Icma.az
close
up
RU
Putin Əliyevlə görüşdü, dərhal bəyan etdi: İki ölkə Bakıdan hə cavabı gözləyir

Putin Əliyevlə görüşdü, dərhal bəyan etdi: İki ölkə Bakıdan hə cavabı gözləyir

GlobalInfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İran Prezidenti Məsud Pezeşkianın Çində Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı “Barışdınız?” sualı maraq doğurub. Bu, müxtəlif kontekstlərdə bir sıra sualların yaranması və fikirlərin səsləndirilməsinə səbəb olub.

Əksər ekspertlər və ictimaiyyət bu sualın Rusiya Prezidenti Vladimir Putinlə bağlı olduğunu iddia edir. Əliyevin “bəli” cavabı isə liderlər arasında kameralardan kənar görüşün olub-olmaması barədə suallar yaradır.

Globalinfo.az-a danışan siyasi şərhçi Şəhla Cəlilzadə deyib ki, Çində baş tutan Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) zirvə toplantısı dünya nizamının yeni şəkil almaqda olduğunu və blokların formalaşdığını göstərdi:

“Sammit, o cümlədən, bloklararası münasibətlərin qurulmasında vasitəçi ölkələrin, bir sözlə, qlobal sülhə töhfə verə biləcək dövlətlərin eyni anda həm Qərb, həm də Şərqlə, eyni zamanda ŞƏT-lə də tərəfdaş ola biləcəyini göstərmiş oldu. Bu baxımdan, ölkəmizin rolu əvəzedilməzdir. 8 avqustda ABŞ-la strateji tərəfdaşlıq haqqında sazişin imzalanmasının ardınca 31 avqustda Çində ŞƏT-in tərəfdaşı və ortağı kimi elan edilməsi Azərbaycan üçün ciddi diplomatik uğurdur. Bu, Şimal və Cənub arasında etibarlı körpü rolu ilə daha da möhkəmlənəcək.

Mövcud şəraitdə qonşularımızın regiona tarixi imperial və hegemon instinktlərlə yanaşmaları fonunda İranla 2021–2023-cü illərdə, 2024-cü ilin 25 dekabrında isə AZAL təyyarəsinin vurulmasından sonra Rusiya ilə münasibətlərində yaşanan gərginlikləri xatırlaya bilərik. Necə ki, İranla münasibətlər qarşılıqlı maraqlar əsasında tənzimlənib və bərpa olundu, eyni yanaşma Rusiya ilə də mümkündür”.

Siyasi şərhçi bildirib ki, elə bu səbəbdən Rusiya Prezidenti Vladimir Putin Azərbaycanla müəyyən problemlərin olduğunu, lakin bunların hamısının yoluna qoyulacağını bəyan etdi:

“Təsadüfi deyil ki, bu bəyanat Çində Prezident İlham Əliyevlə Putinin qısa salamlaşmasından dərhal sonra verildi.

Həmçinin oxuyun:

Əliyevlə Putin arasında ilk təmas – Bir əlində salam, digərində isə…

O, baxımdan İran prezidentinin Azərbaycan liderinə ünvanladığı “Barışdınızmı?” sualına verilən “Bəli” cavabı, Bakı-Moskva münasibətlərinin bərpası istiqamətində iki ölkə liderləri arasında müəyyən anlaşmanın əldə olunduğunu göstərə bilər.


Şəhla Cəlilzadə

Təbii ki, münasibətlərin tam bərpası üçün hər iki tərəfin öz maraqları çərçivəsində irəli sürdüyü tələbləri var. İlk növbədə, Rusiya AZAL təyyarəsinin vurulması ilə bağlı cinayət faktını etiraf etməlidir. Digər tərəfdən, Bakıda həbsdə olan Rusiya vətəndaşlarının, xüsusilə “Sputnik Azərbaycan”ın rəhbər şəxslərinin azad olunması  Moskvanın ilkin tələblərindən biri kimi səsləndirilməkdədir.

Bununla yanaşı, iqtisadi maraqlar kontekstində tərəflər arasında müzakirəyə açıq çoxsaylı məsələlər də mövcuddur. Xüsusilə ŞƏT çərçivəsində iki ölkənin liderləri səviyyəsində olmasa da, nümayəndə heyətləri arasında intensiv danışıqlar aparılıb”.

Ş.Cəlilzadənin sözlərinə görə, Moskva ABŞ və Avropa tərəfindən getdikcə təcrid olunduğunu anlayır:

“Rusiya 2027-ci ilədək Qərbin enerji bazarından tamamilə sıxışdırılıb çıxarılmaq üzrədir. Bu səbəbdən üzünü Şərqə və Cənuba tutur, Bakı ilə əməkdaşlığa ehtiyac duyur. Təsadüfi deyil ki, son günlərdə Rusiya–İran qaz xəttinin Azərbaycan üzərindən çəkilməsi planı gündəmə gəlib. Bu, eyni zamanda İran üzərindən Hindistana uzanan Cənub Nəqliyyat Dəhlizinin reallaşması istiqamətində enerji layihələri vasitəsilə əlavə dəyər yaradılması deməkdir.

Rusiyanın İran üzərindən Hindistana çıxışı isə Azərbaycanın və təbii müttəfiqimiz Pakistanın razılığını tələb edir. Belə olan halda, Moskvanın Bakıya təzyiqləri azaltması, müasir dünyanın tələb etdiyi bərabərhüquqlu əməkdaşlıq formatını qəbul etməsi zəruridir. Yalnız bu halda münasibətlər tam şəkildə bərpa oluna bilər”.

Safura Bənnayeva
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:171
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 04 Sentyabr 2025 19:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see276

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see265

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see255

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see252

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see249

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see235

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see235

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see234

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see229

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see226

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see217

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see215

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see214

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see213

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see208

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see208

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see203

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see202

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see196

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri