Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

Çörəklərin içində narkotik gizlətdilər

Atəşkəs təklifimizi rədd etdi

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

Putin bu məsələni 5 dəqiqəyə həll edə bilər: Üçüncü dəfə zəng etməlidir Müsahibə

Putin bu məsələni 5 dəqiqəyə həll edə bilər: Üçüncü dəfə zəng etməlidir Müsahibə

Moderator.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Teleqraf-ın suallarını cavablandırıb.

Moderator.az onunla müsahibəni təqdim edir.

- Elxan bəy, Azərbaycana məxsus sərnişin təyyarəsinin Rusiya ərazisində vurulmasından sonra rəsmi Moskva mümkün qədər məsuliyyətdən yayınmağa çalışır. Bu da iki ölkə arasında gərginliyi getdikcə artırır. Hazırda hər iki tərəf müxtəlif rakurslarda ittihamlarla çıxış edir. Sizcə, bu, nə vaxta qədər davam edə bilər?

- Rusiya prezidenti Vladimir Putin iki dəfə təyyarə qəzası ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevə zəng vurub. Sözsüz ki, ilk addımı Rusiya tərəfi atmalı idi. Amma iki zənglə məsələ həll olunmaz. Bu, yarımçıq üzrxahlıq idi. Çünki həmin ifadədə təyyarənin Rusiya səmasında vurulmasına görə üzr istənilib. Bu, tam üzrxahlıq deyil. Faktiki olaraq qarşı tərəf məsuliyyəti üzərinə götürmək istəmir. Azərbaycan dövləti isə ən yüksək səviyyədə bəyan edib ki, bu məsələyə görə kompensasiya ödənilməli və cinayətkarlar cəzalanmalıdır. Rusiya tərəfi ən azından bu məsələ ilə bağlı açıqlama verib müzakirəyə başlamalıdır. Amma onlar bunu etmək əvəzinə Azərbaycana qarşı təbliğata başlayıblar. Rusiyanın bir sıra deputatları bu məsələ ətrafında ağızlarına gələni danışır. Azərbaycanın isə bir qrup deputatlarından başqa digərləri hələ də prosesə seyrici mövqedən yanaşır.

Rusiyalı deputatların Azərbaycanla bağlı iddialarına siyasi şərhçilərlə yanaşı deputatlar da cavab verməlidir. Azərbaycan Milli Məclisinin deputatları bu məsələdə fəallıq göstərməli, rusiyalı həmkarlarına yerlərini bildirməlidirlər. Sözsüz ki, Azərbaycan dövləti heç bir qonşu ölkə ilə münasibətləri gərginləşdirməkdə maraqlı deyil. Rusiya ilə də normal münasibətlərin bərpası istənilir. Burada Azərbaycanın atacağı addım yoxdur. Bakının istəyi, tələbi, şərti ortaya qoyulub. Bu məsələ həll olunmalıdır.

- Sərnişin təyyarəsinin Rusiya tərəfindən vurulmasına, 38 nəfərin həlak olmasına necə laqeyd yanaşmaq olar?

- Sözsüz ki, bu cür yanaşma Azərbaycan dövlətinin imicinə zərbə olar. Ona görə də, rəsmi Bakı haqlı tələbini irəli sürür. Əgər qarşı tərəf, yəni Rusiya bununla hesablaşmasa bu məsələ beynəlxalq məhkəmələr müstəvisinə də çıxarıla bilər. Hələ ki Azərbaycan gözləmə mövqeyindədir. Putin bu məsələni 5 dəqiqəyə həll edə bilər. O, Azərbaycan Prezidentinə yenidən zəng edib “məsələləri araşdıracaqlar, kompensasiya və günahkarların cəzalandırılması məsələsi həll olunacaq” desə gərginlik ortadan qalxacaq. Dünyada buna oxşar hadisələr çox olub. Vaxtilə Rusiyaya məxsus hərbi təyyarə Türkiyə hava sərhədini keçdiyinə görə vurulmuşdu. O zaman Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan gərginliyi aradan qaldırmaq üçün Putinə məktub göndərdi və məsələ həll olundu.

- Bakıdakı “Rus evi”nin fəaliyyətinin dayandırılması ətrafında yaranan ajiotaj nə ilə bağlıdır? Rusiya tərəfinin narahatlığına səbəb nədir?

- “Rossotrudniçestvo”nun Azərbaycandakı nümayəndəliyi olan Rusiya İnformasiya-Mədəniyyət Mərkəzi - “Rus Evi”nin hüquqi şəxs qismində qeydiyyatının mövcud olmadığı və təşkilatın Azərbaycan qanunvericiliyini ciddi şəkildə pozduğu barədə Rusiya tərəfinə məlumat verilib. Daha sonra isə “Rus Evi”nin fəaliyyətinə xitam verilib. Bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən Rusiyaya nota da göndərilib. Amma görünən odur ki, Bakıda “Rus evi”nin bağlanması onlara təsir edib. Ortada faktlar var. “Rus evi” burada nə işlə məşğul olub və ətrafına kimləri toplayıb? Qeydiyyatı olmayan “Rus evi”nin mövcudluğu sual altında idi. Azərbaycanda ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyinin (USAID) kimi eyni məntiqlə “Rus evi”nin də fəaliyyəti dayandırılıb. Bu, Azərbaycanın təbii haqqıdır. Amma buna görə də, Rusiyada anti-Azərbaycan təbliğatı güclənib. Rusiyadakı azərbaycanlı iş adamlarına qarşı təzyiqlər artıb. Onların əksəriyyəti Rusiya vətəndaşı olsalar belə kampaniya davam edir. Azərbaycanafobiya bu ölkədə güclənib. Rusiya rəsmiləri, deputatlar Azərbaycana qarşı bu cür çıxışlar edirsə, şovinist qüvvələrin nələr edəcəyi də sual altındadır. Təbii ki, baş verənlər Azərbaycanın və Rusiyanın maraqlarına cavab vermir. Bütün hallarda birinci addımı rəsmi Moskva atmalıdır.

- Azərbaycanla Ermənistan arasında sülh müstəvisində aparılan danışıqların hazırkı səviyyəsini necə dəyərləndirmək olar? Ötən il bu istiqamətdə bəlli bir məsafənin qət olunması fonunda gözləntilər nədən ibarətdir?

- Sülh sazişi üzrə 17 maddəlik müddəalardan 15-i üzrə razılıq əldə olunub. Ermənistan baş naziri konstitusiya dəyişikliyi ilə bağlı addım atmalıdır. Bu olmasa, sülh sazişini imzalamaq problem olacaq. Digər istiqamətlərdə isə danışıqlar davam edir. Sərhədlərin dəqiqləşməsi ilə bağlı hər iki tərəfdən müəyyənləşmiş komissiyalar səviyyəsində işlər gedir. Zəngəzur dəhlizi ilə bağlı isə heç bir irəliləyiş yoxdur. Nikol Paşinyan müxtəlif açıqlamalar versə də, real addım atılmayıb. Buna baxmayaraq indiki vəziyyət Azərbaycanı narahat etmir. Rəsmi Bakı öz problemlərini həll edib. Azərbaycan Qarabağ və Şərqi Zəngəzur üzərində suverenliyini təmin edib. Şərti sərhədlərdə Azərbaycan strateji yüksəkliklərə nəzarət edir. Ona görə də, sülh sazişi Azərbaycandan daha çox Ermənistana lazımdır. Azərbaycan sülh sazişi olmadan da, həyatına davam edə bilər. Zəngəzur dəhlizinin açılmasının yubanması da Azərbaycan üçün böyük problem yaratmır. Bakı-Tbilisi-Qars dəmir yolu xətti işləyir. İranla razılaşmaya əsasən Araz çayı üzərindən körpünün inşası bitmək üzrədir. Beləliklə, İran ərazisindən keçməklə Araz çayının sahili boyu dəmir və avtomobil yolu ilə Naxçıvana gediş-gəliş mümkün olacaq. İran üzərindən olan xətt açıq dəhliz olmasa da hər halda kommunikasiyanın olması önəmlidir. Bu mənada Azərbaycanın Naxçıvana iki çıxış imkanı var. Zəngəzur dəhlizinin açılmasını yubatmaqla isə Ermənistan özünə problemlər yaradır. İran üzərindən kommunikasiyalar açılsa, Zəngəzur dəhlizinə maraq azalacaq. Yenə də itirən tərəf Ermənistan olacaq. Paşinyan da etiraf edir ki, Azərbaycan və Türkiyə ilə sərhədlər bağlı olduğuna görə, dünyaya çıxışları yoxdur. Yeganə ümidləri Gürcüstan istiqamətindəki Yuxarı Lars yoludur ki, o da qış aylarında bağlı olur.

- Sülh danışıqları ritorikasının davam etdiyi müddətdə Ermənistanın silahlanması prosesi gedir. II Qarabağ müharibəsindən sonra İrəvan bir sıra ölkələrdən hücum silahları alır. Məğlub tərəfin davamlı olaraq silahlanmasında məqsəd nədir? Bununla əlini gücləndirməyə çalışan erməni tərəfi nəyə nail olmaq istəyir?

- Ermənistan II Qarabağ müharibəsində hərbi resurslarının böyük hissəsini itirdi. İndi həmin boşluğu doldurmağa çalışırlar. Həmin boşluğu doldurmaq istəyərkən uzaq mənzilli raketlərə də üstünlük verirlər. Bu da sözsüz ki, Azərbaycanın təhlükəsizliklə bağlı maraqlarına toxunur. Prezident İlham Əliyevin də qəti fikri odur ki, “əgər biz təhlükə hiss etsək, ona qarşı preventiv addımlar atacağıq”. Bu, əslində Paşinyan üçün ciddi xəbərdarlıq olmalıdır. Fransa və Hindistandan müəyyən silah-sursat alan Ermənistanın Azərbaycanı üstələməsi mümkün deyil. Azərbaycanın silah-sursatı və Ordusunun gücü Ermənistandan qat-qat üstündür. Bu baxımdan rəsmi Bakı üçün hansısa problem yoxdur. Azərbaycan hər zaman qarşı tərəfin cavabını verməyə hazırdır. İndi Paşinyan bunu öz təhlükəsizliyi üçün etdiklərini deyir. Amma erməni tərəfinin əlinin güclənməsinin nələrlə nəticələnəcəyi bəllidir. Yaxın tarixdə baş verənlər də bunu təsdiq edir. Dünya tarixində də elə bir hadisə olmayıb ki, məğlub tərəf qalibə qarşı hansısa şərtləri diqtə etsin. Məğlub dövlət, qalib tərəfin şərtlərini yerinə yetirməlidir. Azərbaycanın şərtləri çox sadədir. Rəsmi Bakı qarşı tərəfdən təslim olmağı, ərazilərini təhvil verməyi tələb etmir. Silahlanmamaq, konstitusiyasından Azərbaycana qarşı ərazi iddialarını ehtiva edən müddəaların çıxarılması, Zəngəzur dəhlizinin açılmasının təmin edilməsi heç də ağır şərtlər deyil.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:160
embedMənbə:https://moderator.az
archiveBu xəbər 11 Fevral 2025 14:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see350

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see290

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see282

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see280

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see263

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see260

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see255

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see248

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see248

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see245

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see231

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see228

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see222

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see214

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see211

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see208

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see205

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see201

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see200

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri