Icma.az
close
up
RU
Putin bu axşam Çinə gedir 40 sənəd imzalanacaq

Putin bu axşam Çinə gedir 40 sənəd imzalanacaq

Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Rusiya Prezidenti Vladimir Putin Çin lideri Si Cinpinin dəvəti ilə 19–20 may tarixlərində Pekində səfərdə olacaq. Səfər iki ölkə arasında imzalanmış “mehriban qonşuluq, dostluq və əməkdaşlıq haqqında” müqavilənin 25 illiyinə həsr olunub. Danışıqların nəticəsində tərəflər təxminən 40 ikitərəfli sənəd imzalayacaqlar.
Modern.az xəbər verir ki, “Kommersant” səfərlə bağlı əsas məqamlardan yazıb.
Belə ki, Vladimir Putin 19 may axşamı Çinə çatacaq. Onu hava limanında Çinin XİN rəhbəri Vang Yi qarşılayacaq.

Rəsmi proqram 20 may səhər Tyananmen meydanında Vladimir Putin və Si Cinpin üçün keçiriləcək qarşılanma mərasimi ilə başlayacaq. Daha sonra liderlər dar tərkibdə danışıqlar aparacaqlar. Rusiya tərəfindən görüşdə baş nazirin 5 müavini, bir neçə nazir, prezident administrasiyasının nümayəndələri və iri biznes təmsilçiləri iştirak edəcək.

Daha sonra geniş tərkibli danışıqlar keçiriləcək.
Tərəflər arasında strateji tərəfdaşlığın gücləndirilməsi haqqında birgə bəyanat, çoxqütblü dünya və yeni beynəlxalq münasibətlər barədə deklarasiya, sənaye, ticarət, nəqliyyat, tikinti, təhsil, kino, atom energetikası və media sahələrində əməkdaşlığa dair hökumətlərarası və qurumlararası sənədlər imzalanacaq.

“Sibirin Gücü-2” qaz kəməri layihəsi də gündəmdə olacaq və geniş şəkildə müzakirə ediləcək.

Rusiya nümayəndə heyətinin tərkibi ümumilikdə 39 nəfərdən ibarət olacaq.
Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp 13–15 may tarixlərində Çində olub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:161
embedMənbə:https://modern.az
archiveBu xəbər 19 May 2026 16:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see661

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see514

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see514

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see330

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see319

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see312

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see311

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see307

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see300

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see292

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see267

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see266

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see263

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see259

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see258

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see258

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see255

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see253

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see253

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see229
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri