlar” rəsmi Bakının aşırı təzyiqindən yayınmaq üçün Milli Şura ideyasını ortaya atdılar. Beləliklə, Azərbaycan dövləti Rusiya paytaxtında yaradılan, maliyyələşən, siyasi yön verilən bir təşkilatla üz-üzə qalmışdı. 2013-cü il may ayının 28-də Milli Şura elan edildi. Burda əsas məqam yeni yaradılan MŞ-nin cümhuriyyət dövründəki Milli Şuranın varisi olduğu ideyasını aşılamaq idi. Bununla Moskva izini itirməyə çalışırdılar. MŞ özünə Rüstəm İbrahimbəyovu sədr seçdi. Amma o, seçkiyə az qalmış MŞ-nin vahid namizədi olmaqdan imtina etdi, əvəzində Cəmil Həsənli bu rolu üzərinə götürdü.

Hələ o vaxt deyilirdi ki, hakimiyyətə yaxınlığı ilə seçilən milyarderləri Azərbaycan hakimiyyətinə qarşı Kreml təşkilatlandırıb. Vladimir Putinin təkidi ilə onların bir yerə toplanması baş verib. Sonra baş verənlər bu tezisin yaşama haqqı olduğunu bir növ isbatlamış oldu.

Rusiya lideri Bakıya niyə hərbi gəmi ilə gəlmişdi?

Bakı, 13 avqust, 2013-cü il

V.Putin 2013-cü ilin avqust ayında Bakıya gəldi. Ənənəvi marşrutla və nəqliyyatla yox – hərbi gəmi ilə. O, İlham Əliyevlə görüşüb, danışıqlar apardı. Ekspertlər qeyri-rəsmi məlumatlara istinadla deyirdilər ki, prezidentlərin görüşündə “Milyarderlər İttifaqı” mövzusu da müzakirə edilib. Putinin bu məsələdə Bakı qarşısında müəyyən öhdəliklər götürdüyünə dair də məlumatlar yayılırdı. Həqiqətən, bu səfərdən sonra “Milyarderlər İttifaqı” məsələsi xeyli səngidi. Rüstəm İbrahimbəyov Milli Şura ilə arasına məsafə qoydu. Hətta MŞ-nin rəhbər heyətinin Tbilisidə R.İbrahimbəyovla baş tutan görüşü də nəticəsiz başa çatdı.

Beləliklə, Vladimir Putin 12 il öncə Bakıya qarşı təşkil etdiyi deyilən şantaj və təzyiq mexanizmini – “Milyarderlər İttifaqı”nı Xəzərin dəlisov dalğalarının ağuşuna atdı. Görünür, həmin vaxt onun Azərbaycana indiki kimi ehtiyacı yaranmışdı. Bu səbəbdən də azərbaycanlı “baronları” bir çırpıda xərclədi…

Tarix təkrar olur…

Bundan 12 il sonra Vladimir Putin Kremlə sığınan daha bir azərbaycanlı “baronu” – Ramiz Mehdiyevi keçi qiymətinə Bakıya satıb? APA-nın məlumatında deyilənlərə istinad etsək, bəli. Rusiya prezidenti indi Bakıya və İlham Əliyevə daha çox möhtacdır. Üstəlik, Ramiz Mehdiyev 87 yaşındadır. İstifadəyə yararsız hala düşüb. Kreml ondan Bakıya qarşı “xoxan” düzəldə bilmir.

R.Mehdiyev 60 yaşlarında olsaydı, yəqin, Moskvanın daha çox işinə yarayardı. Və ondan Bakıya qarşı təzyiq mexanizmi kimi istifadə edərdi. Necə ki, sabiq prezident Ayaz Mütəllibovu illərlə bu şəkildə bəslədi. Düzdür, ondan da bir şey çıxmadı. Axırda Azərbaycan dövləti Mütəllibova sahib çıxdı, onu Bakıya çağırdı, ev, bağ, maşın, mühafizəçi və yüksək pensiya verdi. Ramiz Mehdiyevin belə bir şansı yoxdur. Bütün körpüləri yandırıb. Hakimiyyətdən aldığı hər şeyi itirmək üzrədir…

Azər Ayxan
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:185
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 17 Oktyabr 2025 08:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see350

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see277

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see265

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see262

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see253

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see239

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see236

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see219

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see215

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see210

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see202

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

10 Noyabr 2026 14:47see202

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see199

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see199

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see193

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see191

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

10 Noyabr 2026 18:56see184

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see182

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see180

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri