Icma.az
close
up
RU
“Putin göstərdi ki, tezliklə sülh olmayacaq” “O, Rusiyanı isə böyük dövlət kimi göstərməyə çalışır” AzPolitika onlayn siyasi ictimai qəzet

“Putin göstərdi ki, tezliklə sülh olmayacaq” “O, Rusiyanı isə böyük dövlət kimi göstərməyə çalışır” AzPolitika onlayn siyasi ictimai qəzet

Icma.az, Azpolitika.az saytına istinadən bildirir.

Vladimir Putinin Rusiya televiziyasına son müsahibəsi Qərbdə birmənalı qarşılanmayıb. Belə ki, Rusiya başçısı ABŞ-nin yeni prezidenti Donald Trampın ünvanına bir neçə müsbət fikir səsləndirsə də, Ukraynaya qarşı işğalçılıq müharibəsinə dair əvvəlkii tələblərinin qüvvədə qaldığını bildirib, əvvəlki yerinə yetirilməsi mümkün olmayan tezisləri təkrarlayıb və Ukraynanın suverenliyini yenə sual altına alıb. Bu da gözlənilən danışıqların effektivliyinə böyük ölçüdə kölgə salır.

“AzPolitika” xəbər verir ki, ABŞ Müharibə Araşdırmaları İnstitutunun (ISW) yeni hesabatında Putinin son müsahibəsi şərh edilərək qeyd olunub ki, Putin faktiki olaraq Rusiyanın yaxın gələcəkdə Ukraynaya qarşı müharibə ilə bağlı danışıqlarda iştirak etmək ehtimalının az olduğunu deyib.

ISW analitikləri hesab edirlər ki, Putinin əsas mesajı ruslara Ukraynaya qarşı müharibənin davam edəcəyini söyləmək olub.

O, danışıqlarda iştirak etmək ehtimalının az olduğunu bildirib və Ukraynadakı müharibənin onun Qərbə qarşı müharibəsinin sadəcə bir hissəsi olduğuna inandığını təkrarlayıb: “Putin dövlət televiziyasına verdiyi müsahibədən öz ictimaiyyətinə Rusiyanın yaxın gələcəkdə danışıqlar apara bilməyəcəyini və müharibənin tezliklə bitməyəcəyini bildirmək üçün istifadə edib”.

İnstitutun ekspertləri vurğulayıblar ki, Putin bu müsahibə ilə həm də müharibənin bitməsini istəyən Rusiya elitasına təsir etmək niyyətində olub: “Onun mesajı budur ki, tezliklə sülh yolu ilə həll olmayacaq. O, bu bəyanatla bir daha göstərmək istəyib ki, Ukrayna guya Qərbin marionetkasıdır və müharibə böyük güclər arasında qlobal qarşıdurmanın bir hissəsidir. Bundan əlavə, Putin Ukraynada müharibə ilə bağlı danışıqların yalnız ABŞ və Rusiya arasında Ukraynanın iştirakı olmadan aparıla biləcəyi fikrini ifadə edib”.

ISW qeyd edib ki, Putin müsahibə zamanı özünü ABŞ Prezidenti Donald Trampla bərabər, Rusiyanı isə böyük dövlət kimi göstərməyə çalışır. Bu ritorikanın nə ilə nəticələnəcəyi isə bir müdət sonra bəlli olacaq.

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:78
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 25 Yanvar 2025 12:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see258

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see161

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see138

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see138

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see134

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see134

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see132

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see128

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri