Icma.az
close
up
RU
Putin hökuməti ƏDV nin artırır! Nazir:“Silah almağa...” Etiraz!

Putin hökuməti ƏDV nin artırır! Nazir:“Silah almağa...” Etiraz!

Bakivaxti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ruslar Ukraynadakı müharibəni maliyyələşdirmək üçün “dərin qazmalı” ola bilər. Çərşənbə günü, sentyabrın 24-də, nəticələri onlayn olaraq dərc edilən iclasda  Vladimir Putin hökuməti ƏDV-nin artırılmasını təklif edib.Bakıvaxtı.az “LeFigaro.fr”ə istinadən xəbər verir ki, Rusiya iqtisadiyyatı 2022-ci ilin fevralından bəri bir çox dövlətlərin tətbiq etdiyi sanksiyalardan əziyyət çəkdiyi və Qərbin ölkəyə təzyiqlərini artırmağa çalışdığı bir vaxtda Kreml yeni gəlirlər axtarır. Maliyyə naziri Anton Siluanov bildirib ki, büdcə layihəsinə standart ƏDV dərəcəsinin iki bəndlik artımı daxildir ki, bu da 20%-dən 22%-ə yüksələcək. Ərzaq, dərmanlar, tibbi məhsullar, uşaq əşyaları və digər zəruri mallar kimi vacib məhsullar üçün 10% güzəşt dərəcəsi saxlanılacaq. Bu tədbir müdafiə və təhlükəsizliyi maliyyələşdirmək məqsədi daşıyır”.

Maliyyə naziri hesab edir ki, bu çətin kontekstdə Rusiya Ukraynada uzun, çətin və baha başa gələn müharibəni maliyyələşdirməyə davam etməlidir:

“Bununla da resursların artırılması vacibdir. Büdcə vəsaitləri silahlı qüvvələri silah və hərbi texnika ilə təchiz etməyə, sabit əmək haqqı və hərbi qulluqçuların ailələrinə dəstək göstərməyə, müdafiə sənayesi müəssisələrini modernləşdirməyə imkan verəcək”.

Beləliklə, federal büdcənin xərcləri gələn il 44,1 trilyon rubla (450 milyard avro) və 2028-ci ildə isə 49,4 trilyon rubla (504 milyard avro) qədər artacaq. Bu arada gəlirlər artacaq və artıq inflyasiyadan təsirlənən Rusiya istehlakçılarının böyük narazılığına səbəb olacaq.

İnflyasiya yüksək olaraq qalır

Büdcə təklifinin təqdimatı zamanı Rusiya rəsmiləri izah etdilər ki, davamlı işsizlik və maaşların azlığına baxmayaraq, indi gələn il ÜDM artımında ləngimə və həmçinin neft qiymətlərinin aşağı düşəcəyini gözləyirlər. İnflyasiya, öz növbəsində,  çox yüksək olaraq qalır: 2025-ci ildə 6,8%-ə çatacağı, daha sonra 2026-cı ildə 4% səviyyəsində qərarlaşacağı ehtimal olunur.

Təklif Moskvada birmənalı qarşılanmayıb. 68 yaşlı mühasib Svetlana Vassilenko AFP-yə deyib: "Bu, dəhşətdir. Məncə, bu faiz artımı dəlilikdir. Mən biznesi olan bir çox insan tanıyıram və hətta 20 faiz olsa belə, onlar üçün bu, onsuz da çətindir".

2023-cü ildə Ukraynada döyüşən və soyadını açıqlamaq istəməyən Fyodor söyləyib ki, dövlət başqa yerdə pul tapa bilmirsə, deməli, başqa variant yoxdur:

“Müzakirə etməyə nə var? Lazımdırsa, lazımdır".

Aydın Baxış

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:251
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 26 Sentyabr 2025 07:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri