Icma.az
close
up
RU
Menu

TÜRK MÜDAFİƏ SƏNAYESİNİN YENİ UĞURU... 51 dronu bir neçə saniyədə məhv edir + VİDEO

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

İtaliyadan Ukraynaya yeni hərbi dəstək: İki peykin radar məlumatları veriləcək

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

“Boranı” restoranı ilə bağlı iddia: Tək gəldiyi üçün müştəriyə girişə icazə verilmədi

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

Braziliya futbolunun əfsanəsi 11 il sonra futbola qayıtdı...

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

Gündə 50 qramdan çox təmiz etanol içmək demensiya riskini 29 faiz artırır

Ən çox qazanan televiziya aktyorları...

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

Putin canını ona etibar edir: Rusiya prezidentini qoruyanların rəhbəri KİMDİR...

Putin canını ona etibar edir: Rusiya prezidentini qoruyanların rəhbəri KİMDİR...

Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Prezidentlərin təhlükəsizlik xidmətinin rəhbərləri çox vaxt ictimaiyyətə görünmürlər, lakin onların qərarları bir ölkənin siyasi sabitliyində həlledici rol oynaya bilir. Bu xidmətlərin başında duran şəxslər həm yüksək peşəkarlığa, həm də dövlət başçısına şəxsi sədaqətə görə seçilir.
Onlar çox vaxt kəşfiyyat və ya xüsusi təyinatlı qüvvələrdən gətirilir; dövlət başçısına illərlə yaxın çevrədə xidmət etmiş şəxslər arasından seçilir; mühafizə, protokol, təhlükəsizlik texnologiyaları sahəsində ciddi təcrübəyə malik olurlar.

Bu rəhbərlər yalnız fiziki mühafizə deyil, həm də informasiya təhlükəsizliyi, daxili təhdidlərin izlənməsi və beynəlxalq təhlükəsizlik məsələlərinə görə də cavabdehdirlər.
Prezidentlərin təhlükəsizlik xidmətinin rəhbərləri böyük sirr daşıyıcısıdırlar – Onlar dövlət başçılarının şəxsi rejimi, planları, hətta sağlamlıq vəziyyəti barədə məlumatlı olurlar. Müstəqil qərar verə bilməsələr də, prezidentə ən yaxın olan şəxslər sırasında sayılırlar. Dövlət çevrilişi və ya fövqəladə hallar zamanı isə böyük səlahiyyətlər qazana bilirlər.


Prezidentlərin təhlükəsizlik xidmətinin rəhbərləri dövlətin ən kritik postlarından birini tutan şəxslər olaraq həmişə maraq doğurublar.
O, Rusiya prezidenti Vladimir Putinlə demək olar ki, hər gün ünsiyyətdə olan çox az sayda insanlardan biridir. Onun adı xəbərlərdə görünmür, lakin Rusiyanın ali rəhbərliyində ən nüfuzlu şəxslər sırasında dayanır. Söhbət Rusiya prezidentinin ən yaxın çevrəsindəki şəxslərdən birindən – dövlət başçısının həyatını etibar etdiyi Təhlükəsizlik Xidmətinin rəhbərindən - Aleksey Rubejnoydan gedir.
Modern.az saytı Rusiya mətbuatını araşdıraraq Vladimir Putinin cangüdənlərinin rəhbəri haqqında məlumat toplamağa çalışıb. Aleksey Rubejnoy haqqında açıq mənbələrdə o qədər də geniş və detallı məlumat yoxdur.

Rusiya KİV-ləri yazırlar ki, Putin həyatını təsadüfi insanlara etibar etmir. Prezidentin Təhlükəsizlik Xidmətinin rəhbəri vəzifəsi Rusiyada çox strateji önəm daşıyır: o, prezidentin ən güvəndiyi şəxslərdəndir.

A.Rubejnoy Putinin fiziki təhlükəsizliyinə, prezidentə qarşı daxili və xarici təhdidlərə cavab vermək baxımından son dərəcə kritik postda çalışır. Xüsusilə də hazırda Ukrayna və dolayısı ilə də Qərblə müharubə aparan dövlətdə bu vəzifəni tutmaq çox çətin və məsuliyyətli iş hesab olunur. O, həm peşəkar, həm də şəxsi səviyyədə etimad tələb edən vəzifə tutur.
Rusiya mənbələri bildirirlər ki, Aleksey Rubejnoy öz vəzifəsinin öhdəsindən məharətlə gəlir və hazırda Vladimir Putinin ən güvəndiyi şəxs hesab olunur. Əks halda, 9 ildir prezidentin həyatına cavabdehlik daşıyan əsas şəxs olaraq qalmazdı.
Aleksey Rubejnoy 2016-cı ilin 28 iyununda Rusiya Prezidentinin Təhlükəsizlik Xidmətinin rəhbəri təyin edilib. O, Putini hər yerdə yorulmadan izləyir və onun iki metrlik məsafəsində dayanır.
Rusiya Prezidentinin Təhlükəsizlik Xidməti elə bir qurumdur ki, onun rəhbəri dövlət başçısının səfərlərində, kəşfiyyatla əlaqəli məqamların koordinasiyasında və şəxsi təhlükəsizlik strategiyasının həyata keçirilməsində aktiv rol oynayır - bu da Aleksey Rubejnoyu dövlətin təhlükəsizlik maşınında strateji əhəmiyyətli fiqura çevirir.
2018-ci ildən general-polkovnik rütbəsi daşıyan Aleksey Rubejnoy keçmiş hərbçi və peşəkar boksçudur. O, hazırda Rusiya Boks Federasiyasının Ali Müşahidə Şurasının sədri vəzifəsini də tutur.
Rubejnoy Prezidentin Təhlükəsizlik Xidmətinin rəhbəri vəzifəsinə qədər Putinin şəxsi adyutantlarından biri olub.

61 yaşlı general 1 mart 1964-cü ildə Moskvada doğulub. 2015-ci ilin dekabrından 2016-cı ilin may ayına qədər Rusiya Federasiyası Federal Mühafizə Xidmətinin direktor müavini vəzifəsində çalışıb.
Onun tam təhsil yolunun detalları, dəqiq karyera xronologiyası haqda məlumatlar məhduddur. Putinin Təhlükəsizlik Xidməti dövlət başçısının gündəlik və səfər təhlükəsizliyi, yaxın ətrafının qorunması, onun yaşayış və iş yerlərinin mühafizəsi kimi funksiyaları icra edir. Bu strukturun fəaliyyəti və əməliyyatları çox vaxt qapalı aparılır - bu səbəbdən onun rəhbəri barədə açıq məlumatlar nadir hallarda verilir.
Qeyd edək ki, Aleksey Rubejnoy 2000-ci ildən bəri Prezidentin Təhlükəsizlik Xidmətinə rəhbərlik edən 4-cü şəxsdir. Daha əvvəllər bu vəzifəni Viktor Zolotov (2000-2013-cü illər), Oleq Klimentyev (2013-2015-ci illər) və Dmitri Koçnev (2015-2016-cı illər) tutub.

Aleksey Rubejnoy bir vaxtlar “Alfa” xüsusi təyinatlı dəstsində də xidmət edib.
“Alfa” qrupunun Veteranlar Assosiasiyasının vitse-prezidenti Aleksey Filatov Prezidentin Təhlükəsizlik Xidmətinin hazırkı rəhbərini bu vəzifəyə ən layiqli zabit hesab edir.
"O, demək olar ki, bütün yetkin həyatı boyu Rusiya dövlətinin maraqlarına xidmət edib, ən mürəkkəb antiterror əməliyyatlarında iştirak edib, öz həyatını riskə ataraq başqalarının həyatını qurtarıb. Aleksey Rubejnoy uzun illər hərbi sistemdə xidmət keçib, “Alfa” qrupunda döyüş əməliyyatlarına nəzarət edərək fərqlənib. O, döyüş əməliyyatları apara bilən çox bacarıqlı zabitdir”,-deyə A.Filatov mətbuata açıqlamalarının birində Rusiya prezidentinin cangüdənlərinin rəhbərini tərifləyib.

Lakin Aleksey Rubejnoy da Rusiyadakı əksər vəzifəlilər kimi “aydan arı, sudan duru” deyil. Onun da adı bəzi qaranlıq işlərdə hallanır.
Son illər müstəqil jurnalist araşdırmaları və bir sıra xarici mənbələr Aleksey Rubejnoyun yaxın çevrəsinə daxil olan bəzi şəxslərin biznes yüksəlişlərindən, dolayı yollarla hədsiz dərəcədə varlanmasından yazırlar. Bu yazılarda Rubejnoyun öz əlaqələrindən istifadə edərək çevrəsində olan bəzi şəxslərə geniş imkanlar yaratdığı iddia olunur.
Cangüdənlər prezidentə gecə-gündüz çıxışı olan yeganə insanlardır və bunun sayəsində onlar bir çox biznes və kadr məsələlərini həll edə bilirlər. Qərb mətbuatının araşdırmalarına görə, Rusiyada Pezident Qvardiyası korrupsiya hallarından kənarda deyil və bu işdə Təhlükəsizlik Xidmətinin rəhbəri mühüm rol oynayır. Bəzi tədqiqatlara görə, general Aleksey Rubejnoyun rəhbərliyi altında Putinin mühafizəçiləri görünməmiş “kommersiya uğurları”na imza atıblar.
Onun ailə üzvləri haqqında da belə məlumatlar yayılıb. Rusiyanın "Proyekt" nəşri yazır ki, rəsmi olaraq ildə 5-7 milyon rubl qazanan Aleksey Rubejnoyun ailəsi əsl gəlirlərini daha ehtiyatla gizlətməli olur. Sözügedən nəşr idda edir ki, 2023-cü ildə Rubejnoyun böyük qızı Nadejda çox geniş bir ev və Moskva şəhəri ətrafındakı elitar Semyonovka qəsəbəsinə milyonlarla rubl qiyməti olan üç böyük torpaq sahəsi alıb.

Bu qəbildən olan məlumatlarda Rubejnoyun heç vaxt rəsmi iş yeri olmayan həyat yoldaşı İrinanın da adı keçir və onun adına olan çox sayda daşınmaz əmlakdan  söhbət açılır. Məsələn, rəsmi sənədlərdə sıfır gəlirə malik olmasına baxmayaraq, İrina Rubejnaya 2018-ci ildə Rublevskoye şossesinin yaxınlığında yerləşən elitar "Qərb iqamətgahı" ərazisində çox geniş torpaq sahəsi olan malikanə alıb ki, onun da qiyməti 33,9 milyon rubl təşkil edib.
Aleksey Rubejnoyun adı Rusiyanın Boks Fedarasiyası ətrafındakı qanunsuz maliyyə əməliyyatlarında da hallanır.
Beləliklə, Aleksey Rubejnoyun fəaliyyəti yalnız sırf təhlükəsizlik çərçivəsində məhdudlaşmır. Onun fəaliyyətinə dair rəylər ziddiyyətlidir: bir qrup onu səmərəli təhlükəsizlik strategiyasının memarı sayır, digərləri isə sərt və qapalı sistemin "qaranlıq fiquru" kimi tənqid edir. Lakin istənilən halda o, Vladimir Putinin təhlükəsizlik strukturunda mühüm bir sütun olaraq qalır və Rusiya siyasətindəki ən vacib simalardan biri kimi diqqət çəkir
P.S. Bu yazının davamı kimi Vladimir Putinin cangüdənləri haqda növbəti materialımız olacaq.
Ə.Qafarlı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:304
embedMənbə:https://modern.az
archiveBu xəbər 29 Sentyabr 2025 08:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

TÜRK MÜDAFİƏ SƏNAYESİNİN YENİ UĞURU... 51 dronu bir neçə saniyədə məhv edir + VİDEO

15 Noyabr 2026 19:14see294

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see280

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see272

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

16 Noyabr 2026 01:15see239

İtaliyadan Ukraynaya yeni hərbi dəstək: İki peykin radar məlumatları veriləcək

15 Noyabr 2026 22:01see227

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

16 Noyabr 2026 12:04see224

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see223

“Boranı” restoranı ilə bağlı iddia: Tək gəldiyi üçün müştəriyə girişə icazə verilmədi

15 Noyabr 2026 21:02see222

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

16 Noyabr 2026 01:56see222

Braziliya futbolunun əfsanəsi 11 il sonra futbola qayıtdı...

16 Noyabr 2026 00:05see211

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see209

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see209

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

16 Noyabr 2026 12:36see203

Gündə 50 qramdan çox təmiz etanol içmək demensiya riskini 29 faiz artırır

15 Noyabr 2026 20:52see195

Ən çox qazanan televiziya aktyorları...

16 Noyabr 2026 20:52see187

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see186

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

16 Noyabr 2026 15:49see180

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see180

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see176

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

16 Noyabr 2026 14:44see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri