Putin bu taktika ilə vaxt qazanır: Qərb iki yerə bölünüb
Icma.az, Gununsesi saytına istinadən bildirir.
Danışıqlar və sülhə yaranan ümidlərdən sonra Ukrayna müharibə başlayandan bəri Rusiyanın ikinci böyük hücumuna məruz qalıb.
Gununsesi.info xəbər verir ki, bu barədə “Skay Nyus” məlumat yayıb.
“Hədəf hərbi obyektlər idi, lakin kadrlar yenə də tamam başqa hədəflərdən danışır – mülki binalara hücum edilib, 20-dən çox insan həlak olub. Hücum zamanı Britaniya Şurası və AB binalarına da ziyan dəyib. Bəs nə baş verir? Putin bunu niyə edir? Rusiya prezidenti bu müharibədə qalib gəldiyinə inanır və ukraynalıların qələbə iradəsini boğmaq üçün diplomatiyadan vaxt qazanmaq məqsədilə istifadə edir. Və bu anda heç kim ona mane olmur. Ukrayna işğalçı ölkəyə cavab zərbələri endirir: xüsusən də Rusiyanın neft obyektlərinə ziyan vurulur. Bu, Moskvaya ciddi ziyan vurur. Lakin təkcə bu, onu müharibəni dayandırmağa inandırmaq üçün kifayət etməyəcək. Qərb atəşkəs və çox daha sərt sanksiyalar istəyən Avropa ilə bunu istəməyən ABŞ Prezidenti Tramp arasında bölünüb. Tramp hər zaman Ukraynadan çox ruslara rəğbət göstərməyə hazırdır. Xüsusən də o, bu yaxınlarda yenidən Ukraynanı müharibəyə başlamaqda ittiham edib”, – məlumatda deyilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 29 Avqust 2025 12:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















