Icma.az
close
up
RU
“Putin gerçək sülh danışıqlarına getməyəcək“ “Associated Press“

“Putin gerçək sülh danışıqlarına getməyəcək“ “Associated Press“

Icma.az, Moderator.az portalına istinadən məlumat verir.

"Rusiya NATO ilə potensial, daha genişmiqyaslı münaqişəyə hazırlaşır..."

Təcavüzkar ölkə Rusiya Federasiyasının qeyri-legitim prezidenti Vladimir Putin hazırda Ukraynaya qarşı müharibədə öz məqsədlərinə heç vaxt olmadığı qədər yaxınlaşıb, buna görə də onun danışıqlara razılaşmaq üçün, demək olar ki, heç bir səbəbi yoxdur.

Moderator.az xəbər verir ki, bu barədə "Associated Press" agentliyi yazıb.

Məqalədə qeyd olunur ki, sanksiyalara baxmayaraq, Rusiya iqtisadiyyatı çöküş yaşamayıb, üstəlik, Putin müxalif fikirlərə qarşı sərt repressiyalar tətbiq etdiyindən, o, müharibəyə son qoyulmasını tələb edən daxili təzyiqlə də üzləşmir.

"Qərbdə hardansa belə bir fikir yaranıb ki, Putin üçün razılığa gəlmək və müharibəni bitirmək vacibdir. Bu, doğru deyil," - noyabrda Putinlə forum keçirən Moskvanın Xarici və Müdafiə Siyasəti Şurasının rəhbəri Fyodor Lukyanov bildirib.

2016-2020-ci illərdə Rusiyada Britaniyanın səfiri olmuş Lori Bristou isə Moskvanın strategiyasını belə izah edib: "Mənim olan mənimdir. Sizin olan isə müzakirə mövzusudur."

Keçmiş NATO nümayəndəsi Oana Lunqesku vurğulayıb ki, Moskvanın xeyrinə bağlanacaq hər hansı saziş ABŞ-ın zəifliyi kimi görünəcək.

Keçmiş rusiyalı diplomat Boris Bondaryev isə qeyd edib ki, Putin ümid edir ki, Tramp ya Ukrayna məsələsindən bezəcək, ya da başqa problemlərə yönələcək. Onun sözlərinə görə, Putin danışıqları yalnız öz istədiyini almaq vasitəsi kimi görür. Diplomat Qərb liderlərinin hələ də Kremlin taktikası ilə bağlı illüziyalarının qalmasını təəccüblü adlandırıb.

Məqalədə həmçinin vurğulanır ki, Putin nə Ukrayna ərazilərindən asanlıqla imtina edə bilər, nə də Qərbi cəzalandırmaq və onun alyanslarını zəiflətmək fürsətini qaçırmaq istəyər. O, Kiyevi neytrallığa məcbur etməyi hədəfləyir.

"Rusiya NATO ilə potensial, daha genişmiqyaslı münaqişəyə hazırlaşır..."

Bu arada isə Amerikanın Müharibənin Öyrənilməsi İnstitutu (İSW) yeni hesabatında qeyd edir ki, Rusiya öz hərbi imkanlarını genişləndirməyə davam edir. Bu isə Kremlin Ukrayna ilə danışıqlara və ya uzunmüddətli sülhə maraq göstərmədiyini sübut edir.

ISW xatırladır ki, Ukrayna prezidenti Vladimir Zelenski kəşfiyyat məlumatlarına istinad edərək bildirib:

- Rusiya yeni hərbi diviziyalar formalaşdırır;

- Müdafiə-sənaye bazası üçün əlavə obyektlər tikir;

- Şəxsi heyətinin sayını 100 mindən çox artırmağı planlaşdırır;

- Şimali Koreya ilə hərbi əməkdaşlığını dərinləşdirir.

2023-cü ilin yanvarında  Rusiyanın sabiq müdafiə naziri Sergey Şoyqu ölkənin 14 yeni hərbi diviziya yaradacağını elan edib. Lakin ISW qeyd edir ki, Zelenskinin həmin planlara, yoxsa əlavə yeni diviziyaların yaradılmasına istinad etdiyini dəqiq müəyyən etmək mümkün deyil.

"Rusiyanın bu cür planları göstərir ki, Ukrayna deyil, məhz Rusiya sülh danışıqlarından imtina edən tərəfdir. Kreml sülh əvəzinə uzunmüddətli müharibəni təşviq edir və eyni zamanda NATO ilə potensial, daha geniş münaqişəyə hazırlaşır," - hesabatda bildirilir.

Analitiklərin sözlərinə görə, Rusiya rəsmiləri və Kremlin təbliğat maşını Ukraynadakı müharibəni Qərblə daha böyük qarşıdurmanın bir hissəsi kimi təqdim edir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:171
embedMənbə:https://moderator.az
archiveBu xəbər 09 Fevral 2025 12:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see549

Face Studionun yaradıcısı: Amerikaya köçməyim deyə valideynlərim salon açıb məni direktor qoydular

08 Oktyabr 2026 02:25see198

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see180

Türkiyə və Pakistan ordu yeridir İran “nəzərə alacaq”?

08 Oktyabr 2026 07:01see179

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see170

Bu işlə məşğul olan kişilərdə qırtlaq xərçəngi qaçılmazdır

07 Oktyabr 2026 22:25see169

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see165

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see165

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see164

Qətər sahillərində neft tankerinə hücum Ölən və yaralananlar var

08 Oktyabr 2026 03:55see164

Trampdan FTB yə biabırçı ittiham Həyat yoldaşımı və oğlumu...

08 Oktyabr 2026 00:00see162

Kadırova Rusiya Federasiyasının Fəxri Memarı adı verildi

08 Oktyabr 2026 03:25see162

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see161

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see160

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see159

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see159

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see159

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see159

“Real” Holand transferində “Barselona”nı qabaqlayır

07 Oktyabr 2026 23:56see159

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see158
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri